Binəqədidə ahıllar günü qeyd edilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyətində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxışında ahılları bu əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızda yaşlı vətəndaşlara, əmək və müharibə veteranlarına, tənha və kimsəsizlərə daim qayğı göstərildiyini, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə dövlət səviyyəsində tədbirlər reallaşdırıldığını bildirmişdir.

İcra hakimiyyətinin başçısı çıxışında son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsindən, yurd-yuvalarından didərgin salınmış insanlarına doğma torpaqlarına qaytarılması istiqamətində atılan mühüm addımlardan ətraflı bəhs etmişdir.

Daha sonra natiq Binəqədi rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdə, abadlıq-quruculuq tədbirlərinin icrasında veteran və yaşlı nəslin nümayəndələrinin məsləhət və təkliflərinin diqqətlə nəzərə alındığını da vurğulamışdır.

Tədbirdə ahıllar çıxış edərək onların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı danışmış, diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə öz dərirn təşəkkürlərini bildirmişlər.

Tədbirin sonunda rayonun 102 nəfər ahıl vətəndaşına maddi yardım göstərilmişdir.

 

 

V.BİNYƏTOĞLU

 

Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 3.