Azərbaycanda alternativ bərpa olunan enerji mənbələrinin tədqiqinə tətbiqinə dövlətin qayğısı daha da artır

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı Azərbaycanda bu enerji mənbələrindən istifadə edilməsinə dövlət qayğısının artmasının bariz nümunəsidir.

 

Ümumiyyətlə, Azərbaycanda bərpa olunan regenativ enerjidən istifadə həmişə dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə görülən işləri daha da intensivləşdirmək və onların səmərəliliyini artırmaq məqsədi ilə hələ 2004-cü il 21 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilmişdir.

Bu sərəncam 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramının məntiqi davamı kimi regenativ enerjilərin istifadəsi üzrə fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatlarını, bu sahədə elmi araşdırmalar aparan alimləri daha da ruhlandırmış və onların qarşısına yeni vəzifələr qoymuşdur. Bu sərəncamda Azərbaycanda regenativ enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, ölkəmizin enerji təhlükəsizliyini daha da möhkəmləndirmək və ekoloji mühitin — ətraf və hava hövzələrinin təmizliyini artırmaq ön plana çəkilmişdir. Burada Azərbaycandakı külək, Günəş, dağ çayları, biokütlə və geotermal su mənbələrinin hesabına bərpa olunan enerjilərin istehsalı prosesinin tədqiqinin və tətbiqinin təmin edilməsi, külək enerji ehtiyatlarının, dağ çaylarının enerji potensialının öyrənilməsi və kiçik su elektrik stansiyalarının geniş istifadəsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün Sənaye və Energetika Nazirliyinə və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə vəsaitlərin ayrılmasına qərar verilmişdir.

Külək enerjisi müxtəlif təzyiq zonalarının yaranması və bunun nəticəsində hava kütlələrinin hərəkəti nəticəsində əmələ gəlir. Onun Yer planetindəki ümumi miqdarı bütün çayların ümumi genetik enerjisindən 100 dəfədən də çoxdur. Yer kürəsində küləyin yaratdığı orta güc 20-35 milyard KVt intervalında qiymətləndirilir. Ümumdünya Meteoroloji Təşkilatının məlumatına görə, külək enerjisinin Yerdəki illik ehtiyatı 170-10-18 kVt-saatdır.

Azərbaycanda da külək enerjisinin ehtiyatı az deyildir. Respublikamız təxminən 800 MVt-a yaxın külək enerjisi ehtiyatına malikdir. Təxmini hesablamalara görə, Azərbaycanda küləyin orta gücündən ildə 2,4 milyard kVt- saat elektrik enerjisi hasil etmək olar. Küləkdən alınan elektrik enerjisinin maya dəyəri, misal üçün, ABŞ-da 80- illərin əvvəllərində 38 sent/kVt-saat olmuşdusa, 2004-cü ilin məlumatına əsasən isə küləyin 7,16 – 9.32 m/san sürətində bu qiymət 4,8- 2,6 sent/kVt-saata çatdırılmışdır. Kömür ilə işləyən istilik elektrik stansiyalarında alınan elektrik enerjisinin maya dəyəri bu dövrdə 4,506,0 sent/kVt-saat olmuşdur. 2006- ilin məlumatında isə bu qiymətin daha da azaldığı qeyd edilir. Çində isə bu qiymət uyğun dövrdə 4 sent/kVt-saat təşkil etmişdir. Külək turbinlərinin gücləri hazırda 6 MVt-a, qurğunun rotorunun diametri 126 metrə, başlığın hündürlüyü isə 130 metrə qədər dəyişir. Böyük güclü külək mühərrikləri, onların yanında yaranan səsin səviyyəsi insan eşitməsinin ağrı yaradan səviyyəsinə yaxın olduğundan, yaşayış massivlərindən kənarda yerləşdirilir.

Azərbaycan Günəş enerjisinə görə böyük potensiala malikdir. Burada ildə hər bir kvadrat metrə düşən enerjinin miqdarı 1500-2000 kVt-saat təşkil edir. Ona görə burada Günəş enerjisinin həm elektrik, həm istilik enerjisinə çevrilməsi səmərəli alınır.

Azərbaycanın hidroenerji ehtiyatları da böyükdür. Kiçik güclü su elektrik stansiyaları ekoloji baxımdan Azərbaycan üçün çox məqbul sayılır. Çünki güclü su elektrik stansiyalarının tikintisi böyük torpaq sahələrinin su altında qalmasına balıqçılığa ziyan dəyməsinə səbəb olur. Kiçik su elektrik stansiyaları üçün isə böyük dəryaçalar tələb edilmir onlar qısa müddətdə tikilib istifadəyə verilə bilir. Qeyd etmək lazımdır ki, dünyadakı kiçik güclü su elektrik stansiyalarının təxminən yarısı Çinin payına düşür.

Sərəncamda həmçinin, biokütlələrin enerjisindən istifadəyə xüsusi diqqət verilir. Biokütlələrdən istifadə enerji alınmaqla yanaşı, ekoloji mühitin sağlamlaşmasına səbəb olur. Biokütlələrə istiliktörətmə qabiliyyətli sənaye, meşə kənd təsərrüfatı, məişət kommunal sahələrinin tullantılarını, neft neft məhsulları ilə çirklənmiş sahələrdəki tullantıları misal göstərmək olar. Bu sahədə mühüm işlər görülməkdədir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi Balaxanıdakı məişət tullantılarının emalı üzrə zavod buna parlaq misaldır.

Biokütlələrdən kənd yerlərində ən sadə yol ilə yanar qaz almaq olar. Bu məqsədlə hidroizolə edilmiş isti çaladan istifadə etmək olar. Çalanın içərisinə nəmliyi 88-94 faiz olan horra şəkilli biokütlə (peyin) tökülür hidrobağlayıcı ilə qapanır. Çalada 30-400 C temperaturda biokimyəvi proses nəticəsində biokütlə qıcqırır bioqaz alınır. Hər 1 kubmetr biokütlədən təxminən 1 kubmetr bioqaz alınır. Fermentasiya prosesinin sonunda qalan kütlə qiymətli gübrə kimi kənd təsərrüfatında istifadə edilə bilər.

Azərbaycanın həmçinin zəngin geotermal enerji ehtiyatları vardır.

Ümumiyyətlə, Yer planetinin ümumi kütləsinin 99 faizinin temperaturu 10000 C ətrafındadır. Yerin daxilində baş verən radioaktiv proseslərin nəticəsində onun nüvəsindəki temperaturun qiyməti 6500-66000C-yə çatır. Yerin səthindən onun dərinliyinə getdikcə orta hesabla hər 33 metrdə temperatur 10C yüksəlir. Yer kürəsində olan su ehtiyatının təxminən 4 faizə qədəri yeraltı suların payına düşür. Canlı su təxminən 10-15 km dərinliyə qədər mövcuddur. Ondan daha dərinə getdikdə temperaturun 7000C-yə çatdığı şəraitdə su artıq qaz şəklində olur. Ona görə Yer qabığındahidrotermal qatadlanan təbəqə burada da çoxlu isti su mənbələri mövcuddur. Vulkanik yerlərdə isti su bəzən yerin səthinə qədər çıxır. Bu qaynayan qrifonlar, qeyzerlər temperaturu 180-2000C olan buxar-qaz şırnaqları şəklində özünü göstərir.

Azərbaycanda belə termal sular Böyük Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası digər yerlərdə mövcuddur. Onların enerjilərindən istifadə edilməsi əksər hallarda müəyyən elmi-tədqiqat işlərinin aparılmasını tələb edir. Əksər hallarda yerin altından çıxan termal su aqressiv reaksiyalı codluq ionları ilə zəngin olur. Bu səbəbdən onlardan emal edilmədən istifadə, metalların korroziyasına, borularda istilikötürmə səthlərində ərpin əmələ gəlməsinə səbəb olur. Bu məqsədlə həmin suların ekoloji təmiz texnologiyalar ilə işləyən qurğularda emalı prosesi həyata keçirilməlidir. Belə texnologiyalar Azərbaycan Memarlıq-İnşaat Universitetinin alimləri tərəfindən işlənilmiş MDB-nin bir çox şəhərlərindəki suhazırlama qurğularında müvəffəqiyyətlə tətbiq edilmişdir.

Qeyd etmək lazımdır ki, dövlətimizin bərpa olunan enerjilərdən istifadəyə göstərdiyi diqqət qayğıdan ruhlananBuxarKollektiv müəssisəsi Azərbaycan Memarlıq- İnşaat Universitetinin (AzMİU) bir qrup alimi ilə birlikdə Günəş enerjisindən istilik elektrik enerjisi almaq məqsədilə mühüm işlər görür. MəşhurVmessmannfirmasının avadanlıqlarından istifadə etməklə 8 nəfərlik üzvü olan ailənin isti suya tələbatını ödəmək üçün 2 ədəd Günəş kollektorlu qurğu quraşdırılmış istifadəyə verilmişdir. Bu qurğu avtomatik rejimdə işləyərək ailənin isti suya olan tələbatını, təbii qazdan istifadə etmədən, tamamilə ödəyir. Bundan əlavə, “Buxarın kollektivi 30 mənzilli 3 mərtəbəli 2 binanın isti suya qismən isitməyə olan tələbatını ödəmək üçün Günəş qurğusunu müvəffəqiyyətlə işə buraxmışdır. Avtomatik rejmdə işləyən qurğu, hətta Günəşsiz günlərdə gecə vaxtı da gündüz akkumulyasiya olunan artıq istilikdən istifadə edərək mənzilləri isti su qismən isitmə ilə təmin edir.

HazırdaBuxarkollektiv müəssisəsi ilə AzMİU-nun əməkdaşları birlikdə günəş külək enerjilərinin elektrik istilik enerjilərinə çevrilməsinin daha səmərəli texnoloji sxemləri üzərində işləyir onların tətbiq imkanlarını təhlil edirlər.

 

 

Mərdan CƏLİLOV,

AzMİU-nun qaz təchizatı mikroiqlimi

təmin edən sistemlər kafedrasının müdiri,

texnika elmləri doktoru, professor

 

Bahadur ƏLİYEV,

Buxarkollektiv müəssisəsinin direktoru

 

Xalq qəzeti.-  2009. - 26 noyabr.- S. 6.