Sabunçu rayonunun Maştağa qəsəbəsində
ulu öndər Heydər Əliyevin heykəlinin və yenidən
qurulmuş parkın açılış mərasimi
olmuşdur
Son illər Sabunçu rayonunda aparılan quruculuq
işləri hörmətli Prezidentimiz İlham Əliyevin
respublikamızda həyata keçirdiyi islahatların real nəticəsidir.
Ölkə rəhbərinin Bakı şəhərinin və
Bakıətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafı ilə bağlı imzaladığı Dövlət
Proqramı bu rayonun qəsəbələrinin də
inkişafına güclü stimul vermişdir. Maştağa qəsəbəsi də son illər əsaslı
şəkildə yeniləşməkdədir. Müstəqillik
Günündə bu qəsəbədə ulu öndərin
adını daşıyan və dahi rəhbərin heykəli
ucaldılan yeni parkın təmirdən sonra
açılış mərasimi keçirildi.
Mərasimdə Azərbaycan
Respublikası Milli Məclisi sədrinin I müavini Ziyafət Əsgərov,
ədliyyə naziri Fikrət Məmmədov, YAP sədrinin
müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov,
Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli,
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar
İbrahimov, Milli Məclisin deputatı, “Azərittifaq”ın
idarə heyətinin sədri Eldar Quliyev, Sabunçu Rayon
İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev
və başqa rəsmi şəxslər, Maştağa və
ətraf qəsəbələrin sakinləri iştirak edirdilər.
Mərasimi ciriş sözü ilə
açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı
Əlibaba Əliyev ilkin olaraq Azərbaycanın Dövlət
Müstəqilliyi Günü münasibətilə tədbirə
toplaşanları təbrik etdi. Bildirdi ki, bu gün
Maştağa qəsəbəsinin mərkəzində yenidən
qurulmuş parkda önəmli bir tarix yaşanır. Biz
müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər
Əliyevin möhtəşəm abidəsinin
açılış mərasiminə
torlaşmışıq. Hamıya məlumdur ki, bu gün Azərbaycanın
qazandığı nailiyyətlər bu dahi şəxsiyyətin
adı ilə bağlıdır.
Hələ sovetlər
dövründə Azərbaycana rəhbərlik edərkən
ulu öndər Azərbaycanın parlaq gələcəyinə
böyük ümidlər bəsləyir və gələcək
müstəqillik üçün zəmin
hazırlayırdı. Hətta Moskvada rəhbər vəzifədə
işləyərkən Azərbaycanı bir an belə unutmur, onun
inkişafını diqqət mərkəzində
saxlayırdı. 90-cı illərdə Naxçıvanda
çalışarkən Sovetlər Birliyinin
saxlanılması ilə bağlı keçirilən
referendumun Naxçıvanda boykot edilməsini, Azərbaycanın
milli bayrağının Naxçıvanda
qaldırılmasını isə dövlət müstəqilliyimizin
təməlinin qoyulması kimi dəyərləndirmək
lazımdır.
Müstəqilliyimizin ilk illərində
baş verən siyasi, iqtisadi çətinliklər, yəqin
ki, hamımızın yaddaşındadır. Anarxiya, xaos,
özbaşınalıq Azərbaycanın müstəqilliyini
təhlükə qarşısında qoymuşdu. Ordu hissələri
ayrı-ayrı şəxslərin tabeliyində fəaliyyət
göstərirdi. Bundan istifadə edən düşmənlərimiz
torpaqlarımızı işğal etməkdə davam edirdi.
Bu ağır günlərdə xalq öz nicatını ulu
öndər Heydər Əliyevin qayıdışında
gördü. Beləliklə, xalqın tələbi ilə ulu
öndər Bakıya dəvət edildi.
Ulu öndərin 1993-cü ildə
Naxçıvandan Bakıya gəlişi hər birimizin xatirindədir.
Ölkəmiz üçün çox ağır bir məqamda
Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə
gətirildi. Beləliklə, az bir müddət ərzində
atəşkəsə nail olundu. İlk əvvəl Azərbaycan
dünyanın iri dövlətləri ilə neft
kontraktını imzaladı. “Əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın müstəqilliyinin qorunub
saxlanması və möhkəmləndirilməsi yolunda əsaslı
addım oldu. Bundan sonra Azərbaycan iqtisadiyyatının
yüksəliş dövrü başlandı. Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi istiqamətində
əsaslı islahatlar keçirildi. Azərbaycan bu dövrdə
nüfuzlu beynəlxalq təşkilatlara üzv seçildi,
iqtisadiyyatımıza investisiyaların qoyulması sürətləndi,
ölkənin beynəlxalq əlaqələri gücləndirildi.
2003-cü ildə ulu öndər
sıralarımızdan cismən ayrılsa da, xalqımız
onun ideyalarının yaşayacağına inanırdı. Beləliklə,
ölkədə siyasi hakimiyyətə ulu öndərin
ideyalarının davamçısı, çox hörmətli
Prezidentimiz İlham Əliyev gəldi. O vaxtdan Azərbaycanın
siyasi, iqtisadi, sosial və mədəni həyatında baş
verən sürətli inkişaf və tərəqqi
hamımızın gözü qarşısındadır.
Möhtərəm
Prezidentimiz ilkin olaraq regionların iqtisadi və sosial
inkişafı ilə bağlı Dövlət
Proqramının qəbul edilməsi haqqında sərəncam
imzaladı. Bu proqramın ölkəmizin inkişafında
çox mühüm əhəmiyyəti oldu. İndi
bütün bölgələrdə yeni sənaye müəssisələri, məktəblər,
səhiyyə ocaqları, idman kompleksləri, gözəl
parklar, xiyabanlar, yeni yaşayış binaları
salınmış və hazırda bu sahədə işlər
davam etdirilməkdədir. Bununla yanaşı,
Prezidentimizin sərəncamı əsasında qəbul
edilmiş Bakı və Bakıətrafıv qəsəbələrin
sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı
Bakıətrafı qəsəbələrin, eyni zamanda
Sabunçu rayonu qəsəbələrinin inkişafında əhəmiyyətli
rol oynamışdır.
İcra başçısı
qeyd etdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlər
çoxdur. Elə Maştağa qəsəbəsinin nümunəsində
biz bu inkişafın şahidi ola bilərik. Belə ki, bu qəsəbədə
köhnə məktəblər yenidən qurulmuş,
müasir tələblərə cavab verən rabitə xidməti
binası inşa edilmişdir. Tibb ocaqları da təmir edilib
yenidən istifadəyə verilmişdir. Qəsəbənin mədəni
həyatında yeniliklər bu gün aydın nəzərə
çarpır. Elə qarşısında
toplaşdığımız kitabxana müasir standartlara
uyğun təmir edilmişdir. Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
da qayğısını maştağalılar həmişə
hiss etmişlər. Maştağa qəsəbəsində 1
saylı internat məktəbi yenidən qurularaq istifadəyə
verilmişdir. 108 saylı məktəbə əlavə korpus
tikilmiş, 22 saylı uşaq bağçası yenidən
qurulmuşdur. Bu gün də bu tədbirlər davam etməkdədir.
Sonra Əlibaba müəllim
bütün bu şəraiti yaratdığına görə
cənab Prezidentə Maştağa camaatı adından təşəkkürünü
bildirdi.
Çıxışının
sonunda isə icra başçısı rayonun
inkişafında böyük xidmətləri olan ədliyyə
naziri Fikrət Məmmədova, Maştağa qəsəbəsinin
abadlaşdırılmasında yaxından köməklik
göstərən Milli Məclisin deputatı Eldar Quliyevə,
ulu öndərin bu əzəmətli heykəlinin müəllifi, mərasimdə
iştirak edən akademik Ömər Eldarova Maştağa qəsəbə
sakinləri adından öz təşəkkürünü
bildirdi.
Tədbirdə Milli Məclis sədrinin
I müavini Ziyafət Əsgərov çıxış etdi.
Ziyafət müəllim qeyd etdi ki, Müstəqillik
Gününün qeyd olunması ümummilli liderin heykəlinin
açılışı ilə bir gündə baş verir.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin
qorunmasındakı və möhkəmləndirilməsindəki
rolu olduqca böyükdür. Mənə də o xoşbəxtlik
nəsib olub ki, Azərbaycanın ilk milli
Konstitusiyasının işlənib hazırlanmasında ulu
öndərlə bir yerdə işləmişəm. Bu dahi
şəxsiyyətin fəaliyyətini daim izləyən bir
şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev
müasir Azərbaycan dövlətinin banisidir. Bu cür
möhtəşəm heykəlin qoyulması təkcə incəsənət
əsəri kimi deyil, həm də nəsillərə bir ərmağan
kimi çox qiymətlidir. Belə sənət əsərlərinin
Azərbaycanın bölgələrində də
qoyulmasını alqışlayıram.
Ulu öndər müasir Azərbaycan
dövlətinin banisidir, — deyəndə mənim xatirimdə
ilk olaraq 90-cı illərin əvvəlləri canlanır. Azərbaycan
məhz Heydər Əliyev ideyalarından güc aldı,
inkişaf etdi. Bu gün Azərbaycanın Heydər Əliyev
siyasətini uğurla davam etdirən güclü Prezidenti var,
onun arxasında isə güclü xalqı dayanır.
Bütün bunların əsasında isə Heydər Əliyev
şəxsiyyəti, onun dönməz iradəsi durur. Hesab edirəm
ki, hər bir azərbaycanlı gənc, partiya mənsubiyyətindən,
siyasi baxışından asılı olmayaraq, hər kəs
Heydər Əliyevin banisi olduğu Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsinə öz töhfəsini verməlidir.
Maştağa qəsəbəsinin
abadlaşdırılmasında, ulu öndərin bu heykəlinin
ucaldılmasında xidməti olanlar böyük təşəkkürə
layiqdirlər.
Milli Məclisin
deputatı, “Azərittifaq”ın idarə heyətinin sədri
Eldar Quliyev müstəqilliyimizin möhkəmləndirilməsində
və qorunmasında ulu öndərin xidmətlərindən
söz açdı. O qeyd etdi ki, Azərbaycan iki dəfə
müstəqillik qazanmışdır. Birinci dəfə bu müstəqillik cəmi
23 ay yaşadı. İndi isə artıq 18 ildir ki, Azərbaycan
müstəqil dövlətdir. Ulu öndər dəfələrlə
deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir,
dönməzdir. O yaxşı bilirdi ki, qurduğu, fəlakətlərdən
xilas etdiyi Azərbaycan bundan sonra azad yaşayacaq, öz
müstəqilliyini əbədi olaraq qoruyub saxlayacaq.
Doğrudan da, ulu öndər Heydər
Əliyev siyasəti Azərbaycanı xilas etdi. Onu
dağılmaq təhlükəsindən qorudu. Bu gün həmin
ideyalar böyük uğurla reallaşır, həyata vəsiqə
alır. Ulu öndərin siyasi xəttinin layiqli
davamçısı olan möhtərəm Prezidentimiz
İlham Əliyev Azərbaycanı regionda lider dövlətə
çevirib.
Regionların, Bakı və onun ətraf
qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul olunan dövlət proqramları bu
gün, demək olar ki, reallığa çevrilmişdir.
Maştağa qəsəbəsinin
də inkişafında son illər əsaslı yeniliklər
göz qabağındadır. Bu gün
açılışına gəldiyimiz bu park bərbad vəziyyətdə
idi. İndi baxın, o necə də gözəlləşib.
Bu parkı daha da gözəlləşdirən isə hörmətli
xalq rəssamımız, akademik Ömər Eldarovun
yaratdığı ulu öndərin möhtəşəm
abidəsidir.
Bu Müstəqillik Günündə
arzulayaq ki, Azərbaycanımızın ərazi
bütövlüyü təmin olunsun, qaçqın və məcburi
köçkünlərimiz öz yurdlarına
qayıtsınlar. Cənab Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi daxili və xarici siyasət deməyə əsas
verir ki, o gün çox da uzaqda deyil. Azərbaycan xalqı
öz Prezidentinə inanır.
Mərasimin sonunda qəsəbə
ağsaqqalları adından Məmmədağa Əliyev
çıxış edərək qəsəbə sakinlərinin
istirahəti üçün belə bir guşənin
yaradılmasında xidməti olanlara minnətdarlığını
bildirdi.
Sonra Ədliyyə Nazirliyinin
köməkliyi ilə tikilmiş və yeni istifadəyə
verilmiş parkda yerləşən Vətəndaş Vəziyyəti
Aktlarının Qeydiyyatı üzrə Sabunçu rayon
şöbəsinin Maştağa filialının
açılışı oldu. Tədbir
iştirakçıları bina ilə tanış oldular. Ədliyyə
naziri Fikrət Məmmədov çıxışında qeyd
etdi ki, bu vaxta kimi bu məsələ ilə icra hakimiyyətləri
məşğul olurdu. İndi isə bu səlahiyyət
nazirliyə verilmişdir. İlk dəfə biz
Maştağada belə filial açırıq. Burada təkcə
Maştağa qəsəbə əhalisinə yox,
yaxınlıqdakı qəsəbələrin sakinlərinə
də hüquqi xidmət göstəriləcək.
Sonda tədbir
iştirakçıları parkda təşkil olunmuş
konsert proqramına baxdılar.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 20 oktyabr.- S. 5.