Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib

 

Suraxanı rayonu 2 saylı uşaq evinin nəzdində yaradılan bu mərkəzin açılış mərasimində təhsil naziri Misir Mərdanov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edirdilər.

Qonaqlar rəmzi açılışı bildirən qırmızı lenti kəsərək mərkəzin fəaliyyətinə uğurlar arzulayıb uşaq evinin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü eləcə Yeni il münasibətilə təbrik ediblər.

Sonra qonaqlar Günərzi Qayğı Mərkəzini, uşaq evini gəzərək uşaqların yaşama təhsil alması, asudə vaxtlarının təşkili, istedadlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, ümumilikdə 80 uşağa xidmət edəcək Günərzi Qayğı MərkəziAzərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) alternativ qayğı Dövlət Proqramıçərçivəsində 3 il müddətə həyata keçiriləcək pilot layihə əsasən təşkil edilib. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonu ərazisində yaşayan risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitində olan ailələrin uşaqları cəlb ediləcək.

O da qeyd olunub ki, mərkəz gün ərzində 10-12 saat fəaliyyət göstərəcək uşağın mərkəzdə olma müddəti onun ehtiyaclarından asılı olacaq. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq ona müvafiq olaraq uşaqla aparılacaqdır.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk dəfə yaradılan Günərzi Qayğı Mərkəzini yüksək qiymətləndirib. Qeyd olunan mərkəzin yaradılmasını yeni hadisə kimi dəyərləndirən nazir buradakı mövcud şəraitdən razı qaldığını bildirib. Nazir ölkə Prezidenti tərəfindən təsdiq olunanAzərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) alternativ qayğı Dövlət Proqramıçərçivəsində görülən bu işi yaxın gələcəkdə digər uşaq evləri internat məktəblərində reallaşdırmağın əhəmiyyətini vurğulayıb.

Sonda uşaqlar bədii proqramla çıxış ediblər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-1 yanvar.- S.4.