Nəsimi
rayonunda 2009-cu ilin 9 ayına yekun vurulub
Nəsimi
rayonunda 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclas keçirilmişdir.
Tədbiri rayon icra hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev açaraq məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, bu ilin 9 ayı respublikamiız üçün uğurlu olmuş
və iqtisadiyyatımızda dinamik inkişaf davam etmişdir.
2009-cu ilin 9 ayı ərzində ölkəmizdə
ümumi daxili məhsul 6,1 faiz artmışdır. Bu dövrdə sənayedə artım 5, kənd təsərrüfatında
isə 3 faiz olmuşdur. Hesabat dövründə əhalinin pul
gəlirləri 8 faiz
artmışdır. Dünyada iqtisadi
və maliyyə
böhranının hökm sürdüyü bir vaxtda bu
çox böyük uğurdur.
İlin doqquz ayı
ərzində ölkəmizdə sosial məsələlərin
həllinə böyük diqqət göstərilmiş, minimum
əmək haqqı, pensiyaların baza hissələri
artırılmış, ünvanlı sosial yardım
alan vətəndaşların sayı çoxalmışdır.
Hazırda Azərbaycanda orta əmək
haqqı 370 dollar səviyyəsindədir.
Ölkəmizdə iri infrastruktur
layihələrinin icrası uğurla
davam etdirilir. 2003-cü
ildən bu günə qədər Azərbaycanda 824 min
yeni iş yeri
yaradılmışdır. Hərbi potensialımız getdikcə artır və bu gün Azərbaycan
bölgədə ən güclü Silahlı
Qüvvələrə malikdir.
Azərbaycan hazırda dünyanın inkişaf
etmiş dövlətlərindən
biridir və buna səbəb ulu öndərimiz Heydər Əliyevin
əsasını qoyduğu və
bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilən irimiqyaslı islahatlar
və böyük inkişaf strategiyasıdır.
N.Məhəməliyev
demişdir ki, ölkəmizin
hər yerində olduğu kimi
2009-cu ilin 9 ayında Nəsimi
rayonunda da bir çox sahələrdə
uğurlar qazanılmışdır. Bu dövrdə əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına
yönəlmiş tədbirlər həyata keçirilmiş, irimiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri həyata
keçirilmişdir.
Natiq bildirmişdir ki, 2009-cu ilin yanvar-sentyabr aylarında rayonda 113,5 milyon manatlıq sənaye məhsulu
istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye
istehsalının 14,9 faizi dövlət, 85,1 faizi özəl sektorun payına düşmüşdür.
Bu dövrdə istehlak bazarı dinamik inkişafını davam etdirmiş və əhaliyə
661,3 milyon manatlıq istehlak malları satılmış və pullu
xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü
ilə müqayisədə 22,9 faiz çoxdur.Nəqliyyat
sektorunda 202,3 milyon manatlıq xidmətlər göstərilib
ki, bu da
əvvəlki ilə nisbətən 2,2 faiz
çoxdur.
İlin 9 ayında əvvəlki illə müqayisədə
işçilərin orta aylıq əmək haqqının səviyyəsi 24,6 faiz artaraq 330,3 manat təşkil etmişdir. Bu dövr
ərzində rayonda
1523 yeni iş yeri açılmışdır. İşsizliyə görə 119 nəfərə
müavinət verilmişdir ki,
bu da keçən
ildəkindən 14 nəfər azdır.
2008-2009-cu tədris
ilində rayon ümumtəhsil
məktəblərini 2170 şagird
bitirmiş, onlardan 1120-si ali məktəblərə
qəbul olunmuşlar. Bu tələbələrdən
ikisi Prezident təqaüdünə layiq görülüb.
42 nömrəli orta məktəbdə
əsaslı təmir işləri başa çatdırılmış və burada 3 mərtəbəli əlavə korpus inşa edilir.
İ.Əfəndiyev adına Elitar Gimnaziyada əsaslı təmir
işləri başa çatdırılmış, Tibb
Universitetindəki Tədris Terapiya Korpusunun və Ə.Qarayev adına Uşaq Xəstəxanasındakı
cərrahiyyə korpusunun tikintisi
davam edir. Bu dövrdə Elmi-Tədqiqat
Travmotologiya və Ortopediya İnstitutu əsaslı təmir edilmişdir.
Dekabr ayında keçiriləcək bələdiyyə
seçkiləri ilə əlaqədar dairə və məntəqə
seçki dairələri yerləşdiyi binalarda cari təmir işləri
aparılmışdır. Bu qurumlar lazımi avadanlıqlarla təmin edilmiş,
namizədlərin seçicilərlə
görüşlər keçirmələri üçün qapalı və açıq yerlər
müyyənləşdirilmiş, təbliğat vasitələri üçün stendlər təmir olunmuşdur.
Əhaliyə göstərilən xidmət növlərinin
səmərə və keyfiyyətinin yüksəldilməsi rayon icra hakimiyyəti
rəhbərliyi tərəfindən daim diqqət mərkəzində
saxlanılır və hesabat dövründə
bu sahədə də nailiyyətlər əldə
edilmişdir.
Nəsimi rayon Qaz İstismarı İdarəsi
tərəfindən bu dövrdə
92016,1 min manatlıq təbii qaz satılmışdır. “Azərsu”
ASC Nəsimi rayon filialı
istehlakçılara 2177,7 min manatlıq su satmışdır. Abonentlərin
69,7 faizi sayğacla təmin olunmuşdur. 2009-cu ilin 9 ayı ərzində rayonda
elektrik enerjisi
haqlarının ödənilməsi 87 faizə yüksəlmişdir. Nəsimi rayon elektrik enerjisi satışı və istismarı sahəsi üzrə
53755 (97,1 faiz) sayğac
quraşdırılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti
başçısının təşəbbüsü və birbaşa nəzarəti ilə rayon ərazisində başlanılmış genişmiqyaslı abadlıq və yenidənqurma
işləri davam etdirilməkdədir. Belə
ki, Azadlıq və Vaqif prospektlərinin
kəsişməsində yerləşən parkda tamamlanma işləri başa çatdırılmışdır.
Hazırda Vaqif prospekti ilə S.Vurğun və Xan Şuşinski
küçələrinin kəsişməsində
və R.Behbudov və
A.Bakıxanov küçələrinin kəsişməsində
yerləşən parklarda yenidənqurma
və abadlıq işləri başa
çatmaq üzrədir. Bundan başqa
Heydər Əliyev adına Sarayın ətrafında,
2-ci mikrorayon ərazisindəki
“Heydər parkı”nda təmir-bərpa və
təmizlik işləri aparılmış, S.Vurğun,
Ü.Hacıbəyov, R.Məmmədov, H.Seyidzadə, M.Kazımovski küçələrində,
Tbilisi, Azadlıq və Bülbül prospektlərində yeni yaşıllıq
zolaqları salınmış, müxtəlif növ ağac və dekorkativ
kollar əkilmişdir.
Rayon icra hakimiyyəti
başçısının sərəncamı ilə oktyabr-noyabr
ayları yaşıllıq ayları elan edilmiş və
bu məqsədlə hər həftənin şənbə və bazar günləri ümumrayon iməcilikləri keçirilir.
Həmin iməciliklər
zamanı indiyədək 1220 ağac əkilmiş,
Azadlıq prospektində isə genişmiqyaslı yenidənqurma və
abadlıq işlərinə başlanılmışdır. Rayonda qış mövsümünə hazırlıqla
bağlı zəruri tədbirlər həyata keçirilir
və bu istiqamətdə
qarşıya çıxan bütün problemlər
operativ həllini tapır.
Dövlət başçımızın tövsiyə və göstərişlərinə uyğun olaraq rayon
rəhbərliyi vətəndaşların müraciətlərinin heç birini cavabsız
qoymur və bu sahədə mütəmadi olaraq
işlər həyata keçirilir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Nəsimi
rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayev, Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Azad Mustafayev, Nəsimi Rayon Qaz İstismar
sahəsinin rəisi Bəhram Qarayev, Su Kəməri Qurğuları üzrə Nəsimi rayon İstehsalat və İstismar zonasının rəisi Eyvaz Budaqov, İstilik Sistemlərinin
İstismarı sahəsinin rəisi Qadir Əliyevin çıxışları dinlənildi.
Onlar görülmüş işlərdən və qarşıda duran
məsələlərdən danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev iclasa yekun vurdu.
Ayaz Həmidoğlu
Xalq qəzeti.- 2009.- 23 oktyabr.- S. 6.