Azərbaycan uğurları Dünya İqtisadi Forumunun hesabatında yüksək qiymətləndirilmişdir

 

Dünyanın aparıcı təşkilatlarının hesabatlarında Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider mövqeyə çıxdığı vurğulanır. Dünya İqtisadi Forumu ilə paralel olaraq Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində (“Biznesin aparılması – 2010: Çətin vaxtda islahatlar” (Doinq Business-2010") Azərbaycan 138 ölkə arasında 38-ci yeri tutmuşdur. Ekspertlərin fikrincə, həyata keçirilən son islahatlar iş adamlarının biznes fəaliyyəti üçün səmərəli şərait yaradılmasına imkan vermişdir.

 

Onu da xatırladaq ki, sözügedən hesabatda Azərbaycan biznesin reallaşdırılması indikatoruna görə 38-ci yeri, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunması üzrə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı yeri tutmuşdur.

Qeyd edək ki, 2007-ci ilin iyul ayından 2008-ci ilin iyul ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahənin 7-də islahatlar həyata keçirmiş və “Doinq Business–2009” hesabatında sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində ən böyük yüksəliş əldə edərək 181 ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmişdir. Eyni zamanda, ölkəmiz 183 ölkə arasında bir nömrəli islahatçı elan edilmişdir.

Hesabatda ölkəmizlə bağlı uğurlar heç təsadüfi deyil. Bununla əlaqədar bir neçə məqama diqqət yetirək. Əvvəla, Azərbaycanın iqtisadi uğurlarında özəl bölmənin payı danılmazdır. Bu isə, şübhəsiz ki, dövlət başçısının sözügedən sektora xüsusi qayğısının nəticəsidir. Xatırladaq ki, qlobal iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür bu, hazırda da davam etdirilir. Misal kimi, dövlət başçısının bu yaxınlarda imzaladığı müvafiq qanunu göstərmək olar: 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir.

Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasəti hazırda da davam etdirilir. Bu ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni yerinin açılmasına imkan yaradacaqdır.

Onu da qeyd edək ki, hazırda regionlarda adamlarına güzəştli kreditlərin verilməsi davam etdirilir. Bu yaxınlarda Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara güzəştli kreditlərin verilməsi buna misal ola bilər. Belə ki, sentyabrın 11- İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba şəhərində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçünRegionlarda sahibkarlığın inkişafına dövlət dəstəyimövzusunda sayca 27-ci tədbirini keçirmişdir.Əvvəlcə tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmışBakuba” MMC Zəm-ZəmMMC-nin Quba rayonunda, “AqrolaynMMC-nin Qusar rayonunda sahibkar Rövşən Şərifovun Xaçmaz rayonunda meyvə-tərəvəz digər ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 2000 ton olan soyuducu anbar komplekslərinin tikintisi ilə bağlı gördükləri işlər, həmçinin onların saldıqları meyvə bağları ilə tanış olmuşlar.

Xatırladaq ki, həmin tədbirdə Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət qayğı göstərildiyini vurğulayan Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, fond tərəfindən regionlarda soyuducu anbar komplekslərinin tikintisi məqsədilə 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş qısa müddət ərzində həmin layihələrin maliyyələşdirilməsinə başlanmışdır. Bundan başqa, regionlarda taxıl anbarlarının tikintisi ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlar tərəfindən 6 iqtisadi rayon üzrə ümumilikdə 26 təklif təqdim olunmuşdur. Sentyabrın 2- təklif zərfləri sahibkarların kütləvi informasiya vasitələrinin iştirakı ilə açılmışdır. Sentyabrın 17- isə maliyyələşdiriləcək layihələr elan olunacaq.

Ümumiyyətlə, 2009-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 75 milyon manat təşkil etmiş, güzəştli kredit almış sahibkarlıq subyektlərinin sayı isə 1400-dən çox olmuşdur. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 5500-dən artıq yeni yerinin yaradılması gözlənilir.

Azərbaycanda biznes sahəsinin inkişafı ilə bağlı bir məqamı da göstərməyi lazım bilirik. Artıq Azərbaycanda özəl bölmənin, biznesin genişlənməsi xarici əlaqələrin intensivliyinə müsbət təsir göstərmişdir. Sentyabrın 8- Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəliyinin açılması bunun bariz nümunəsidir.

Bununla əlaqədar İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Gürcüstan tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, tikinti nəqliyyat sahələrində fəaliyyət göstərən 30-a yaxın adamı iştirak etmişdir. Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş uğurlar barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, bir sıra ölkələrlə, o cümlədən Gürcüstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi sahəsində ciddi irəliləyişlərə nail olunmuşdur. AZPROMO-nun Gürcüstanda nümayəndəliyinin yaradılması da iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Sonda bir yeniliyi diqqətə çatdıraq. Hazırda sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilənin qarşısının alınması şəffaflığın təmin edilməsi məqsədilə dövlət orqanları tərəfindən həyata keçirilən bütün növ yoxlamaların vahid qeydiyyat sisteminin yaradılması istiqamətində rəsmi sənədin layihəsi təkmilləşdirilir. Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi fondun vəsaitinin istifadəsi qaydaları yenidən işlənilir. Sahibkarların maarifləndirilməsi məsələsinə getdikcə diqqət artırılır. Bizneslə məşğul olanlara müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi məqsədilə kredit yarmarkaları təşkil olunur.

Sahibkarlığın inkişafı sahəsində dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini reallaşdırmaq üçün İqtisadi İnkişaf Nazirliyində telefon məlumat mərkəzi (195) yaradılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 3.