İsa Həbibbəyli:
ömrün 60-cı baharı
Alim tanıyıram
qoca Qafqazın,
Çeşmə tək durulub dibindən çıxır...
Gözəl şairimiz Hüseyn Arifin bu misralarını oxuyanda istedadı, şəxsiyyəti, mənəvi
aləmi, insanlığı,
təşkilatçılığı, təfəkkürü, bir
sözlə, bütün
meyarları ilə əsl alim olan,
çeşmə kimi
şırhaşır axan
elmin qoca Qafqaz zirvəsinə yüksələn filologiya
elmləri doktoru, akademik İsa Həbibbəyli gözlərimin
önündən bir kinolenti kimi keçdi. Atalar gözəl deyib: “Ot kökü
üstə bitər.”
Naxçıvanın çox
hörmətli ziyalısı
Əkbər müəllimin
ocağında dünyaya
göz açan İsa Həbibbəyli həmişə rahat yaşamayıb. Bir müddət o, Bakıda əli qabarlı gənc ikən zavod fəhləsi olur. Sonra Naxçıvan Pedaqoji İnstitutuna qəbul olur və oranı fərqlənmə diplomu ilə bitirir. Elmin daşlı-kəsəkli yollarında
tanrıya və bir də istedadına
arxalanaraq tək-tənha irəliləyib.
25 yaşından
Naxçıvan Dövlət
Universitetində dərs
deyən İsa Həbibbəyli ədəbiyyata
esselər, məqalələrlə
gəlir. “Arpa çayı daşa bilməz”, “Aran dönüb gülüstana”,
“Puşkinə əbədi
heykəl”, “Hadi lirikasında sənətkarlıq
xüsusiyyətləri” mövzusunda
elmi-bədii yazılarla nəzəri cəlb edir.
XX əsr
Azərbaycan ədəbiyyatı
tarixində mühüm
xidmətləri olmuş
Mirzə Cəlili, H.Cavidi, Ə.Hüseynzadəni,
M.Hadini, A.Səhhəti
və başqalarının
yaradıcılığını araşdırıb və mükəmməl əsərlər
yazıb.
1984-cü ildə
yazdığı “Romantik
lirikanın imkanları”
monoqrafiyası poeziya,
şeir nəzəriyyəsinə
həsr olunmuş dəyərli tədqiqat əsəridir.
Ədəbiyyat tənqidsiz inkişaf edə bilməz. Akademik İsa Həbibbəylinin qələmindən çıxan
nə varsa ədəbiyyatımızın inkişafına xidmət edir.
“Cəlil Məmmədquluzadə: Mühiti və
müasirləri” kimi dəyərli monoqrafik tədqiqatından tutmuş
Nəriman Nərimanov,
Məhəmməd Tağı
Sidqi, Məhəmməd
ağa Şahtaxtinski,
Məmməd Araz, Hüseyn İbrahimov, Yusif Məmmədəliyev,
Nəsrəddin Xoca ənənələri və
s. haqqındakı məqalələrində
İsa müəllim təkrarsızdır. Fitri istedadı,
dərin mütaliəsi
ona elə tədqiqatçılıq bacarığı
aşılamışdır ki, bu gün
istər gənc nəsil, istərsə də orta nəsil
nümayəndələri İsa
Həbibbəyli məktəbindən
öyrənməlidir və
öyrənirlər.
1998-ci ildə
İsa Həbibbəyli
ulu öndərimiz Heydər Əliyevin 75 illiyinə həsr edilmiş “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə
Naxçıvan Dövlət
Universiteti” adlı kitab nəşr etdirir. Bu kitabda
Heydər Əliyevin doğma diyarda keçirdiyi illər, Naxçıvanın yüksəlişi
üçün gördüyü
misilsiz xidmətlər
böyük məhəbbətlə
təsvir olunub.
Bir haşiyə:
11 oktyabr 2002-ci ildə
respublikamızın görkəmli
elm adamları ilə bərabər muxtar respublikanın döyünən ürəyi
olan Naxçıvan Dövlət Universitetini ziyarət etdik. Biz – Bakı Dövlət Universitetinin professoru Yusif Seyidov, Azərbaycan Pedaqoji Universitetinin professoru Xeyrulla Məmmədov (ruhu şad olsun),
AMEA-nın Əlyazmalar
İnstitutunun şöbə
müdiri professor Möhsün Nağıyev,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
dosentləri Gülşən
Əliyeva Kəngərli,
Rauf Sadıxov muxtar respublikanın təyyarə
limanında yerə enərkən giriş qapısından hiss etdim ki, 5-6 il
ərzində Naxçıvan
doğrudan da surətlə inkişaf etmişdir. Abadlıq, təmizlik hər kəsi valeh edirdi. Universitetə gəldikdə isə sözün əsl mənasında sanki əfsanələrdəki cənnət
bağına düşdük.
Universitetin elm adamları, ziyalıları
bizimlə söhbətlərində
qeyd etdilər ki, bu möhtəşəm
məbədgahın tikilib
başa gəlməsində
möhtərəm Prezidentimiz
Heydər Əliyevin xidmətləri danılmazdır.
Universitetin rektoru İsa Həbibbəyli ilə tanışlıq isə mənim yaddaşımdan heç zaman silinməyəcək.
“Mənim hər bir müəllimim bu universitetdə rektor işləməyə
layiqdir.” deyən İsa müəllimin sözləri elə-belə, havadan deyilən gəlişi gözəl sözlər deyildir. Bu universitetdə
doğrudan da görkəmli, savadlı,
istedadlı ziyalılar
elmi potensialın formalaşmasında müstəsna
xidmət göstərirlər.
Düşünürəm ki, bu cümləni
işlətmək yalnız
İsa Həbibbəyli
şəxsiyyətinə xarakterikdir.
20 ildən çoxdur
ki, blokadada yaşayan bu məmləkətdə belə
bir universitet yaratmaq xoşbəxtliyin ən yüksək pilləsidir. Gözəl kitabxanası, kompyuter mərkəzləri, tədris
korpusları ilə hər şeydən əvvəl kadr potensialı ilə Naxçıvan Dövlət
Universiteti MDB məkanında
hər hansı universitetlə rəqabətə
girə bilər.
Bu gün Naxçıvan Dövlət
Universitetində təkcə
Azərbaycan vətəndaşları
deyil, xarici ölkədən olan vətəndaşlar da təhsil alırlar.
Belə bir məsəl var “Alim olmaq asandır, insan olmaq çətin”. Ən böyük alimlik insanlıqdır. İsa Həbibbəyli bu qədər qayğının və məsuliyyətin içərisində olmasına baxmayraq bu gün də elmi tədqiqatlarını davam etdirir. O, həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. İnsanların qayğısına qalmaq, onların problemlərinin çözüm yollarını aramaq onun həyat kredosuna çevrilib. Bu yaxınlarda akademik İsa Həbibbəylinin 60 yaşı tamam olur. Elə bu münasibətlə də möhtərəm Prezidentimiz Naxçıvana bu ilki səfərində onu “Şərəf” ordeni ilə təltif etdi. Məncə, bu dövlətimizin, Prezidentimizin ziyalılara bəslədiyi yüksək münasibətin bariz nümunəsidir. Mən də onun bir oxucusu kimi, bir ziyalı kimi, hər şeydən öncə müstəqil Azərbaycan vətəndaşı kimi görkəmli akademikimizi ürəkdən təbrik edirəm və deyirəm: “İsa müəllim, ömrünüzün 60-cı baharı arxada qaldı. Bunların hər biri ömür kitabınızın bir səhifəsidir. Gün o gün olsun ki, bu şərəfli ömrün 100-cü baharını qeyd edək və mən sizin haqqınızda monoqrafiya yazım”.
Zülfiyyə ELDARQIZI
Xalq qəzeti.- 2009.- 6 sentyabr.- S. 5.