Ümumdünya iqtisadi böhranı uçuşların aeronaviqasiya təminatından da yan keçmir

 

Bu ilin avqust ayında Moldovanın paytaxtı Kişinyov şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa Şimali Atlantika üzrə Paris Bürosu tərəfindən Mülki Aviasiya aeronaviqasiya strukturlarının direktorları ekspertləri üçünÜmumdünya iqtisadi böhranının uçuşların aeronaviqasiya təminatına təsirimövzusunda seminar keçirilmişdir.

Seminarda Büronun direktoru Karsten Tayl son dövrdə aeronaviqasiya xidməti sahəsində fəaliyyəti ətraflı təhlil etdi iqtisadi böhranın uçuşların təhlükəsizliyinin təmin edilmə səviyyəsinə Avropa regionunda iqtisadi göstəricilərə təsir göstərməsi ilə bağlı narahatlığını bildirdi. K.Tayl aeronaviqasiya xidməti göstərən strukturların fəaliyyətində zəruri dəyişikliklərin əsas prinsiplərini seminar iştirakçılarının nəzərinə çatdırdı.

Bu dəyişiklik hava hərəkətinin idarə olunması zamanı uçuşların təhlükəsizlik səviyyəsinin saxlanılması ya artırılmasına yönəldilən ICAO proqramlarının tətbiq edilməsindən imtina nəticəsində meydana çıxan gözlənilməz təhlükənin qarşısının alınması məqsədi daşıyır. Ümumdünya iqtisadi böhranı nəzərə alınmaqla dünyanın aviasiya nəqliyyatı sistemində ICAO-nun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərin təhlili göstərir ki, ümumiyyətlə vəziyyət yaxşılığa doğru gedir. Bundan əlavə o, qeyd etdi ki, böhran təkcə sərnişindaşımalara deyil, həm hava hərəkətinin axınına (uçuşların sayına) təsir göstərmişdir.

Aeronaviqasiya xidməti göstərən strukturların bir çoxu ümumilikdə mənfəət gəlirin azalması ilə əlaqədar müvəqqəti olaraq maliyyə çətinlikləri ilə üzləşmişdir. İndi xidmət göstərən həmin strukturların əksəriyyəti işin səmərəliliyinin artırılması üçün qısamüddətli tədbirlər planı işləyib hazırlamışlar. Hazırda həmin tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Lakin aeronaviqasiya müəssisələri məsrəflərin azaldılması istiqamətində bütün səylərinə baxmayaraq, həm Avropada, həm Asiyada hava daşımalarının azalması səbəbindən hazırda böhrandan əvvəlki səviyyənin bərpa edilməsi hələlik qeyri-mümkündür. Məlumdur ki, bütün bu səbəblər ümumilikdə texniki təminat sistemlərinin işinə, hava hərəkətini idarə edən orqanların işçi heyətinin hazırlıq səviyyəsinə, həmçinin dövlətlərin hava məkanında uçuşların təhlükəsizliyinin texniki təminatına birbaşa təsir göstərir. Buna görə yığım tariflərinin mövcud səviyyəsinin saxlanılması şərtilə yeni xidmətlər səviyyəsinə keçmək üçün aviaşirkətlərin nümayəndələri ilə danışıqların məsləhətləşmələrin aparılması zəruridir.

Bu, ümumdünya aviasiya birliyinin hər iki tərəfi üçün tez bir zamanda öz nəticələrini göstərəcəkdir. Hava hərəkəti axınında əhəmiyyətli dəyişiklik baş vermədiyi halda hava hərəkətinin təşkilinin maliyyə modeli hər yerdə aeronaviqasiya yığımları tariflərinin artırılmasınıtələb edəcəkdir”. Lakin ümid edirik ki, bu tədbirə ehtiyac olmayacaqdır. Belə ki, vəziyyət sabitləşir yaxşılaşma gözlənilir.

Ümumdünya maliyyə böhranının mövcud olduğu dövrdə ən mühüm mürəkkəb vəzifə inkişaf istiqamətinin düzgün müəyyən edilməsi maliyyə məsrəflərinin düzgün bölüşdürülməsidir. Bununla yanaşı Hava Hərəkətinin İdarə Edilməsi zamanı uçuşların təhlükəsizliyinin tələb olunan qaydada təmin olunması üçün HHİE sisteminin lazımi səviyyədə saxlanılması da vacibdir.

Hazırda ICAO tərəfindən vəziyyətin öyrənilməsi üçün regionlarda bir sıra monitorinqlər keçirilir. Aparılan monitorinqlər göstərir ki, Avropada hava daşımalarının sayının xeyli azalmasına baxmayaraq, bir neçə dövlətin, o cümlədən Azərbaycan Respublikasının hava məkanında aviaşirkətlərin hava gəmilərinin uçuşları sabit olaraq qalır, hətta aviareyslərin artım tendensiyası da müşahidə olunur.

ICAO-nun mənzil-qərargahında çalışan həmvətənlərimiz – ICAO-nun ekspertləri Elxan Nəhmədov Leyla Süleymanova aeronaviqasiya xidmətləri sisteminin işinin nəticələrinə öz fəaliyyəti ilə təsir göstərən inzibati dəstənin rəhbərlərinə seminarda ətraflı elmi tövsiyələrini verdilər. Dövlət beynəlxalq proqramlar çərçivəsindəki sıx əməkdaşlıq nəticəsində ölkəmizin aeronaviqasiya sisteminin modernləşdirilməsinə tələb olunan inkişaf səviyyəsinə yüksəlməsinə nail olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hava limanlarının aeronaviqasiya komplekslərinin yenidən qurulması barədə şəxsi təşəbbüs göstərişlərinin, habelə diqqət qayğısının bu sahədə mühüm rolu olmuşdur. Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyəti, ICAO, Dövlətlərarası Aviasiya Komitəsi, Eurocontrol, CANSO IATA kimi mülki aviasiya beynəlxalq təşkilatları ilə əməkdaşlıq edirlər. ICAO-nun köməyi sayəsində ölkəmizdə mülki aviasiya sahəsində bir çox layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Bunların sırasında futla ölçmə sisteminə keçid, RVSM-in (şaquli eşelonlaşdırmanın azaldılmış minimumu) ICAO standartlarının tətbiqi layihələrini, həmçininAviasiya haqqındayeni Qanunun, digər hüquqi normativ sənədlərin hazırlanmasını qeyd etmək lazımdır.

Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cahangir Əsgərovun həyata keçirdiyi yeni islahatlar nəticəsində son illər ərzində Azərbaycan Mülki Aviasiyasının bütün sahələrində əsl dirçəliş baş vermişdir. Xüsusən Aeronaviqasiya xidməti ICAO-nun standartları səviyyəsinə yüksəldilmişdir.

ICAO-nun beynəlxalq standartları tövsiyə olunan təcrübəsinə, həmçinin Avropa Birliyinin sənədlərinə uyğun olaraq ölkədəki hava limanlarının aeronaviqasiya sistemlərinin yenidən qurulması modernləşdirilməsi layihələrinin həyata keçirilməsində daha böyük uğurlar əldə edilmişdir. Daim təkmilləşən, maksimal məsafələr miqyasında mövcud olan ümumdünya mülki aviasiya nəqliyyatı sistemi bu gün strateji cəhətdən çox mühüm operativ sistemdir. Onun əsas vəzifələrindən biri təkcə iqtisadi göstəricilərin artırılmasından ibarət deyil, həm ilkin məqsədin təmin edilməsimilli, regional qlobal beynəlxalq əməkdaşlıq çərçivəsində uçuşlar həyata keçirilərkən təhlükəsizliyin tələb olunan səviyyədə təmin edilməsindən ibarətdir. Azərbaycan tarixən Avropa Asiyanı Qərbdən Şərqədək Şimaldan Cənubadək birləşdirən mühüm regional nəqliyyat dəhlizlərinin kəsişdiyi yerdə yerləşir. Bu gün tarixi İpək yolu boyunca daşımaların, o cümlədən, hava daşımalarının bərpası üzrə dünyada böyük bir proqram həyata keçirilir. Azərbaycan min illər ərzində İpək yolunda əsas element kimi çıxış etmişdir bu fakt tarixən sübut olunmuşdur. Hazırda isə bu genişmiqyaslı layihə Avropa Asiya dövlətləri tərəfindən dəstəklənir.

Bütün nəqliyyat sistemləri üçün qüvvədə olan bu proqram Mülki Aviasiya üçün yeni interpretasiyada – “Hava İpək yolukimi tətbiq olunur. Şübhəsiz, Azərbaycan Respublikası həmişə olduğu kimi, İpək yolundakı tarixi nailiyyətlərini bu gün yenidən bərpa etmək əzmindədir. Ölkədə aeronaviqasiya xidməti göstərən bu xidmətin səviyyəsini günbəgün ICAO-nun tələbləri səviyyəsində yüksəldənAzəraeronaviqasiyamüəssisəsi isə mənfəət gəlirin artırılması yolunda artıq bütün imkanları səfərbərliyə almışdır.

 

 

Məhərrəm SƏFƏRLİ

 

Xalq qəzeti.-2009.- 4 sentyabr.- S. 4.