10 oktyabr 1993-cü il:
Vətənə və
xalqa sədaqət andı
Ulu öndər Heydər Əliyev ölkə
seçicilərinə nə vəd etmişdisə,
hamısını reallığa çevirdi
Bizim daxili siyasətimiz,
xarici siyasətimiz dünya demokratiyasının
açdığı yolla demokratik prinsiplər əsasında
gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik
prinsipləri bərqərar edərək respublikanın xarici
siyasətində Azərbaycanın müstəqilliyini daim
qoruyacağıq.
Ümummilli lider Heydər Əliyevin birinci dəfə
Prezident kimi andiçmə mərasimində söylədiyi
nitqindən
Bakı, Respublika sarayı, 10 oktyabr
1993-cü il
Qəzetimizin ötən
saylarından birində 1993-cü il oktyabrın 3-də ölkəmizdə
keçirilmiş prezident seçkiləri barədə
söz açmış, həmin seçki ərəfəsindəki
tarixi şəraiti və xalqın məlum seçimindən
sonra respublikamızda baş verən ictimai-siyasi prosesləri
bir daha yada salmışdıq. Daimi oxucularımızdan biri,
iqtisadçı ekspert Tofiq Nəzərov həmin
yazını oxuduqdan sonra öz münasibətini bu şəkildə
bildirmişdi: “Harada Heydər Əliyevin nəinki özü,
hətta, adı və imzası varsa, orada siyasi, hüquqi,
demokratik uğurların qazanılması təbiidir,
danılmazdır. O ki, qala Heydər Əliyevin Prezident kimi rəhbərlik
etdiyi ölkədə. Son 50 ilin tarixi təcrübəsi
sübut edib ki, Heydər Əliyev soyadı ilə ”siyasi
uğurlar" ifadəsi mütləq bir yerdə çəkilməlidir.
Oxucu üçün
daha maraqlı olan bir məsələ də var —
iqtisadiyyatı böhran girdabından çıxa bilməyən
bir ölkədə qısa müddət ərzində iqtisadi
dirçəlişə nail olmaq. Bu, bəlkə də
möcüzə kimi inanılmaz idi. Ancaq Heydər Əliyev
bütün inanılmaz məqamları reallığa
çevirməyin mahir ustası idi.
Ekspert öz fikirlərini belə tamamlayırdı: “Siz ulu öndərin dövlət başçısı
kimi birinci dəfə and içdiyi mərasimdəki
nitqinə diqqət yetirin. Orada həmin günlərdə
yaşadığımız iqtisadi çətinliklər
məhz güzgüdə
öz əksini tapan kimi açıq-aydın görünür.
Üstəlik, vəziyyətdən
çıxış yolları
məhz Heydər Əliyev səviyyəsində
araşdırılır. Tam əminəm
ki, həmin yollar Heydər Əliyevdən başqa kim tərəfindən araşdırılsaydı, çıxış
yolu tapılmayacaqdı.
Ancaq ulu öndər həmişəki
kimi bu məsələdə
də çıxış
yollarını tapdı...
və Azərbaycan iqtisadiyyatını böhrandan
çıxartdı”.
Beləliklə, müstəqilliyin
ilk günlərindən
etibarən xaos və anarxiya girdabında çabalayan,
Kremlin milli ayrı-seçkilik siyasəti nəticəsində
ədalətsiz müharibəyə
cəlb edilən, ərazisinin xeyli hissəsi işğal olunan, vəzifə hərislərinin vətəndaş
müharibəsinə sürüklədiyi
Azərbaycanda ilk ümumxalq
seçkisi keçirilmiş
(əvvəlki seçkilər
müxtəlif təzyiq
və təsirlərlə,
silah, pul gücünə təşkil
edildiyinə görə
onlara ümumxalq seçkisi demək mümkün deyildi — red.) və xalq
öz seçimini etmişdi. Bir həftədən sonra dövlət başçısı
kimi and içən Heydər Əliyev öz nitqində ölkədəki
siyasi və iqtisadi vəziyyəti xarakterizə edir. Yazının əvvəlində
qeyd etdiyimiz səbəb üzündən
əvvəlcə həmin
nitqin iqtisadiyyatla bağlı məqamlarına
diqqət yetiririk: “...Müstəqilliyimizin əldə
edilməsi bizim üçün tarixi bir hadisədirsə, iqtisadiyyatımızın belə
vəziyyətdə olmağı
ağır və çətin bir haldır. Təəssüf ki, son illərdə respublikanın
böhran vəziyyətində
olması iqtisadiyyatın
bütün sahələrinə
mənfi təsir göstərmişdir. İqtisadiyyat,
demək olar ki, tamamilə dağılmış və
bu da respublika
vətəndaşlarının rifahının aşağı
düşməsinə gətirib
çıxarmışdır”.
Yəqin ki,
diqqətli oxucu bu sitatdakı əsas məqamlardan heç birini nəzərdən yayındırmadı.
AXC-Müsavat iqtidarı
Azərbaycan xalqına
taxıl əvəzinə
yem üçün nəzərdə tutulan buğda alıb gətirir (özü də od qiymətinə),
insanlar bir tikə çörək üçün gün ərzində mağazaların önündə növbədə
dayanır, işləyən
adamlara əmək haqqı əvəzinə
hansısa əmtəə
məhsulu verilir, ölkədə aclıq və səfalət baş alıb gedir — amma siyasət
dahisi öz nitqində elə bir siyasi mədəniyyət
nümunəsi göstərir
ki, həmin nümunə 1993-cü ilin
iyunundan əvvəl ölkəyə rəhbərlik
edənlərin hamısı
üçün əlçatmaz
idi: “...böhran respublika vətəndaşlarının
rifahının aşağı
düşməsinə gətirib
çıxarmışdır”. Heydər Əliyev özündən
əvvəlki iqtidar nümayəndələrini tənqid
edərkən bu nümunəni göstərir,
onlar isə Heydər Əliyevi fiziki cəhətdən aradan götürmək üçün dəfələrlə
uğursuz cəhdlər
edir, hətta “Naxçıvana gedib Heydər Əliyevə bir güllə
sıxmaq” istədiklərini
belə dilə gətirirdilər.
Ulu öndər
öz nitqində vəziyyətdən çıxış
yolunu məhz ağıllı və prinsipial fəaliyyət göstərməkdə görürdü:
“Azərbaycanın coğrafi-siyasi
vəziyyəti, onun təbii sərvətləri,
uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz
gələcəkdə işimizdə
bir tərəfdən
yaranmış potensialdan
səmərəli istifadə
etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar
aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək
istiqamətində hərəkət
etməliyik... Mən
bir Prezident kimi, xalqın qarşısında öz
fikirlərimi açıq
bəyan edir və əmin etmək istəyirəm ki, bu fikirlərə,
bu prinsiplərə daim sadiq olacağam”.
İndi isə ulu öndərin həmin andiçmə mərasimində ölkədəki
siyasi vəziyyət və respublikanın gələcək siyasi həyatı barədə
dediklərini yada salaq: “Azərbaycan
Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeçiliyinə düşməyəcək,
öz müstəqilliyini
qoruyacaqdır”. Ümummilli
lider həm müqəddəs kitabımız
Qurani-Şərifə,
həm də dövlətin əsas qanunu olan Konstitusiyaya
and içərək
bu prinsiplərə sadiq qalacağını söyləmişdi. Qeyd etmək xoşdur ki, həmin prinsiplərin günün
reallığı olduğunu
nəinki bu gün, hətta yeni əsrin astanasında da bütün dünyada səmimiyyətlə etiraf
edirdilər. Bu gün isə Azərbaycan öz dövlət müstəqilliyini
əbədiləşdirməklə yanaşı sosial-iqtisadi inkişafın bir sıra sahələrinə
görə bütün
dünyada nümunə
göstərilir.
Müstəqil Azərbaycanın
hər biri ayrılıqda bir yazının mövzusu olan uğurlarının hərəsini bir cümlə ilə ifadə etsək belə, yenə də nəhəng bir siyahı alınar. Ulu öndərin qeyd
edilən andiçməsindən
sonra ölkədə
daxili sabitlik bərpa edildi, xaos və anarxiyaya
son qoyuldu, torpaqların işğalının
davam etdirilməsinin qarşısı alındı,
cəbhədə atəşkəsə
nail olundu, ordunun vahid komandanlıq
tərəfindən idarə
edilməsinin təməli
qoyuldu, hərtərəfli islahatlara start
verildi, beynəlxalq aləmə inteqrasiya sürətləndirildi, müstəqil
Azərbaycanın beynəlxalq
aləmdəki dostları
artırıldı, ən
başlıcası isə
“Əsrin müqaviləsi”
kimi nəhəng neft sazişi imzalandı. Yəni iqtisadi böhrandan çıxmaq və siyasi müstəqillyii təmin etmək üçün ilk zəruri addımlar bunlardan ibarət idi və Heydər
Əliyev bütün
bu addımları böyük peşəkarlıqla
reallaşdırdı.
Növbədə daha
böyük addımlar
dururdu. Ölkənin ilk Konstitusiyasının hazırlanıb qəbul edilməsi, ilk milli parlament seçkisi, “Əsrin müqaviləsi”nin icrası zamanı hasil olunan neft
və qazın Avropa bazarına çıxarılması üçün
əsas ixrac neft və qaz
kəmərlərinin marşrutunun
müəyyənləşdirilməsi, işğal
edilmiş torpaqların
yağı tapdağından
təmizlənməsi üçün
aparılan siyasi-diplomatik
danışıqların intensivləşdirilməsi,
Azərbaycanın Avropa
ailəsinə qəbul
edilməsi üçün
Avropa Şurası ilə danışıqların
yeni mərhələyə
gətirilməsi və
sairə. Həmin müddəaların hər biri müasir tariximizin Heydər Əliyev səhifələridir. Bu səhifələrdə müstəqilliyimizin
əbədiləşdirilməsi və Azərbaycan dövlətinin qüdrətləndirilməsi
üçün həyata
keçirilmiş yüzlərlə
tarixi fakt qeyd edilmişdir.
Müstəqillik tariximizin
2003-cü ilin oktyabrından
sonra başlanan son 6 illik dövrü
isə artıq ölkəmizin sosial-iqtisadi
həyatının tamamilə
fərqli bir müstəvidə inkişafının
təməlini qoymuşdur.
Bu gün Azərbaycanın həm daxili, həm də xarici siyasətdəki uğurları
bütün beynəlxalq
təşkilatlar tərəfindən
dövri olaraq, dönə-dönə qeyd edilir. Bu
isə Heydər Əliyev siyasi kursunun təntənəsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 10 oktyabr.- S. 3.