Qara qızılın xoş müjdələri

 

Goranboy rayonunun Eyvazlılar kəndi Gəncə -Bakı magistral yolunun 40-cı kilometrliyində, Goran dəmiryol stansiyasının yaxınlığında yerləşir. BakıTbilisiCeyhan neft kəməri Eyvazlılar kəndinin yanından keçir. Kommunikasiya xətlərinə, yola yaxın olmaq inkişaf amili, sosial məsələlərin həlli imkanıdır. XXI əsrdə Eyvazlıların bəxtinə daha bir yola – BTC neft kəmərinə yaxın olmaq düşüb. Əsrin layihəsinin bütün gücü ilə fəaliyyət göstərməsi Eyvazlılar kəndində əhalinin yaşayış tərzində xeyli dəyişiklik yaradıb.

Ulduz icmalarının inkişafı layihəsi çərçivəsindəbpşirkəti tərəfdaşlarının dəstəyi iləBirləşmiş büdcə təşəbbüsülayihəsi həyata keçirilir. Bu layihə BakıTbilisiCeyhan Cənubi Qafqaz boru kəmərləri boyunca yerləşən 3 icmanı əhatə edir. Həmin icmaların mövcud ehtiyaclarını həll etməkdə yardımçı olmaq, icma ilə yerli hakimiyyət orqanları özəl bölmə arasında əməkdaşlıq yaratmaq məqsədi daşıyan bu layihədən Eyvazlılar camaatı artıq davamlı olaraq faydalanır. Bu yaxınlarda isə Eyvazlılarda idman qurğuları ilə tam təmin edilmiş meydança açılmışdır. Təzə qurğularla gözoxşayan məktəbyanı stadionda yerli idman həvəskarları öz məharətlərini göstərirlər. Yeri gəlmişkən, həmin məktəb bp tərəfdaşları tərəfindən inşa olunub.

Biz kənddə olarkən al-əlvan idman paltarlarında stadiona toplaşmış uşaqlarla görüşdük. Onların aldığı kubokların, mükafatların sayı yeni idman meydançasından necə səmərəli istifadə edildiyini göstərirdi. İdmançıların arasında qızların çoxluğu diqqəti cəlb edirdi. İdman qurğularının yaradılmasıproqramı ilə icma gənclərin zərərli vərdişlərdən uzaqlaşması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaradılmışdır. Eyvazlıların bu işinəUşaqların xilasıBeynəlxalq Təşkilatı, “Yəhyafermer təssərrüfatı, Goranboy Rayon İcra Hakimiyyəti qoşulmuşdur. 16547 manatlıq sərmayənin 10711 manatıbp”nin üzərinə düşmüşdür.

Eyvazlılarda daha bir mühüm qurğununyem tədarükü satışı bazasının işə salınmasının da şahidi olduq. Cavan ağacların, yoncalığın əhatəsində tikilmiş bu yem bazası təkcə Eyvazlıların deyil, ətraf kəndlərdən Çinliboluslu Məşədiqaraların da yem tələbatını ödəyəcək. Saatda 300 kiloqrama qədər yem istehsal edən qurğu ekoloji cəhətdən təmiz keyfiyyətli məhsulla artıq camaatın sevincinə səbəb olub. Əvvəllər belə yem almaq üçün adamlar uzağa gedib-gəlməli olurdular.

Maldarlıq əkinçiliklə məşğul olan kənd camaatı üçün hazır yemin suyun demək olduğu hamıya məlumdur.bp”nin bu ərazidə həll etdiyi ilk sosial məsələ su çəkilişi olmuşdu. Bir neçə artezian quyusunun qazılması ilə boş çöllər yaşıllığa bürünmüşdür. Kəndin elektrik enerjisi ilə təchizatı dabp”nin köməyi ilə yaxşılaşıb. Eyvazlılardan bu barədə soruşanda dedilər: “İşığımız yanır, suyumuz gəlir. Məktəbimizdə isə balalarımızın əli internetə çatır. Bunlar hamısı neftimizin yaratdığı imkanlardır”.

 

 

Sara NƏZİROVA

 

Xalq qəzeti.- 2009.- 4 sentyabr.- S. 3.