Azərbaycanda neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması nümunəsi yaradılır

 

Dünya ekspertləri ölkəmizdə bu gəlirlərin ədalətli şəkildə bölünməsini təqdir edirlər

 

Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılmasıdır.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan xalqı dövlətimizin dostları bir neçə gün əvvəl müstəqillik dövrümüzdəki ən mühüm uğurlarımızdan birinin — “Əsrin müqaviləsinin imzalanmasının 15 illiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin siyasi dühasının nəticəsi olan bu müqavilənin ölkəmiz, region dövlətləri bütövlükdə dünya üçün qədər əhəmiyyətli olduğunu müxtəlif ekspertlər müxtəlif şəkildə izah etdilər.

 

“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının 100 illik inkişafını təmin etdi", “Heydər Əliyev ”Əsrin müqaviləsi" ilə bütün dünyanı Azərbaycanın dostuna çevirdi", “İlham Əliyev öz siyasətini ”Əsrin müqaviləsi"nin daha da inkişaf etdirilməsi üzərində quraraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasına gedən yolunu qısaltdı" və başqa ifadələr bu mühüm tarixi sazişin əhəmiyyətini göstərirdi. Ancaq dünya ekspertləri bu məsələdən söz açarkən tamamilə başqa bir məqamı da qabartmağı vacib sayırlar: “Azərbaycan dövləti ”Əsrin müqaviləsi"ndən əldə edilən gəlirlərin bir hissəsinin bu xalqın gələcək nəsillərinə saxlanılması istiqamətində mühüm addımlar atır".

Beynəlxalq təşkilatların ölkəmizin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirməsi barədə bir neçə mühüm fakt mövcuddur. Ən başlıcası isə odur ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Neft Fondunun fəaliyyətindəki şəffaflığı daha yüksək qiymətləndirmişdir. Söhbət ondan gedir ki, neft gəlirlərindən bugünkü və gələcək nəsillərin mənafeyi naminə səmərəli istifadə olunması məqsədi ilə yaradılmış Dövlət Neft Fondu öz fəaliyyətini tam şəffaflıq prinsipləri üzərində qurmuşdur. Məhz bu məqamı əsas götürən BMT rəhbərliyi 2007-ci ildə Şərq və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk dəfə olaraq məhz Azərbaycanın Dövlət Neft Fondunu “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görmüşdür. Dünya mütəxəssisləri Azərbaycan Dövlət Neft Fonduna vəsaitlərin toplanması ilə yanaşı həmin vəsaitlərin idarə edilməsindən də kifayət qədər gəlir əldə edilməsini yüksək qiymətləndirirlər.

Dövlət Neft Fondunun vəsaitlərinin xərcləndiyi ünvanlara diqqət yetirərkən ulu öndər Heydər Əliyevin məşhur kəlamı yada düşür: “Azərbaycanın karbohidrogen ehtiyatları və digər təbii sərvətləri bütövlükdə xalqın hər bir fərdinin sərvətidir. Ona görə də neft gəlirlərinin idarə edilməsi və xərclənməsi zamanı dövlət yüksək səviyyədə ədalət nümayiş etdirməlidir və bu yolu tutmuşuq”. Məhz ədalət yolunu tutan Azərbaycan dövləti neft gəlirlərinin toplandığı Dövlət Neft Fondunun vəsaitlərini ilk növbədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının içməli su təminatı ilə bağlı yaranmış problemlərin həllinə, ölkənin meliorasiya — irriqasiya sisteminin inkişafına, “Bakı — Tbilisi — Qars dəmir yolu” layihəsinin tikintisinə sərf etmişdir.

2008-2013-cü illəri əhatə edən təxmini perspektiv planlara əsasən neft gəlirlərindən səmərəli istifadə edilməsi üçün bir neçə tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Əvvəla, Dövlət Neft Fondunun aktivlərinin artması, eləcə də dünya bazarında xam neftin qiymətindən asılı olaraq neft gəlirlərinin 50-80 milyard ABŞ dolları məbləğinə çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, 2003-cü ildə Dövlət Neft Fondunun gəlirləri 364 milyon manat, 2008-ci ildə isə 3 milyard 881 milyon manat idi.

Toplanan vəsaitlərin istifadə edilməsi üçün göstərilən istiqamətlərdə yenə də birinci olaraq qaçqın və məcburi köçkünlərin sosial məişət şəraiti ilə bağlı bütün poblemlərin həll edilməsi məsələsi qeyd edilir. Sonra isə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən “Oğuz — Qəbələ — Bakı” su kəməri layihəsinin, “Bakı — Tbilisi — Qars yeni dəmir yolu” layihəsinin, “ Samur — Abşeron” suvarma sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması və başqa tədbirlər qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı çoxsaylı layihələr, xüsusən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da məhz Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, Neft Fondunun vəsaitləri ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm, ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiyası layihələrinin maliyyələşdirilməsinin davam etdirilməsinə sərf olunacaqdır.

Bu istiqamətlərin bir neçəsini sadaladıq. Bəsneft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində mühüm addımlar atılır” — ifadəsinin bu layihələrlə hansı əlaqəsi vardır?

Əvvəla, məlum məsələdir ki, “gələcək nəsillər” — dedikdə söhbət 30-50 il sonrakı illəri əhatə edir (Həmin dövrdə yaşayacaq nəsillərimiz gələcək nəsillər deyəndə məhz özlərindən 30-50 il sonranı nəzərdə tutaraq işlərini planlaşdıracaqlar). İndi yuxarıda qeyd etdiyimiz layihələrdən bəzilərinə diqqət yetirək. Ötən əsrin əvvəllərində xeyriyyəçi soydaşımız Hacı Zeynalabdin Tağıyevin ölkənin şimal rayonlarından saxsı borularla Bakıya çəkdirdiyiŞollarsu kəməri təxminən 100 ildir ki, Abşeron əhalisinə xidmət edir. Bu hesablaOğuzQəbələBakısu kəməri 500 il fəaliyyət göstərə bilər. Çünki 1910-cu ilin mühəndis-texniki qurğuları tikinti texnologiyası ilə indiki texnologiyanın müqayisəsi mümkün deyil. Deməli, Dövlət Neft Fondunun vəsaiti ilə OğuzQəbələ bölgəsindən Bakıya çəkilən su kəməri hələ bir neçə əsr soydaşlarımıza xidmət edəcəkdir.

YaxudBakıTbilisiQars dəmir yolulayihəsinin maliyyələşdirilməsinə diqqət yetirək. İstənilən dəmir yolu xəttinin ölkə iqtisadiyyatına verdiyi səmərə barədə söz açmağına dəymir. Yəni, bu sübuta ehtiyacı olmayan bir həqiqətdir. Bəs elə isə qitələri, sivilizasiyaları, dünya iqtisadiyyatının çox fərqli qütblərini bir-birinə qovuşduran dəmir yolu layihəsi Azərbaycana qədər səmərə verəcəkdir? Bu səmərənin qədər olduğunu təsəvvür etmək mümkün olmasa da, adı çəkilən layihənin bizim xalqımıza region ölkələrinə yüz illər boyu xidmət edəcəyini təxmin etmək mümkündür. Eləcə Dövlət Neft Fondunun vəsaiti hesabına xarici ölkələrdə təhsil alan gənc soydaşlarımızın 20-30 ildən sonra xalqımıza hansı başucalığını gətirəcəyini təxminən təsəvvür edirik. Deməli, Dövlət Neft Fondunun vəsaitləri bu günlə yanaşı (pensiya, təqaüd, əmək haqqı, infrastruktur yeniləşməsi, yeni texnologiyalar alınması sair) gələcək üçün sərf edilirdeyənlər tamamilə haqlıdırlar.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinƏsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki nitqindən bir məqamı da yada salmaq istəyirik: “Azərbaycanda tam şəkildə şəffaflıq təmin edilibdir. 1999-cu ilin sonunda yaradılmış Azərbaycan Dövlət Neft Fondu çox müasir qurumdur, çox şəffaf təşkilatdır... Azərbaycan Dövlət Neft Fondunun təcrübəsi bir çox hallarda başqa yerlərdə öyrənilir”.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 27 sentyabr.- S. 1.