Yeni dərs ili qarşısında

 

Samux: Təhsilə diqqət var, qayğı da

 

Son vaxtlar Samux rayonu çox dəyişib. Hamar asfalt yollar, bir-birindən yaraşıqlı tikililər, park xiyabanlar uzun illər baxımsız qalan bu rayonun görkəmini xeyli dəyişdirib.Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində irəliləyişlər vardır. Yeni məktəb binalarının sayı artıb, təmir-tikinti, abadlıq işləri genişləndirilib, məktəblərin müasir avadanlıqlarla, kompyuterlə təchizatı yaxşılaşdırılıb. Müsahibimiz rayon təhsil şöbəsinin müdiri Hidayət Əhmədovdur.

Hidayət müəllim, yeni dərs ilinə hansı yeniliklər, nailiyyətlərlə gəlirsiniz?

Hazırda rayonumuzda 35 məktəb, 15 məktəbəqədər tərbiyə, 5 məktəbdənkənar tədris müəssisəsi var. Sevindirici haldır ki, son illər təhsil müəssisələrimizin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, yeni məktəb binalarının sayı artmış, yararsız binalar yüksək səviyyədə təmir olunmuş, təzə əlavə sinif otaqları tikilmişdir. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondu, Təhsil Nazirliyi rayon icra hakimiyyəti bizə yaxından köməklik göstərir.

Təhsil sahəsində aparılan islahatların rayonumuzda da uğurla həyata keçirilməsi üçün müəyyən işlər görə bilmişik. Dərs deyəcək müəllimlərin seçilməsi işinə daha məsuliyyətlə yanaşılmasına başlanılmışdır. İbtidai sinif müəllimləri üçün öyrədici treninqlər monitorinqlər aparılmış, 119 nəfərə birinci sinifdə dərs aparmaq səlahiyyət verilmişdir. Sinif otaqları əyani-texniki vasitələrlə tam təmin edilmiş, dərslərin normal aparılması üçün hərtərəfli şərait yaradılmışdır. Təhsil Nazirliyinin 3 avqust 2005-ci il tarixli 611 nömrəli əmrinin icrası ilə bağlı rayon məktəblərində yerli məktəb şəraiti, məktəbin maddi-texniki bazası, pedaqoji kadr potensialı nəzərə alınaraq bütün məktəblərdə birinci-altıncı siniflər, 18 məktəb isə tamamilə beşgünlük həftəsinə keçmişdir. Təcrübə göstərir ki, belə bir üsul şagirdlərin asudə vaxtının daha yaxşı səmərəli keçməsinə əlverişli şərait yaradır. Rayon məktəbləri tam vahid məktəbli formasına keçmişdir. “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)” təhsil müəssisələrimizdə uğurla həyata keçirilir. Rayonun 35 məktəbində 233 ədəd kompyuter, 13 ədəd noutbuk, 13 ədəd proyektor vardır bir sıra məktəblər internet şəbəkəsinə qoşulmuşdur. İnformatika dərsləri bir qayda olaraq kompyuter otaqlarında aparılır. Hələlik rayon məktəblərində 36 nəfərə 1 ədəd kompyuter düşür ki, bu da bizi o qədər qane etmir. Tezliklə bu vacib məsələni qaydaya salacağıq.

Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” da uğurla həyata keçirilir. Bu sahədə rayon Mərkəzi Xəstəxanası, sosial müdafiə fondu rayon şöbəsinin əməkdaşları ilə birgə yaradılmış komissiya tərəfindən 23 nəfər həmin qəbildən olan uşaq qeydə alınmış, onlara ğörə fərdi siniflər təşkil edilməsi planlaşdırılmış, tədris planları məktəblərə paylanmışdır.

Məktəblərimizin maddi-texniki bazası möhkəmləndirilir. Bu il Sarıqamış kənd orta məktəbi, onun istilik-qazanxana sistemi tamamilə yenidən qurulumuş, məktəb avadanlıqları təzələndirilmşdir. Qara-arx Hacallı kənd məktəbləri əsaslı təmir olunmuşdur. Digər məktəblər isə daxili imkanlar hesabına yeni dərs ilinə hazır vəziyyətə çatdırılmışdır. Bu il məktəblərə 2 mindən çox bədii kitab, 20 min 186 ədəd dərslik, 70 ədəd şagird partası, çoxlu şkaf, stol-stul, yazı lövhələri digər ləvazimatlar verilmişdir.

Rayonunuzun ümumtəhsil məktəblərində səmərəli təhsil üçün hər cür şərait yaradılır. Elə isə məktəb məzunlarınızın ali məktəblərə daxil olması göstəriciləri ilbəil yaxşılaşırmı?

– Son üç ili müqayisə ilə götürsək, irəliləyiş göz qabağındadır. Məsələn, üç il qabaq, yəni 2006-cı ildə ali məktəblərə sənəd vermiş 376 məzundan cəmi 36 nəfəri 300-500 arası bal toplamışdısa, keçən il bu rəqəm 66, bu il isə 71 nəfər təşkil etmişdir. Halbuki bu il əvvəlki illərdən az sənəd verilmişdi. Ali məktəblərə qəbul olunanların da sayı ilbəil artır. Üç il qabaq sənəd verən 376 şagirddən 74-ü qəbul olunduğu halda, bu il 357 nəfərdən 100 nəfəri ali məktəblərə daxil olmuşdur. Orta ixtisas məktəblərinə daxil olanlar az deyil. Yaxud keçən il rayonumuzun 6 məktəbindən ali məktəbə bir nəfər olsun məzun daxil olmadığı halda bu il belə hala rast gəlinməmişdir.

Sərgar kənd, İnstitut qəsəbə orta məktəbləri, Qarayeri qəsəbə, 1 nömrəli şəhər, Ziyadlı, Zazalı, Qovlar-sarı kənd orta məktəbləri bu sahədə daha çox fərqlənmişlər.

Məktəbəqədər tədris müəssisələrində vəziyyət necədir?

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu ilUşaq ilielan edilmişdir. Bununla bağlı çoxlu silsilə tədbirlər həyata keçiririk. Heydər Əliyev Fondunun xətti ilə məktəbəqədər tədris müəssisələrinin hamısına əyani-texniki vasitələr-plakatlar, dərsliklər, şəkil dəftərləri sair paylanmışdır. Şöbəmiz tərəfindən altıyaşlı uşaqların məktəbə daha yaxşı hazırlanmasına nəzarət artırılmışdır. Qarayeri qəsəbəsi 1 2 nömrəli şəhər 3 nömrəli məktəbəqədər müəssisələrdə bu sahədə daha çox təcrübə əldə olunmuşdur.

Bir məsələni qeyd etmək istəyirəm ki, rayon icra hakimiyyəti istənilən işdə bizə yaxından yardımçı olur, problemlərin həllində hərtərəfli köməklik göstərir. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin tez-tez məktəblərə baş çəkməsi, işimizlə maraqlanması, çox zaman elə yerindəcə hər hansı bir problemi həll etməsi bizim məsuliyyətimizi qat-qat artırır. Çalışacağıq ki, gələcəkdə təhsildə daha böyük uğurlar əldə edək.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.-2009.- 1 sentyabr.- S. 4.