Ağdam: Bütün imkanlar potensial hərəkətə gətirilir

 

İndi Quzanlıya yolu düşən hər kəs qəribə bir canlanmanın, işgüzarlıq və fəallığın şahidi olar, aparılan tikinti-abadlıq, səliqə-sahman işlərini görər. Elə bil ki, son vaxtlar bu qəsəbəyə, eləcə də ayrı-ayrı yaşayış məntəqələrinə yeni həyat və nəfəs gəlmiş, adamlarda yenilik, qurub-yaratmaq arzusu daha da artmışdır. Aydın şəkildə nəzərə çarpan isə odur ki, indi Quzanlı qəsəbəsi müasir, gözəl və yaraşıqlı görkəm alır, küçələr genişləndirilir, yöndəmsiz, primitiv binalar yeniləri ilə əvəz olunur, səkilər təzədən qurulur, yaşıllıq zolaqları salınır.

 

Daha bir vacib cəhət də odur ki, yerli sakinlər bu abadlıq və səliqə-sahman tədbirlərində fəal iştirak edir, yeni-yeni təşəbbüslər irəli sürür, bütün sahələri əhatə edən tikinti-abadlıq işlərini yüksək qiymətləndirirlər. Təsadüfi deyildir ki, qısa müddət ərzində ümumi mənzərə xeyli dəyişmiş, yeni tikintilərin bünövrəsi qoyulmuş, əksər binaların dam örtüyü və üzlük hissəsi dəyişdirilmiş, bir sözlə, gözəllik və səliqə-sahman yaradılmışdır.

Rayon icra hakimiyyəti başçısının inzibati binasında da təmir işləri başa çatdırılmış, həyət-baca abadlaşdırılmışdır.

Bərdə tərəfdən Xaçınçayın körpüsü üstündə giriş qapısının bünövrəsi qoyulur. Çayın kənarında, milli üslubda inşa edilən giriş qapısının eskizinə baxıram. Qəlbimizdən yurdumuzun ayrılmaz və qeyrətli bir parçası haqqında qürur və iftixar duyğuları keçir, tezliklə doğma yurd-yuvamıza qayıtmaq ümidi oyanır. Yaxınlıqdakı təpənin üstündə isə üçrəngli bayrağımız əzəmətlə dalğalanacaq.

İş icraçısı Bakir Kərimovla söhbət edirik.

Çalışırıq ki, Quzanlıda əsl şəhər gözəlliyi, şəhər səliqə-sahmanı yaradaq. Bunun üçün çox gözləmək lazım gəlməyəcək. İşlərimiz bu sürətlə getsə qısa müddət ərzində siz Quzanlını, elə başqa yaşayış məntəqələrini tamamilə başqa görkəmdə görəcəksiniz.

Mənə elə gəldi ki, icraçısının ürəkdən gələn bu səmimi sözlərini bütün ağdamlıların dilindən eşitdim.

Nizami Sadıqovu çoxdan tanıyıram. Təcrübədi, ziyalı təəssübkeş adamdır. İnsanlarla dil tapmağı, onları öz ardınca aparmağı bacarır, qayğıkeş səmimidir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildiyi gündən o qədər çox vaxt keçməyib. Ancaq bu qısa müddət ərzində çox şey dəyişib. Ən əsası isə adamların əhval-ruhiyyəsi, mənəvi-psixoloji mühit, işə münasibət...

İcra başçısı keçmişdən, bu gündən, daha çox sabahdan, görüləcək vacib təxirəsalınmaz işlərdən danışır:

Ağdamın respublikamızın ictimai-siyasi, iqtisadi-mədəni həyatındakı yeri nüfuzu haqqında danışmaq artıqdır. Bu, əslində hamıya məlum olan bir həqiqətdir. Vaxt vardı ki, namərd qonşular Ağdamın adı gələndə yerlərini dəyişirdilər. Yüz il qalsa onlar Ağdama ayaq basa bilməzdilər, havadarları sapı özümüzdən olan baltalar olmasaydı. isə, bəlkə bu barədə danışmaq artıqdır. Təkrar edirəm ona görə ki, qoy yetişən gənc nəsil əsl həqiqəti anlasın, bilsin.

İcra başçısı kimi işə başlayan ilk gündən götürdüyümüz əsas istiqamətlərdən biri elə budur: Ağdamın əvvəlki şöhrətini, adını, nüfuzunu qaytarmalı. Heç bir köçkünlük, heç bir ağır həyat, heç bir ayrılıq həsrət bizim vüqarımızı sındıra bilməz. Bu gün hər bir ağdamlı möhkəm inanır ümid edir ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı müdrik qətiyyətli daxili xarici siyasət xətti Ağdamın, o cümlədən, hələ işğal altında olan digər torpaqlarımızın azad olunması ilə nəticələnəcəkdir. Hər səhər hava təmiz, xoş olanda Ağdama, Qarabağı üzük qaşı kimi dövrəyə alan dağlara baxıram. Qəlbimizdən bu sözlər keçir: “Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı...”.

İcra başçısının belə kövrək, eyni zamanda səfərbəredici, sabaha olan dərin inam arzusu görüşdüyüm, söhbət etdiyim ağdamlıların hamısının baxışlarında, görülən işlərdə bir daha öz konkret əksini tapırdı. Məsələn, icra başçısı qısa müddət ərzində rayonun demək olar ki, bütün kəndlərində, yeni salınan qəsəbələrdə görüşlər keçirmişdir. Adamlarla səmimi görüş söhbətlər isə çox şeyi aydınlaşdırır: hər kəs çəkinmədən öz ürək sözünü deyir, dərd-sərini bildirir, konkret kömək gözləyir. Deyilən söz, təklif qeyd isə dərhal öz konkret icrasını tapır. Müxtəlif ixtisaslardan olan həkim briqadasının bilavasitə yerlərdə əhalini qəbul etməsi, xeyir-şər mağarlarının hazırlanması, təmirə ehtiyacı olan evlərin bərpası, artezian quyularının təmiri yenidən qurulması, gənc mütəxəssislərin işə qəbul olunması, yeni yerlərinin yaradılması s. kimi.

İş üslubunda, təşkilat-idarəetmə məsələlərində adətən çox işlənən belə bir söz var: qarşıda duran konkret vəzifələr. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov da bu barədəgörüləcək işlər barədə danışmağı daha çox sevir. Onlar isə çoxdur. Elə götürək ağdamlı ziyalılarla, elm mədəniyyət xadimləri ilə nəzərdə tutulan görüşü... Yaxud Bakıda, eləcə ölkəmizdən kənarda fəaliyyət göstərən sahibkarların, adamlarının rayona dəvət edilməsini s.

Bəli, görüləcək işlər, qarşıda duran konkret vəzifələr çoxdur. Onların əksəriyyəti barədə indidən danışmaq istəmirik. Sadəcə olaraq onu demək istəyirik ki, ötən qısa müddət ərzində Quzanlıda, eləcə digər yaşayış məntəqələrində görülüb başa çatdırılmış işlər hazırda davam etdirilən genişmiqyaslı tədbirlər, yaradılan sağlam mənəvi-psixoloji mühit, sabaha olan dərin inam ümid onların uğurla yerinə yetiriləcəyinə tam əsas verir...

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 18 oktyabr.- S. 5.