50 məktəb yeni dərs ili ərəfəsində mükafatlandırıldı

 

Respublika Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə ölkənin 50 məktəbiən yaxşı məktəb”, 100 müəllimi isəən yaxşı müəllimmükafatına layiq görülmüşdür. Məlumat üçün bildirək ki, “ən yaxşı müəllimən yaxşı məktəbmüsabiqələri Prezidentin 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən hər il keçirilir qalib müəllim 5000 manat, qalib məktəb isə 10000 manat məbləğində mükafatlandırılır.

Bu il mükafatlandırılan məktəblər arasında Bakının Nizami rayonunun V.Sadıqov adına 214 saylı Suraxanı rayonunun 290 saylı məktəbləri vardır.

214 saylı məktəbin direktoru Əli İsakov bildirdi ki, Azərbaycanda təhsil islahatı son illər sürətlə davam edir artıq milli təhsilimiz əsaslı surətdə yeniləşmişdir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanımızda təhsil problemləri qismən həllini tapmağa başlamış Təhsil İslahatı Proqramının qəbul edilməsi ilə (1999) bu sahədə inkişaf daha da sürətlənmişdir. Son illər isə ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev təhsili prioritet sahə kimi diqqət mərkəzində saxlamışdır. Təsəvvür edin ki, 5 ildə ölkədə 1600-dən çox məktəb inşa edilmişdir. Bizim 214 saylı məktəbə əlavə korpus tikilmişdir ki, bu gün artıq şagird sıxlığı demək olar ki, aradan götürülmüşdür.

Məktəbimizdə informasiya texnologiyalarından istifadə sahəsində xeyli təcrübə toplanılmışdır. Prezidentimizin sərəncamı əsasında artıq bizdə hər 33 şagirdə 1 kompyuter nisbəti həll olunmuşdur.

Mərkəzləşmiş test imtahanları zamanı şagirdlərimiz nailiyyət qazanmışlar. Müəllimlərimiz, şagirdlərimiz rayon respublika müsabiqələrində layiqli yer tutmuşlar. Biz çalışırıq ki, Prezidentimizin təhsil işçiləri qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirək. Bu səylərimizin nəticəsidir ki, məktəbimizən yaxşı məktəbmüsabiqəsinin qalibi olmuşdur.

290 saylı məktəbin direktoru Rahidə İsmixanova da bu mükafatı məktəbin pedaqoji kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Rahidə xanım son illər milli təhsilimizin inkişafına dövlət qayğısından danışdı. O bildirdi ki, ümummilli lider Heydər Əliyevin təhsil sahəsində başladığı islahatlar bu gün öz bəhrəsini verməkdədir. Cənab Prezidentimiz İlham Əliyev son 5 ildə 16 dövlət proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Möhtərəm Prezidentimiz təhsilin millətin gələcəyi olduğunu bildirərək, onun inkişafını daim diqqət mərkəzində saxlayır.

Söz yox ki, bu mükafat da cənab Prezidentimizin təhsilə qayğısının ifadəsidir.

Onu deyim ki, bizim məktəb Suraxanı rayonunun Yeni Günəşli massivində yerləşir. Vaxtilə ulu öndər Heydər Əliyev burada yerləşən 275 nömrəli məktəbdə olmuş təhsilin inkişafı ilə bağlı öz tövsiyələrini vermişdir.

Məktəbimizdə təhsil müasir tələblər səviyyəsində qurulmuşdur. Çox işgüzar pedaqoji kollektivimiz var qarşıya qoyulan məqsəd bundan ibarətdir ki, məktəbimiz müasir standartlara uyğun qurulsun şagirdlərimiz yüksək səviyyədə təhsil ala bilsinlər.

Təhsil işçilərinin respublika konfransı keçirildi. Orada çıxış edən təhsil naziri Misir Mərdanov ötən ilin yekunlarından yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı.

Qarşıda çox mühüm vəzifələr durur. İndi müasir təlim texnologiyalarının tətbiqi xüsusilə vacib şərt kimi qarşıya qoyulur. Bu sahədə bizim məktəbin nailiyyətləri böyükdür. Məktəbimiz Amerika Təhsil Şurası xətti ilə orta məktəb müəllimlərinin yeni təlim texnologiyaları, vətəndaş təhsili kompyuter bacarıqlarının inkişaf etdirilməsi üzrə keçirdiyi TEA PİE proqramlarının həyata keçirilməsində ardıcıl olaraq bir neçə dəfə mükafatlar qazanmışdır. “İnternet Mərkəzi”ni Proyekt Harmoniya Təşkilatının Əlaqələndirmə Proqramı Layihəsində qalib gələrək qazanmışıq. Məktəbimizin vebsaytı yaradılıb.

Respublika şəhər olimpiadalarında müxtəlif nominasiyalarda qalib olmuşuq. Məktəbimizdə üç kompyuter otağı var ki, onlarda 41 kompyuter yerləşdirmişik.

Təhsilin təşkili sahəsində qazandığımız uğurların nəticəsidir ki, bu il 57 nəfər şagirdimiz ali məktəblərə qəbul olunmuş onlardan 20 nəfəri 500-dən yuxarı, üç nəfəri isə 600-dən yuxarı bal toplamışlar.

Əlbəttə, bizim məktəbdə formalaşmış pedaqoji kollektiv fəaliyyət göstərir. Onların hər biri müasir təhsil konsepsiyasına yiyələnmiş, öz ixtisaslarını ürəkdən sevən müəllimlərdir.

Ən yaxşı məktəbadını qazanmaq bizi arxayınlaşdırmır. Çalışacağıq ki, Prezidentimizin bu etimadını doğruldaq. Təhsil sahəsinə cənab Prezidentimizin qayğısına öz əməli fəaliyyətimizlə cavab verək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 6 sentyabr.- S. 6.