Ölkənin sosial-iqtisadi inkişafı
səhiyyə sisteminin
də tərəqqisinə
zəmin yaradır
Mingəçevir səhiyyəsi bu imkanlardan daha
çox bəhrələnir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzası ilə təsdiqlənmiş, ölkə ictimaiyyəti
tərəfindən uğurla icra edilən dövlət
proqramları çoxsaylı uğurlarla tarixə
yazılır. Bu gün cəmiyyət həyatının elə
bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi,
infrastrukturun müasirləşdirilməsi qeydə
alınmasın. Nəinki ölkəmizdə və regionda, eləcə
də bütün dünyada ürək açıqlığı
ilə etiraf edilir ki, böyük dövlət qurucusu olan Heydər
Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanı
inkişaf etmiş ölkələr sırasına aparır. Biz
səhiyyə işçiləri böyük fəxr və
iftixarla qeyd edirik ki, müasir Azərbaycan səhiyyəsi də
respublikamızın ümumi inkişafı fonunda iti sürətlə
yeniləşir, müasir standartlar səviyyəsinə
qaldırılır.
Mən hərdən
2003-cü ilin oktyabrından sonrakı dövrün
ictimai-siyasi proseslərini xatırlamağı
xoşlayıram. Xüsusən, həmin tarixdən sonra cənab
İlham Əliyevin bölgələrə səfərləri
barədə qəzetlərdən oxuduğum, televiziyalardan
seyr etdiyim materiallar belə deməyə əsas verir ki, Azərbaycan
səhiyyəsi özünün həqiqi inkişaf mərhələsini
məhz son 6 ildə yaşayır. Diqqət yetirin, bu müddətdə
elə bir ay olmaz ki, Prezident İlham Əliyev hansısa
bölgəyə səfər etməsin. Üstəlik, mən
xatırlamıram ki, Prezidentimiz hansısa bölgəyə səfəri
zamanı ən azı bir səhiyyə müəssisəsinin
açılışında və ya təməlqoyma mərasimində
iştirak etməsin. Bu gün artıq paytaxtla yanaşı Gəncədə,
Sumqayıtda, Naxçıvanda, Lənkəranda, Şəkidə,
Qubada və bir çox başqa şəhərlərdə ən
müasir diaqnostika mərkəzləri və bütün
texniki imkanları olan xəstəxanalar vardır. Sevindirici
haldır ki, 14 tibb müəssisəsini özündə birləşdirən
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası
da dövlətin qayğısı, Səhiyyə Nazirliyinin və
şəhər icra hakimiyyətinin daimi diqqəti ilə
gündən-günə müasirləşir.
Şəhərimizdə
6 dispanser, Mərkəzi şəhər xəstəxanası,
“Ana və uşaq” müalicə-sağlamlıq mərkəzi,
doğum evi, 2 saylı böyüklər və uşaqlar
üçün poliklinika, tələbə poliklinikası,
uşaq nevroloji sanatoriyası, nəhayət, təcili və təxirəsalınmaz
tibbi yardım stansiyası vardır. Bütün bu müəssisələr
şəhər mərkəzi xəstəxanasının nəzdində
fəaliyyət göstərirlər. Şəhərimizdə
məskunlaşmış qaçqın və məcburi
köçkünlərlə birlikdə 120 mindən artıq
əhaliyə tibbi xidmət göstərən müəssisələrimizdə
2220-dən çox işçi çalışır.
Son zamanlar Mingəçevir
səhiyyəsində dəyişikliklər daha sürətlə
gedir. Məsələn, bu il tibb müəssisələrinin
daxili imkanları hesabına tələbə poliklinikasının
qarşısında “Tibb işçiləri parkı”
yaradılmış və ulu öndər Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümü günündə
parkın açılışı olmuşdur. Mərkəzi
xəstəxananın həyətində mini park
salınmış, fəvvarə
quraşdırılmış, həyətyanı sahədə
yaşıllaşdırma işləri aparılmış, həyətin
görkəmi dəyişdirilmişdir. Xəstəxana həyətində
olan tratuarların əksəriyyəti yeni beton tökmələrlə
əvəz edilmiş və rənglənmişdir. Xəstəxanada
yeni bir bölmə – diaqnostik müayinə kabinetləri
istifadəyə verilmiş, burada bir çox yeni avadanlıqlar
yerləşdirilmişdir. “Ana və uşaq” müalicə-sağlamlıq
mərkəzinin həyətində abadlıq işləri
aparılmış, reanimasiya şöbəsində təmir
işləri başa çatdırılmışdır. Doğum
evində, təcili tibbi yardım stansiyasında və digər
tibb bölmələrində də müxtəlif təmir və
abadlıq işləri aparılmışdır.
Müasir dövrdə səhiyyə
işçilərinin qarşısında duran ən
mühüm vəzifələrdən biri də yaz-yay
mövsümündə infeksion xəstəliklərin
yayılmasının qarşısının vaxtında
alınmasıdır. Bu məqsədlə mərkəzi şəhər
xəstəxanasının rəhbərliyi Gigiyena-Epidemiologiya
Mərkəzi, Taun Əleyhinə Stansiya və Profilaktik
Dezinfeksiya İdarəsi ilə birlikdə kompleks tədbirlər
planı tərtib etmiş və həyata keçirmişdir. Şəhər
icra hakimiyyəti rəhbərliyinin göstərişlərinə
əsasən “quş qripi” əleyhinə tədbirlər
planı hazırlanmış, quduzluğun profilaktikası məqsədilə
hələ ilin ilk günlərində “donuz qripi”nin
profilaktikasının təşkil edilməsi
üçün isə may ayında müvafiq əmrlər
imzalanmışdır. İnfeksion şöbələrdə
vəba, quş və donuz qripi əleyhinə palatalar təşkil
edilmiş, həmin palatalar tələb olunan dərman vasitələri,
avadanlaıqla təmin edilmişdir. Bütün bu məqsədlərlə
ilin birinci yarısında təxminən 80 min manata qədər
vəsait xərclənmişdir.
Təbii ki, səhiyyə
xidmətinin yüksəldilməsinin ən mütərəqqi
və vacib yollarından biri dərman təminatının
yaxşılaşdırılması və xəstələrin
təlimata uyğun qidalandırılmasıdır. Şəhər
icra hakimiyyətinin yaxından köməkliyi ilə dərman
təminatında kifayət qədər müvəffəqiyyətimiz
var. Məsələn, ötən ilin ilk 6 ayında bu məqsədlə
81 min 185 manat xərcləmişdiksə, bu ilin müvafiq
dövründə həmin göstərici 93 min 425 manat
olmuşdur. Ərzaq təminatı üçün xərclədiyimiz
vəsait də müvafiq olaraq 65 min 545 manatdan 70 min 379 manata qədər
artmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu ili “Uşaq ili” elan etməsindən
sonra həm Səhiyyə Nazirliyində, həm də Mingəçevir
Şəhər İcra Hakimiyyətində “tədbirlər
planı” hazırlanmışdır. Şəhərin səhiyyə
ictimaiyyəti hər iki “tədbirlər planı”nın
uğurla icra edilməsində fəallıq göstərmiş,
bütün məktəb və məktəbəqədər
tərbiyə müəssisələrində uşaqlar
arasında dərin tibbi müayinələr
aparılmışdır. Aşkarlanan xəstələrin nəzarətə
götürülməsi və onların müalicəsi təmin
edilmişdir. Həmin “tədbirlər planı”na uyğun
olaraq aztəminatlı və köçkün ailələrindən
olan uşaqların pulsuz müayinəsi və müalicəsi
təmin edilmiş, infeksion xəstəliklərin
profilaktikası məqsədilə immunlaşdırma prosesi
daim nəzarətdə saxlanılmışdır. Hemofiliyalı
və talassemiyalı uşaqlara xüsusi diqqət yetirilir.
Bir faktı xüsusilə
qeyd etmək yerinə düşərdi. Bu ilin may ayında
Bakı şəhərində cənab Prezident İlham Əliyevin
iştirakı ilə açılmış “Talassemiya mərkəzi”
bu qəbildən olan uşaqların bütün respublikada
müalicəsi və nəzarətdə saxlanılması
üçün mühüm əhəmiyyət kəsb edən
milli mərkəz olmuşdur. Onu da əlavə edim ki, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
da talassemiyalı uşaqlara qayğı göstərilməsi
üçün mühüm təşəbbüslərlə
çıxış edərək cəmiyyətin
böyük hörmətini qazanmışdır.
Ölkənin
mühüm sənaye şəhərlərindən olan Mingəçevirin
əhalisi ilə yanaşı regionun bir sıra şəhər
və rayonlarından gələn insanlar da bizim səhiyyə
müəssisələrimizdə keyfiyyətli müayinə və
müalicə xidməti ala bilirlər. Bunu bizim
kadrlarımızın səviyyəsi və yaradılmış
zəngin maddi-texniki baza təmin edir. Dövlətin
yaratdığı imkanlara biz öz yaxşı işimizlə
cavab veririk. Bizim yaxşı fəaliyyətimiz isə dövlət
tərəfindən yüksək qiymətləndirilir. Məsələn,
ötən il Azərbaycan səhiyyəsinin 90 illiyi münasibətilə
bir nəfər mingəçevirli həkim “Tərəqqi”
medalına layiq görülmüşdü. Şəhərimizin
60 illik yubileyi münasibətilə isə həkimlərimizdən
3 nəfərinə “Əməkdar həkim” adı
verilmişdi. Bu il – növbəti “Səhiyyə
İşçiləri Günü” münasibətilə daha
bir həkimimiz “Tərəqqi” medalı ilə təltif edildi.
Səhiyyə Nazirliyi və Mingəçevir Şəhər
İcra Hakimiyyəti də əməkdaşlarımızın
xidmətini daim qiymətləndirir, onları “Fəxri fərman”lara
və digər mükafatlara layiq görürlər.
Öz vəzifə
borclarını layiqincə yerinə yetirən Mingəçevir
səhiyyəsinin bütün təmsilçiləri həm
şəhərimizin, həm də ölkəmizin həyatındakı
istənilən ictimai-siyasi proseslərdə fəallıq
nümayiş etdirirlər. Çünki bu Vətən, bu
ölkə, bu dövlət bizimdir. Vətənimiz daha abad,
ölkəmiz daha firavan, dövlətimiz daha qüdrətli
olduqca biz də daha xoşbəxt oluruq. Məşhur təbiblər
söyləyiblər ki, xoşbəxtlik hər kəsin öz
əlindədir.
Muxtar PAŞAYEV,
Mingəçevir Şəhər Mərkəzi
Xəstəxanasının baş həkimi
Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 4.