Düzgün seçim ilinin sevinci

 

— Ömrümüzdən daha bir uğurlu, yaddaqalan il tarixə qovuşur, yeni bir təqvim ili başlanır. İllərin görüş anında hər bir insan, xüsusən, yaradıcı adam qəribə hisslər keçirir. Yola saldığımız ilin ən şirin, bəzən də ağrılı anları kino lenti kimi göz önündən keçir, qarşıdakı illə bağlı arzu-diləklər baş qaldırır.

Nə gizlədək: dövlət müstəqilliyi kimi tarixi bir səadətə qovuşmağımızın ilk illəri o qədər də fərəhli keçməmişdi. Müharibə, böhran, təxribatlar, başıpozuqluq indi dərin təəssüf və kədərlə yada düşür. O da yada düşür ki, ulu öndər Heydər Əliyev tarixi bir qəhrəman kimi xalqı faciələr girdabından çıxarıb işıqlı yola yönəltdi. Onun yolunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə son 5 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib.

Ümummilli lider Heydər Əliyevin imza atdığı istlahatlar öz bəhrəsini verir, beynəlxalq layihələr həyata keçirilərək ölkəmizin nüfuz və qüdrətini artırır. Xalqımız sabaha ümidlə baxır, irili-xırdalı bütün problemlərimizin aradan qaldırılacağına inanır. Biz ilbaşına bax belə bir tarixi durumla, nikbin əhvalla gəlib çıxdıq.

Yola saldığımız ildə yaddaqalan, sevindirici hadisə günlər çox olub. Onların içərisində mənim bir qələm sahibi kimi ən böyük önəm veridyim ölkədə keçirilən növbəti prezident seçkiləri oldu. Bu seçkidə mən dövlət başçısı İlham Əliyevin vəkili olmuşam. Əgər əvvəlki illərdə mən ölkəmizin qazandığı uğurlar barədə daha çox mətbuat, teleradio, statistika digər məlumatlar vasitəsilə xəbər tuturdumsa, bu ilin sentyabr-oktyabr aylarında prezidentliyə namizəd İlham Əliyevin vəkili kimi bölgələri gəzdim, xalqın içində oldum.Son illər baş vermiş dəyişiklikləri öz gözlərimlə gördüm, tərəqqi yüksək rifaha əmin oldum. Xalqımızın ən ağrılı sosial təbəqəsi olan qaçqın köçkünləri yeni qəsəbələrdə, rahat mənzillərdə görəndə ürəkdən sevindim.

Çəkilən yollar, tikilən evlər, açılan yerləri, gözəlləşən yaşayış məntəqələri məndə bir daha belə bir qənaət yaratdı ki, bütün bunların müəllifi olan dövlət başçısı növbəti müddətdə bu siyasəti davam etidrməlidir. Həqiqəti duyan, görən xalq öz sözünü dedi: Xalqı ilhamlı gələcəyə aparan İlham Əliyev yenidən müstəqil Azərbaycanın başçısı seçildi. Biz ziyalılar da xalqımızın bu seçiminə sevindik, gələcəyimizin əmin-amianlığından rahatlandıq.

Mən illərin qovuşuğunda ölkə Prezidentinə xalqımızın xoşbəxtliyi yolunda uğurlar arzulayıram. Ürəkdən istəyirəm ki, mənim Prezidentim günümüzün ən ağrılı problemininQarabağ münaqişəsinin həllinə imza atan bir lider kimi tarixə düşsün. Mən Yeni ildə xalqımızı, azərbaycanlıların həmrəyliyi günündə yaxınuzaqda olan bütün soydaşlarımızı təbrik edir, hamıya səadət arzulayıram.

 

 

Çingiz ABDULLAYEV,

Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Xalq qəzeti.-2009.-1 yanvar.- S.2.