Azərbaycan Yaponiyada keçirilən
“CATA 2009” Beynəlxalq Turizm
Sərgisində
Tarixi 2003-cü ildən başlayan və artıq
dünyanın inteqrasiya prosesində əhəmiyyətli bir
yer tutan “CATA” beynəlxalq sərgisi 2009-cu il sentyabr ayında
Tokionun “TOKYO BiQ SİGT” adlanan möhtəşəm bir biznes
mərkəzində keçirildi. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidməti bildirib.
Asiya qitəsinin ən
böyük, rəsmi adı Beynəlxalq Turizm Konqresi və Səyahətlər
Yarmarkası olan bu sərgidə 150 ölkə və region
iştirak edib. Hər il konqresin və yarmarkanın müəyyənləşdirilmiş
mövzuları olur. Bu dəfə də konqresin mövzusu
Asiya, yarmarkanın mövzusu isə Afrika ölkələri
idi.
CATA-nın təşkilat komitəsinin
iddialarına görə,
bu il 100 minə yaxın ziyarətçi CATA vasitəsi
ilə müxtəlif
ölkələrin mədəniyyəti,
yerli və xarici şirkətlərin
turizm potensialı, yeni turizm istiqamətləri
ilə tanış olub.
Azərbaycan bu sərgidə artıq üçüncü dəfə
iştirak edirdi. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar
Şıxəmmədov, analitik
təhlil və proqramlar təminatı şöbəsinin aparıcı
məsləhətçisi, mətbuat katibi Zöhrə Əliyeva, həmin şöbənin
məsləhətçisi Türkan İsmayılova,
turizm şirkətlərindən
İMPROTEX TRAVEL, GEO TRAVEL, ALT TRAVEL, ENC TOURS və
Azərbaycan Dövlət
Rəqs Ansamblının
altı nəfərdən
ibarət kiçik bir qrupu ilə
təmsil olunmuşdu.
Nazirliyin və
turizm şirkətlərinin
nümayəndələri sərgidə
respublikamızın turizm
potensialını əks
etdirən hər biri 500 ədəd olmaqla “İpək yolu və Azərbaycan”,
“Azərbaycan xalçaları”,
“Bakının əyləncə
mərkəzləri və
restoranları”, Bakının
bələdçi kitabçalarını, “Bakının otelləri” bukletini,
turistlər üçün
məlumat kitabçalarını,
“Bakının teatr və muzeyləri” bukletini, “Azərbaycanın
tarix və mədəniyyət abidələri”
bukletini, “Qobustan” kitabçasını, “Qarabağ”
və “Şuşa ” bukletlərini, “Bakıda İçərişəhər”, “Azərbaycan kulinariyası”
kitabçasını və
150 ədəd Azərbaycan turist
xəritəsini sərginin
iştirakçılarına və ziyarətçilərinə
yapon və ingilis dillərində 45 kvadratmetr buta elementləri ilə zəngin bir stenddə təqdim etmişlər. Öz növbəsində turizm şirkətləri həm
də bu şirkətlərin özəl
çap məhsullarını
da sərgiləmişlər.
Sərginin özəl
məqamlarından biri
də Ermənistan stendində sərgilənən
qondarma Dağlıq Qarabağ Respublikasının
xəritəsinin Yaponiyadakı
Azərbaycan səfirliyinin
və Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsinin
bəyanatı və təkidi ilə yığışdırılması oldu.
Sərgi böyük
uğurla başa çatdı.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 7 oktyabr.- S. 8.