Ahıllara qayğı və
diqqət artırılır
Beynəlxalq Ahıllar Günü
ölkəmizin bütün
şəhər və
rayonlarında geniş
və rəngarəng
tədbirlərlə qeyd
olunmuşdur. Xatırladaq
ki, Birləşmiş
Millətlər Təşkilatının
qətnaməsinə əsasən
1963-cü ildən etibarən
hər il oktyabr ayının 1-i bütün dünyada ahıllar günü kimi qeyl olunur.
Xalqımızın ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü
ilə 1993-cü ildən
Azərbaycanda da bu münasibətlə geniş tədbirlər keçirilir.
Bundan əlavə, Azərbaycan
Respublikasında ahıl vətəndaşların sosial
müdafiəsinin yaxşılaşdırılması və
onlara dövlət qayğısının
artırılması məqsədilə ölkə Prezidenti
İlham Əliyev 2006-cı il aprelin 17-də “Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
sərəncam imzalamışdır. Ötən il sentyabr
ayının 1-dən isə ölkədə əmək
pensiyasının baza hissəsi 75 manata
çatdırılmışdır. Bütün bunlar ölkəmizdə
əhalinin bu təbəqəsinin dövlət
qayğısı ilə tam əhatə olunmasını təsdiqləyir.
Dünən paytaxtın Nizami rayonunda da 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı müxtəlif
tədbirlər keçirildi.
Rayon ərazisindəki
“Star” idman kompleksində keçirilən
mərasimdə icra hakimiyyəti başçısının
müavini İbrahim Mehdiyev çıxış
edərək ahılları
və ağbirçəkləri
bayram münasibətilə
təbrik etdi. Bildirdi ki, rayonun
7383 nəfərdən çox
ahıl və ağbirçək sakini icra hakimiyyəti rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların mənzil-məişət şəraiti,
sosial-iqtisadi vəziyyətləri,
sağlamlıqları diqqət
mərkəzində saxlanılır,
bütün müraciətlərinə
həssaslıqla yanaşılır.
İ.Mehdiyev onu da dedi ki,
hazırda Nizami rayonunda yaşayan 495 nəfər ahıl və kimsəsiz vətəndaşa sosial-məişət xidməti
göstərilir ki, onların da 10 nəfəri yaşı
90-ı ötmüş
şəxslərdir. Bundan
əlavə, rayonda 30
nəfər Prezident təqaüdünə layiq
görülmüş ahıl
vətəndaş yaşayır.
Sonda rayon icra hakimiyyəti
başçısının təbriklərini çatdıran
natiq bildirdi ki, ahıl vətəndaşların
sosial müdafiəsinin
yaxşılaşdırılması bundan sonra da
diqqət mərkəzində
saxlanılacaq, bu sahədə görüləcək
işlərin daha səmərəli həyata keçirilməsi
təmin ediləcək.
Sonra rayonun ahıl vətəndaşları
arasında təşkil
olunmuş stolüstü
idman oyunlarının
startı verildi. Müxtəlif yarışların
qalibləri, eləcə
də II və III yerləri tutan iştirakçılara pul
mükafatları təqdim
olundu. Yarışların
digər iştirakçılarına
isə idman geyimləri hədiyyə edildi.
Daha sonra rayon ərazisindəki “Sevinc” şadlıq sarayında ahıllar üçün bayram süfrəsi açıldı. Burada rayonda yaşayan bütün ahıl və ağbirçəklərə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatı paylanıldı.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 3.