Çeçenistan: konstitusiya harda bitir, şəriət harda başlanır?

 

Hər gün çeçenlər müəzzinin çağırış ruhlu Quran sədaları altında Qroznının mərkəzində tikilmiş, “Çeçenistanın ürəyi Avropada ən böyük (İstanbuldakı məsciddən sonra) hesab edilən yeni məscidə toplaşırlar. Burada ibadət edənlərdən biri respublikanın Prezidenti Ramzan Kadırovdur.

O, bu yaxınlarda üç min həmyerlisi ilə birlikdə Məkkə ziyarətindən qayıdıb. Doğrudur, həcc artıq başa çatıb, ancaq respublikada İslamın dirçəlişi uğrunda mübarizə davam edir. Bizdə İslam dini çiçəklənir. Biz hər şeyi edirik ki, hamı İslam qaydalarına riayət etsin. Biz ölkəni mənəvi cəhətdən dirçəldirik, iqtisadiyyatı yenidən qururuq” - Rusiyanın Milli Qəhrəmanı Ramzan Kadırov atası Əhməd Kadırovun adını daşıyan məsciddən çıxaraq deyir.

Ramzan Kadırovun keşiyində dayandığı mənəvi dəyərlərin dirçəlişi üçün atdığı praktik addımlar təkcə məscid mədrəsələrin tikintisindən ibarət deyil. Tənqidçiləri Çeçenistan Prezidentini əsasən ölkəni islamlaşdırmaqda ittiham edirlər konkret nümunələr göstərirlər. Belə ki, qadınlar dövlət idarələrində baş örtükləri taxmalıdırlar. təkcə orda yox.

Bizdə qızlar çeçen millətinin yarandığı gündən bəri baş örtüyü bağlayıblar. Biz bunu tələb edirik. Tələb edirik ki, Çeçenistan Dövlət Universitetində çeçen sifəti olsun” - deyə universitetin prorektoru Moxdan Kərimov bildirir.

Hələ iki il əvvəl prezidentin mənəvi dəyərlərin dirçəldilməsi ilə bağlı proqramını həyata keçirməyə başlayan universitetlərin rəhbərləri belə bir qərar qəbul ediblər: kim başını örtmürsə, sadəcə olaraq, universitetlərə buraxılmır. Bir dəfə Prezident Ramzan Əhmədoviç heç bir mühafizəçisiz universitetə gəldi. Bizim auditoriyalarda isə cavanlar siqaret çəkirdilər. Qızlar ucadan danışır, gülür, çeçenlərdə ədəbsizlik hesab edilən tərzdə makiyaj vurur, özlərini ədəbsiz aparırdılar. Prezident bizə iradını bildirdi. Biz toplaşıb kəskin qərar qəbul etdik: universitetdə siqaret çəkilməsin, içki içilməsin” - Kərimov əlavə edir.

Doğrudan da, bütün tələbə qızlar bu gün başlarını örtürlər. Çeçen olmayanlar isə, dövlət universiteti rəhbərliyinin sözlərinə görə, “çeçen ənənələrinə hörmət edirlər”.

Tibb fakültəsinin tələbəsi Əminə deyir ki, o tələbə yoldaşları rəhbərliyin qərarını sözsüz yerinə yetirirlər. Hamı baş örtüyü bağlayır buna adi baxır. İndiyə qədər baş örtüyü geyilib. Bu hamı tərəfindən normal qarşılanır”. Mədinə Medeya da bundan heç bir həyəcan duymurlar.Bəlkə baş örtüyü olmadan biz daha rahat yaşaya bilərik, amma milli ənənələrə hörmətlə yanaşmaq lazımdır”, - qızlardan biri bildirir, o birisi isə əlavə edir ki, “bu, hamının işidir”.

Noyabrın axırlarında qəfil xəbərdən Çeçenistan dəhşətə gəlmişdi. Bir gündə 7 qadını öldürmüşdülər. İndi bu barədə danışılır, istintaq isə hələ başa çatmayıb.

Hadisə ilə bağlı rəsmi mövqe belə idi ki, bu qadınların öldürülməsinin səbəbi onların əxlaqsızlıqla məşğul olması olub qohumları buna dözməyərək qisas alıblar. Bu mövqeni Prezident Kadırov da dəstəkləyib. O, çıxışlarında bir neçə dəfə deyib ki, son zamanlar çeçen qızları Qərbin təsiri nəticəsində əməlli-başlı pozulublar. Çeçenistanda əgər bir qadın gəzirsə bir kişi onunla gəzirsə, onların ikisini öldürürlər. Əldə olan məlumatlara görə, öldürülmüş qadınları bir başqa qadın xaricdəki fahişəxanalara satmaq üçün respublikadan çıxarmaq istəyib, onlara xarici pasport düzəldib. Deyirlər ki, bunu eşidən qohumları onları öldürüblər” - deyə Çeçenistan Prezidenti qeyd edib.

Kadırovun sözlərinə görə, düzdür, bu adət Rusiya qanunlarına ziddir, amma Çeçenistanda kimdən, hətta lap uşaqdan da soruşsan ki, bacısı gəzərsə, edər. Cavab verər ki, “öldürərəm”.

Ancaq bu fikri hamı bölüşmür. Hüquq müdafiəçisi Natalya Estemirova deyir ki, qadınların öldürülməsi çeçen qaydalarına ziddir, bu qətl tamam başqa motivlərlə törədilib. “Düzdür, qanunlardan kənara çıxan qızları cəzalandırırlar. Ancaq bunu gizli edirlər. Çünki heç kim istəmir ki, qızının adı pis şeylərdə hallansın, bu, evdəki başqa qızların taleyində əks oluna bilər. Noyabrda 7 qadının öldürülməsi isə nümayişka¸ranə şəkildə həyata keçirilmişdi. Bu, heç cür çeçen adətləri ilə bir araya sığmır”.

Ramzan Kadırov isə hesab edir ki, respublika qanunvericiliyi ilə federal qanunvericilik arasında heç bir uyğunsuzluq yoxdur. O, müsahibələrinin birində bildirib ki, sosial problemlərin həllinə hamı kömək etməlidir. Müharibədən sonrakı şəraitdə çoxlu qadınlar ərsiz qalıb, minlərlə qadın ana olmaq şansını itirib. “Əgər kimsə ikinci arvad alırsa, bunda pis bir şey yoxdur”. Başqa bir müsahibəsində isə Kadırov şəriət qaydalarına əsaslanaraq bildirir ki, çeçenlərə iki daha artıq arvad almağı heç kim qadağan etməyib.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-1 yanvar.-S.6.