Bakı Dövlət Universitetinin elmi kitabxanası 90 il elm təhsilin xidmətində

 

Azərbaycan Respublikasının aparıcı təhsil ocağı, ali məktəblərin flaqmanı Bakı Dövlət Universitetinin təsis edilməsinin 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il aprel ayının 24-də sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir.

 

Xalqımızın milli sərvətinə cevrilən universitet bu gün dövlət idarəciliyi, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Prezidentin imzaladığı sərəncamda həmçinin Nazirlər Kabinetininə və Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Bakı Dövlət Universiteti yarandığı dövrdən bugünədək bütün mərhələlərdə öz daxili strukturlarını təkmilləşdirərək böyük inkişaf yolu keçmişdir. Universitetin elmi kitabxanası da yardımçı elmi qurum kimi ali təhsilin formalaşmasına öz töhfələrini vermişdir. 90 ildir universitetin tərkibində fəaliyyət göstərən elmi kitabxana zənginləşərək bu günə gəlib çatmışdır. BDU-nun yubileyi ərəfəsində elmi kitabxananın 90 illik fəaliyyətinə həsr olunan monoqrafiyada onun da 90 illik fəaliyyəti geniş işıqlandırılmışdır.

MonoqrafiyaBakı Dövlət Universitetinin elmi kitabxanası 90 il elm təhsilin xidmətindəadlanır. Bu yeni monoqrafiyanın müəllifi Azərbaycan ali kitabxanaçılıq təhsilinin milli kitabxanaşünaslığın banisi, əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, “Şöhrətordenli professor Abuzər Xələfovdur. Professor A.Xələfov monoqrafiyada BDU-nun elmi kitabxanasının 90 illik fəaliyyətini mərhələlər üzrə təhlil edərək qeyd etmişdir ki, o, yarandığı vaxtdan ölkəmizdə ali təhsilin elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm təhsilin xidmətindəadlı monoqrafiyası universitetin yubileyi üçün töhfədir. Kitab 5 fəsil, 9 paraqrafdan ibarətdir. Ön sözdə müəllif Bakı Dövlət Universitetinin özünün keçdiyi şərəfli yolu təhlil etmiş, hazırda fəaliyyət göstərən ali məkətblərin bir çoxunun məhz universitetin bazası əsasında yaradılmasını vurğulamışdır. Müəllif haqlı olaraq universitet rektorlarının səmərəli fəaliyyətindən bəhs edərək onları ayrı-ayrılıqda yad etmişdir. Bakı Dövlət Universiteti hər cür çətinliyə baxmayaraq mətnləşmiş, bütün çətinliklərə sinə gərmiş, zaman-zaman inkişaf edərək formalaşmış bu gün Azərbaycan xalqının böyük bir elm təhsil müəssisəsinə cevrilmişdir.

Monoqrafiyanın I fəsli BDU-nun elmi kitabxanasının yaranması ilk onilliklərdə fəaliyyətinə aiddir. Bu fəsildə müəllif kitabxananın fəaliyyətini geniş təhlil etmişdir. Fəslin I paraqrafında Azərbaycan Xalq Cümhuriyyəti dövründə elmi-mədəni inkişaf sanballı dəlillər əsasında şərh edilmişdir. Bakı Dövlət Universitetinin məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranması bir daha vurğulanmışdır. II paraqraf isəBakı Dövlət Universitetinin kitabxanasının yaradılması maddi-texniki bazasının möhkəmləndirilməsiadlanır. Burada müəllif elmi kitabxananın yaradılmasının birinci onilliyində onun maddi texniki bazasının vəziyyəti, fondun tərkibi, oxucuların sayının illər üzrə artımı xronoloji qaydada verilmişdir. Eyni zamanda, burada universitetin özünün formalaşmasında görkəmli ziyalıların əməyi, onların universitetin fəaliyyətinin məhdudlaşdırılmasına qarşı mübarizələri bunların elmi kitabxananın formalaşmasına təsiri əksini tapmışdır.

Monoqrafiyanın II fəsliBakı Dövlət Universitetinin elmi kitabxanası XX əsrin 30-40- illərindəadlanır. 3 paraqrafdaBakı Dövlət Universitetinin bərpa edilməsi”, “Universitetin elmi kitabxanası 1934-40- illərdəElmi kitabxana Böyük Vətən müharibəsi illərindəkimi məsələlər öz əksini tapmışdır. Müəllif Xalq Komissarları Sovetinin 1934-cü il 25 may tarixiAzərbaycan Dövlət Universitetinin açılması haqqındaqərarını ətraflı təhlil etmiş universitetin daxili strukturlarının formalaşmasında əhəmiyyətini göstərmişdir. Müharibə illərində universitetin elmi kitabxanasının digər ali məktəb kitabxanalarına ədəbiyyatla köməyi artıq onun özünün ciddi bir qurum kimi formalaşmasından xəbər verirdi. Bakı Dövlət Universitetinin elmi kitabxanası XX əsrin 50-60- illərindəadlanan III fəsildə professor A.Xələfov qeyd edir ki, müharibədən sonrakı illər BDU-nun inkişafında xüsusi mərhələ təşkil edir. 1962-ci ildə respublikada yüksək ixtisaslı kitabxanaçı kadrlara olan ehtiyac nəzərə alınaraq müstəqil kitabxanaçılıq fakültəsi yarandı bu, elmi kitabxananın formalaşamasına müsbət təsir etdi. Uzun illərdən bəri böyük təcrübə toplayan kitabxananın kollektivi ənənəvi xidmətdən bacarıqla istifadə edir, yeni üsullarını da geniş tətbiq edir.

Monoqrafiyanın IV fəsliBakı Dövlət Universitetinin elmi kitabxanası XX əsrin 70-80-ci illərindəadlanır. Azərbaycanın müasir tarixnə dönüş mərhələsi kimi daxil olan həmin illər BDU-nun həyatında da əlamətdar olmuşdur. Bu dövrdə respublika ali məktəblərinin bayraqdarı olan universitetdə olduqca böyük uğurlar əldə edildi. Bu, o vaxt hakimiyyətə gəlmiş respublika rəhbəri Heydər Əliyevin universitetə böyük qayğısının nəticəsi idi. 1970-1980-ci illərdə universitet rəhbərliyi kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək, texniki vasitələrlə, avadanlıqla təchiz etmək, onun idarə edilməsini təşkilati cəhətdən təkmilləşdirmək, yüksək ixtisaslı kitabxanaçı kadrlarla təmin etmək üçün ciddi tədbirlər həyata keçirirdi. Elmi kitabxana özünün beynəlxalq əlaqələrini genişləndirərək dünyanın 171 elmi tədris müəssisəsi ilə əlaqə saxlayır, kitab mübadiləsi edirdi. Müəllif fəslin sonunda bir daha vurğulayır ki, elmi kitabxana onun peşəkar kollektivi universitetdə kadr hazırlığını, həmçinin elmi-tətqiqat işinin informasiya təminatını müvəffəqiyyətlə həyata keçirmişdir.

Monoqrafiyanın V fəsliBakı Dövlət Universitetinin elmi kitabxanası müstəqillik illərindəadlanır. Bu fəsil 3 paraqrafdan ibarətdir. 1-ci paraqrafda müəllif Bakı Dövlət Universitetinin fəaliyyətində yeni mərhələni, yəni müstəqillik illərini təhlil edir. Müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi həyatındakı acınacaqlı vəziyyət onun universitetə təsiri konkret faktlarla göstərilir. Bildirilir ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi respublikanı xaosdan, hərc-mərclikdən yaxa qurtarmasında həlledici rol oynamışdır. Alim 2-ci paraqrafda 1991-2007-ci illərdə Bakı Dövlət Universitetinin elmi kitabxanasının fəaliyyətini təhlil edərək universitetin rektoru işləmiş professorlar Murtuz Ələsgərovun Misir Mərdanovun, akademik Abel Məhərrəmovun elmi kitabxananın yenidən qurulması təkmilləşdirilməsindəki xidmətlərini vurğulayır. Müasir universitet qurucusu adlandırılan millət vəkili, akademik A.Məhərrəmovun rektorluğu dövründə Bakı Dövlət Universiteti yüksəliş yolu keçir, dünya miqyasında tanınır, onun elmi kitabxanası da bütün parametrləri ilə öz funksiyalarını modernləşdirir. Kitabxananın direktoru Saraxanım İbrahimovaya əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir. 1990- illərin axırlarında BDU-da tədris prosesinin informasiyalaşdırılması onun keyfiyyətinin yüksəldilməsi sahəsində islahatlar həyata keçirilərək kitabxana işinin kompyuterləşdirilməsi elmi-tətqiqat laboratoriyası yaradılmışdır. Monoqrafiyanın V fəslinin 3-cü paraqrafında laboratoriyanın elmi kitabxananın kompyuterləşdirilməsindəki rolu ətraflı şərh edilir.

Ümumiyyətlə, monoqrafiya BDU-nun 90 illiyinə müəllifin töhfəsidir geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Alim sonda qeyd edir ki, Bakı Dövlət Universitetinin elmi kitabxanasının 90 illik tarixini qələmə almaqla, bu böyük elm təhsil ocağı qarşısında bir oxucu kimi öz borcunu yerinə yetirməyə çalışmışdır.

 

 

Elçin ƏHMƏDOV,

 pedaqoji elmlər namizədi, dosent,

BDU-nun kitabxanaçılıq-informasiya

fakültəsinin dekan müavini

 

Xalq qəzeti.- 2009.- 31 oktyabr.- S. 5.