İslam Mətbəxi
Beynəlxalq Kulinariya Festivalı
Bu gün Bakı şəhərinin 2009-cu il
üçün İslam Mədəniyyətinin Paytaxtı
elan olunması ilə əlaqədar Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Bakı Şəhər İdman Sarayında (Dənizkənarı
bulvar) İslam Mətbəxi Beynəlxalq Kulinariya
Festivalının açılış mərasimi
keçirilirəcəkdir.
Tədbirdə
Ümumdünya Kulinariya Təşkilatları
Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya
Folklor Sənəti Təşkilatının prezidenti Karmen
Padilya, həmçinin Belarus, Filippin, Gürcüstan,
İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya,
Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər
ölkələrin aparıcı kulinarlarından ibarət
komandalar iştirakı edirlər.
Açılışda
mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxış edəcək. Bundan başqa,
Ümumdünya Kulinariya Təşkilatları
Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya
Folklor Sənəti Təşkilatının prezidenti Karmen
Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun
da tədbirdə geniş çıxış edəcəkləri
gözlənilir. Açılış mərasimində milli
komandaların və münsiflər heyətinin təqdimatı
olacaq.
Bundan sonra
yarışlar başlanacaq. Tədbir ərzində
iştirakçılar üçün ekskursiyalar təşkil
olunacaq, qonaqlar Bakının tarixi-memarlıq abidələri
ilə, yeni parklar və xiyabanlarla tanış olacaqlar.
“Kulinariyanın cəmiyyətdə
rolu: inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” isə
oktyabrn 9-da keçiriləcək.
Tədbirin sonunda —
oktyabrın 10-da bağlanış və mükafatların
verilməsi mərasimi olacaq ki, burada da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev və rəsmi qonaqların
çıxışları nəzərdə tutulur. Tədbir
qala-konsertlə sona çatacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 8.