Atam Qabillə söhbət

 

Hər dəfə hansısa qəbiristanlıqda dəfn mərasimində olanda buradakı məzar daşlarına tamaşa etmək mənim üçün xüsusi hala çevrilib. Ürəyimdən hansı hisslərin keçdiyini açıqlamaq bəlkə yaxşı çıxmır. Amma yenə ...

 

Sanki küçədə gəzirəm. Həyatda kasıb, ortabab, varlı, dilənçi, müsəlman, xristian, yəhudi sairələr necə seçilirsə, qəbiristanlıqda da elədir. Məzar daşları bahalı, ucuz, yaraşıqlı, yaraşıqsız olması yaxud da ki, heç olmaması ilə insanları adama tanıtdırır. Məqsədim təbii ki, bu deyil. Qəbir daşlarının üstündə yazılan - “Övladlarından xatirə”, “Oğlundan xatirə”, “Qızından xatirə sairə ilaxır.

Bu yaxınlarda atamın qəbirüstü abidəsi üzərində işlər başa çatdı. Görkəmli heykəltaraşımız Cəlal Qaryağdının oğlu Cəlil Qaryağdı ilə birgə işimiz deyilənə görə uğurlu alınmışdı. Əlbəttə ki, Bakı Şəhər Mənzil Kommunal Departamentinin idarə rəisi Cavanşir Tağıyevin onun işçilərinin yaxından köməkliyi ilə postamenti, büstü yerinə qoyduq. Birdən qəbirlərin üstünə həkk olunan yazılar yadıma düşdü. Görəsən, mən məzarın üstünə hansı sözləri həkk etdirim, – deyə, öz-özümə düşündüm.

Atam şair Qabil mənə anadan olandan bəri 4 şeir ithaf edib. İlk şeri 1971-ci ildə yazılıb 4 misradan ibarət olub. Adı daİmamverdiyev”:

 

Səbrin ümman tutumunda

Qərq eləyib neçə ili,

Mən əmanət saxlamışdım

Sahibiyçin bu famili.

İkinci şer isəQarışdırmaidi.

Kobudluqla - cəsarəti qarışdırma!

Yaltaqlıqla - nəzakəti qarışdırma!

Mütiliklə - sədaqəti qarışdırma!

Lovğalıqla - ləyaqəti qarışdırma!...

 

Daha nəyi... daha nəylə qarışdırma!

Tükü-tükdən ayır səylə, qarışdırma

Aman-aman, qarışdırma

Heç bir yerdə, heç bir zaman qarışdırma!

 

1976-cı ildə yazılan 29 misralıq bir şer o vaxtlar böyük rezonans doğurmuşdu. Dayılarım da zarafatla bu şerə parodiya qoşmuşdular. Deyirdilər ki, Qabil, uşağa nəsihət edirsən ki, “qarışdırma”, amma özün arağı pivəylə qarışdırırsan, qatıqdan sonra çay içirsən.

Növbəti iki şer isə 1976 2005-ci illərdə yazılmışdı. Hər ikisinin adıOğlum Mahirlə söhbətidi. Sadəcə olaraq biriƏlli yaşında mən, on yaşında sən”, o biri isəSəksən yaşında mən, qırx yaşında sənmisraları ilə başlanırdı. İlk şer belə qurtarırdı:

 

Olsun”u, filanı... qoyaq kənara,

Mənim quzu balam, gül-çiçək balam.

Gedək bağçalara, gedək bağlara,

Əlini mənə ver, gəl gedək, balam!

 

Son şer isə belə:

 

İndi sən mənim əlimdən yapış,

Apar bağçalara-bağlara, gedək!

Zamanın şahənşah hökmünə alqış!

Apar, hara desən, sən hara... gedək!

 

Zamanın şahənşah hökmü güclü çıxdı. Son mənzilə mən yola saldım. Son borc isə bu qəbirüstü abidə. Adı daAtam Qabillə söhbət

 

 

Mahir QABİLOĞLU

 

Xalq qəzeti.- 2009.- 24 noyabr.- S. 7.