Xalqımız növbəti illərdə daha böyük nailiyyətlərə layiq olduğunu sübut edəcəkdir

 

Tale elə gətirib ki, bu gün — dekabrın 31-də xalqımız iki böyük bayramı eyni zamanda qeyd edir. Hələ 20 yaşı tamam olmayan Həmrəylik günümüzün 2 min il yaşı olan bir bayramla eyni gündə qeyd edilməsi bəlkə də təsadüfdür. Amma xoş təsadüf, sevinc bəxş edən təsadüfdür. Arzu edirəm növbəti illərdə və əsrlərdə xalqımızın xoş günləri, sevincli günləri daha çox olsun. Son 15 ildə Azərbaycan xalqının göstərdiyi qətiyyət və mütəşəkillik sübut etdi ki, həqiqətən nailiyyət və uğurlarımız gələn illərdə daha çox olacaqdır.

31 DekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizim üçün adi bayramlardan biri deyil.Bu, ümummilli liderimiz Heydər Əliyein Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, suverenliyimizin dönməz xarakter almasından ötrü ərsəyə gətirdiyi azərbaycançılıq ideyasının təbliği genişləndirilməsi üçün çox mühüm vasitədir. Həm ulu öndərimiz, həm möhtərəm Prezidentimiz İlham Əliyev dünyanın müxtəlif qütblərində, müxtəlif ölkələrində yaşayan soydaşlarımızın potensialını eyni istiqamətəmüstəqil Azərbaycanın daha da qüdrətləndirilməsi istiqamətinə yönəltməklə böyük uğurlar əldə etmişlər. 10-15 il əvvələ qədər pərakəndə şəkildə səpələnmiş, heç bir əlaqələndirilməsi, təşkilatlanması olmayan Azərbaycan diasporu bu gün müstəqil Azərbaycanın qüdrətli dayağına çevrilmişdir. Cənab İlham Əliyev Azərbaycan diasporunun gücünün artırılması məqsədiylə dünyanın hər yerində yaşayan soydaşlarımızın türk diaspor təşkilatları ilə birgə fəaliyyət göstərməsinə nail olmuşdur. Bu isə beynəlxalq aləmdəki bədxahlarımızın istənilən bəd niyyətinin qarşısının alınmasına zəmin yaradır.

Əsrlərdən bəri istifadə etdiyimiz təqvimlə ilin dəyişilməsi bizim üçün ənənəvi sevinc, şadlıq, eyni zamanda bir növ hesabat verdiyimiz bayramdır. Elə bir adam olmaz ki, təqvim ilinin başa çatması münasibətiylə özü-özünə sual verməsin: — mən bu ildə hansı işləri gördüm, hansı planlarım yarımçıq qaldı? Dövlət , xalq da belədir. İl başa çatanda görülmüş görüləsi işlər barədə mütləq hesabatlar verilir. Şükürlər olsun ki, Azərabycan xalqı da, müstəqil dövlətimiz 2008-ci ildə öz qarşısına qoyduğu bütün vəzifələri ən ali səviyyədə yerinə yetirə bildi.

Bəzən hesabatlarda müqayisə üçün daha əvvəlki illəri yada salırlar. Ancaq mənim fikrimcə hesabat verilən ili özündən əvvəlki illə müqayisə etmək kifayətdir. Bu baxımdan Azərbaycan dövləti elə bir sahə yoxdur ki, 2007-ci ilə nisbətən daha böyük uğurlar əldə etməsin. Bir alim kimi məni daha çox məmnun edən uğur ölkəmizin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində regionda lider dövlətə çevrilməsidir. Yaxın illərdə kosmosda Azərbaycan süni peykinin olacağı barədə xəbəri hər dəfə eşidəndə qəlbimdə böyük qürur hissi yaranır. Bir vətəndaş kimi məni ən çox məmnun edən uğurumuz 2008-ci ildə ölkədə əvvəlki ilə nisbətən yarım milyon ton çox taxıl istehsal edilməsi oldu. Bu günki dünyada həmin fakt bizim üçün çox böyük nailiyyətdir.

2008-ci ildə məni Azərbaycan xalqının bir fərdi kimi daha məmnun edən məqamlardan biri Çinin paytaxtı Pekin şəhərində 200 dövlət bayrağı arasında qalib kimi Azərbaycan bayrağının qaldırılması oldu. Ancaq qloballaşan dünyada xalqları dövlətləri daha çox maraqlandıran məsələlər ölkənin dünyanın ictimai-siyasi həyatındakı proseslərdir. Bu baxımdan ölkəmizdəki 2008-ci il prezident seçkilərinin bütün dünyada təqdir edilən yüksək səviyyədə keçməsi, türk dünyasının region ölkələrinin Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün təşəbbüskarlığı artırması xüsusilə qeyd edilməlidir. Dövlət başçımızın Moskvada Rusiya Ermənistan prezidentləri ilə danışıqlardan sonra birgə Bəyannamə imzalaması, eləcə Türkmənbaşı şəhərində Türkiyə Türkmənistan prezidentləri ilə görüşərək səmərəli müzakirələr aparması xüsusilə qeyd edilməli məqamlardır. Ancaq 2008-ci ildə xalqımızın dövlətimizin ən böyük uğurlarından birinin Konstitusiyaya bəzi dəyişikliklər edilməsi, Heydər Əliyev siyasi kursunun gələcəkdə davam etdirilməsi üçün ümumxalq səsverməsi (referendum) barədə qərar qəbul edilməsidir.

Bütün bu nailiyyətlərə görə xalqımızı dövlətimizi təbrik edirəm. İnanıram ki, Azərbaycan xalqı gələn illərdə daha böyük nailiyyətlərə layiq olduğunu sübut edəcəkdir.

 

 

Budaq BUDAQOV,

 Respublika Ağsaqqallar Şurasının sədri, akademik

 

Xalq qəzeti.-2009.-1 yanvar.- S.2.