Ahıllar günü
qeyd edilmişdir
Zaqataladakı “Büllur” şadlıq sarayında 1
oktyabr — Beynəlxalq Ahıllar günü münasibəti ilə
bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon icra
hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
çıxış edərək ahılları əlamətdar
gün münasibətilə təbrik etmiş, ölkəmizdə
yaşlı vətəndaşların, tənha və kimsəsizlərin
daim diqqət və qayğı ilə əhəta
olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi,
sağlamlıqlarının qorunması sahəsində
ardıcıl tədbirlərin həyata keçirildiyini
bildirmişdir.
Daha sonra icra hakimiyyətinin
başçısı Zaqatalanın sosial-iqtisadi
inkişafı üçün görülməsi nəzərdə
tutulan işlərdən danışmış, bu işlərin
həyata keçirilməsində veteran və yaşlı nəslin
nümayəndələrinin hər zaman məsləhət və
təkliflərinə böyük ehtiyac olduğunu xüsusilə
qeyd etmişdir.
Tədbirdə rayon
ictimaiyyətinin nümayəndələri və ahıllar
çıxış edərək, ahılların sosial
müdafiəsinin gücləndirilməsi və
hüquqlarının təmin edilməsi sahəsində həyata
keçirilən tədbirlər barədə
danışmış, diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
öz dərin təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin himayəsində olan və
uzun müddət təhsil sistemində
çalışmış 90 nəfər ahıl vətəndaşa
bayram sovqatı verilmişdir.
İ.MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 1 oktyabr.- S. 7.