Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı uğurla yerinə yetirilir

 

Son illər aqrar islahatlar nəticəsində kənd təsərrüfatı sürətlə inkişaf etmiş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmışdır. Kənd təsərrüfatı bitkilərinin becərilməsində fermerlərə dövlət tərəfindən hərtərəfli dəstək qayğı göstərilməsi öz bəhrəsini vermişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu ilin iyulun 1-i vəziyyətinə əkin sahələrinin tam uçotu keçirilmişdir. Uçot məlumatlarına görə, dənli dənli-paxlalı bitkilərin əkin sahələri 2009-cu ildə 2008-ci ilə nisbətən 125,3 faiz, texniki bitkilərin əkin sahələri 58 faiz, kartof, tərəfəz bostan bitkilərinin əkin sahələri 96,5 faiz, yem bitkilərinin əkin sahələri 103,4 faiz artırılmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ötən 7 ayı ərzində diri çəkidə 171,6 min ton ət, 827,7 min ton süd, 716 milyon ədəd yumurta 13,2 min ton yun istehsal edilmişdir. Ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 0,2 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 11,6 faiz yun istehsalı 2,7 faiz artmışdır.

Bu ilin əvvəlindən ötən dövr ərzində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz, o cümlədən bitkiçilik üzrə 9,2 faiz, heyvandarlıq məhsulları üzrə 2,1 faiz artmışdır. Bitkiçilik məhsullarının, eləcə ümumi məhsulun artım tempinə taxıl istehsalının keçən ilə nisbətən kəskin artması (21,7 faiz) böyük təsir göstərmişdir.

Azərbaycanın iqtisadi uğurlarında, göründüyü kimi, aqrar bölmənin payı danılmazdır. Bu isə, şübhəsiz ki, dövlət başçısının sözügedən sektora xüsusi qayğısının nəticəsidir. Xatırladaq ki, qlobal iqtisadi böhranın kənd təsərrüfatına, eləcə Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, rəqabət qabiliyyətinin qorunması, birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür bu, hazırda da davam etdirilir. Misal kimi, dövlət başçısının bu yaxınlarda imzaladığı müvafiq qanunu göstərmək olar: 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmişdir. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə qədər azaldılmışdır.

Aqrar bölməyə, ümumilikdə qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, kənd təsərrüfatı istehsalçılarının, sahibkarlığın dəstəklənməsi siyasəti hazırda da davam etdirilir. Bu ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni yerinin açılmasına imkan yaradacaqdır.

Adı çəkilən fondun vəsaiti hesabına bu ilin altı ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 729 layihənin maliyyələşdirilməsinə 1244,4 min manat, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 4 layihənin maliyyələşdirilməsinə 5,300 min manat güzəştli kredit vəsaiti ayrılmışdır.

Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının marketinq xidmətlərinin dəstəklənməsi ilə əlaqədarAzərtədarüksatış” ASC-nin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkə Prezidentinin Administrasiyasına müraciət edilmişdir.

Onu da deyək ki, aqrar bölmədə istehsal olunan məhsulların tanıdılması, təbliği məqsədilə respublikada xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilər barədə istehsalçılara məlumat verilmişdir. Bu il oktyabrın 6-9-da Bakıda keçiriləcək beynəlxalq sərgidə iştirak etmək üçün istehsalçılara məktub göndərilmişdir.

Altı ay ərzində kənd təsərrüfatı istehsalçılarına da qayğı artırılmışdır. Fermerlərə ayrılan yardımların, texnika gübrə alınmasına güzəştlərin nəticəsində bu il taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılmış, o cümlədən buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil etmişdir. Əlbəttə, bu ya digər uğurlu göstəricilərin əldə edilməsində dövlət başçısının təşəbbüsü dəstəyi ilə yaradılanAqrolizinqSəhmdar Cəmiyyətinin mühüm rolu vardır. Bu ilin altı ayı ərzində dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının aqrokimyəvi maddələrin alınması üçün adı çəkilən səhmdar cəmiyyətə 33 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.

Ümumiyyətlə, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurla reallaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən hərtərəfli əlverişli şərait yaradılmış, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi növü genişləndirilmiş, fermerlərə traktor, kombayn digər maşın avadanlıqlar, toxum, gübrə, habelə pestisidlər verilmişdir.

Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev yekun nitqində aqrar sektorun indiki durumunu geniş təhlil etmiş, fermerlərə bundan sonra da ciddi diqqət yetiriləcəyini vurğulamışdır: “Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınmasıbütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür görüləcəkdir...".

Bütün bunların nəticəsidir ki, bu il qarğıdalı da daxil olmaqla taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, ötən ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir.

Son məlumata görə, 70 min hektardan çox sahədə kartof, 80 min hektara yaxın sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri s. əkilmişdir. İndiyədək 260 min tondan çox kartof, 270 min tondan çox tərəvəz, 70 min tona yaxın meyvə, 12 min tondan çox bostan məhsulları yığılmışdır. Hazırda məhsul yığımı davam etdirilir.

Göründüyü kimi, ölkə iqtisadiyyatında əldə edilən uğurların böyük hissəsi aqrar bölmənin payına düşür. Bu isə dövlətin kənd təsərrüfatına göstərdiyi diqqətin getdikcə artırılması ilə bağlıdır.

 

 

V.BİNNƏTOĞLU

 

Xalq qəzeti .- 2009.- 6 sentyabr.- S. 1.