1948-1953-cü illər
deportasiyasının bəzi məqamları
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir. Deportasiya və yaxud əhalinin zorakılıqla miqrasiyası sovet hakimiyyəti illərində müxtəlif üsullarla həyata keçirilən siyasi repressiyanın xüsusi forması idi. Etnik təmizləmə məqsədini güdən bu aksiya həm administrativ xarakter daşıdığı üçün, həm də Ermənistanda yaşayan xalqlardan yalnız birinə – azərbaycanlılara şamil edildiyi üçün siyasi repressiya kimi xarakterizə edilməldir. Min illər ərzində müəyyən arealda formalaşmış toplumun gözlənilməz bir qərarla tarixi köklərindən qoparılaraq yurdsuzlaşdırılması isə bu aksiyanın qeyri-insani, anti-humanist xarakterinə dəlalət edirdi.
1948-1953-cü illər deportasiyasının səbəblərini müəyyən etmək üçün həmin dövrdə gedən proseslərə nəzər salmaq lazımdır. İkinci dünya müharibəsınin sonuna yaxın SSRİ-nin Türkiyə ilə münasıbətləri həddindən artıq kəskinləşmişdi. 1945-ci il martın 19-da SSRİ hökuməti hələ 1925-ci il dekabrın 17-də imzalanan və sonradan müddəti dəfələrlə uzadilan iki ölkə arasında dostluq və neytrallıq haqqında müqaviləni birtərəfli qaydada denonsasıya etmişdi. Ləğv edilən həmin müqavilədə bir-bırınə hücum etməmək və neytrallığa əməl etmək barədə öhdəliklər var idi. Bu addım ona işarə idi ki, Sovet İttıfaqı Türkiyəyə hücuma hazırlaşır. Sadəcə olaraq, Almaniya cəbhəsində müharibənin qurtarmasını gözləmək lazım gəlirdi. SSRİ rəhbərliyi öz hərəkətini onunla izah edirdi ki, 1942-ci ildə almanlar Şımali Qafqaza gəlib çıxanda, Türkiyə öz qoşunlarını Cənubi Qafqaz sərhədlərinə cəmləşdıribmiş və Sovet qoşunlarının həmin cəbhədə məğlub olacağı təqdirdə, guya hücuma keçmək istəyirmiş. Türkiyənin 1944-cü ilin avqustunda Almaniya ilə əlaqələrini kəsməsıni və 1945-ci il fevralın 23-də ona qarşı müharibə elan etməsıni SSRİ rəhbərliyi gecikmiş addım kimi qiymətləndırir və Türkiyəni lcəzalandırmaq” istəyirdi.
Müharibədən qalib çıxan SSRİ-nin öz sərhədlərini genişləndirmək siyasəti müharibədən sonra formalaşmağa başlayan Stalin-Molotov doktrinasının əsasını təşkil edirdi. 1945-ci il iyunun 7-də SSRİ xalq xarici işlər komissarı V. Molotov Türkiyənin SSRİ-dəki səfiri S. Sarperi dəvət edərək Boğazlara birgə nəzarət, Bosfor və Dardanel rayonunda Sovetlərə hərbi baza verilməsi, Qars və Ərdahanın SSRİ-yə qaytarılması haqqında Sovet hökumətinin tələblərini elan etmişdi. İyunun 18-də V. Molotov S. Sarperlə yenidən görüşərək “tarixi ədalətsizliyin bərpa edilməsi üçün Qars və Ərdahanın qaytarılmasını” ultimativ qaydada yenidən irəli sürmüşdü.
Belə bir məqamda ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin sərhədlərini genişləndirmək planları üst-üstə düşürdü. SSRİ-nin Türkiyədən qopartmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Sovet rəhbərliyi bu problemi xaricdə yaşayan Türkiyə əsilli ermənilərin hesabına həll etmək niyyətində idi. Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. 1945-ci il aprelin 3-də bütün ermənilərin katolikosunun seçkiləri ərəfəsində Eçmiədzin kilsəsinin arxiyepiskopu Gevorq VI Çörəkçyan mövcud problemlərin həlli ilə bağlı İ. Stalinə məktubla müraciət etmişdi. İ. Stalin bu məqamdan istifadə edərək, arxiyepiskop Gevorq Çörəkçyanı Moskvaya çağırır. Aprelin 19-da Gevorq Çörəkçyan SSRİ Nazirlər Sovetınin nəzdindəki Dini İşlər Şurasının sədri Polyanskinin müşayıəti ilə Stalinlə görüşür. Stalin əvvəllər Eçmiədzin kilsəsınə məxsus olmuş torpaqların qaytarılması tələbindən başqa, arxiyepiskopun bütün xahişlərinin yerinə yetiriləcəyini bildırir. Çünki həmin torpaqlar artıq kolxozlara məxsus idi və qaytarılması böyük narazılıqlar yarada bilərdi. Görüşün sonunda Stalin deyir: “Tezliklə müharibə qurtaracaq. Bizim hökumət 1920-ci ildə Ermənistanın Türkiyəyə verilmiş qərb quberniyalarını geri qaytarmaq istəyir. Aydındır ki, həmin torpaqlarda ermənilər yaşamalıdırlar. Arzu olunandır ki, onlar Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər olsunlar. Ona görə də təqribən yüz min erməninin immiqrasıyasını təşkil etmək lazımdır. Tezliklə bu barədə hökumətin qərarı olacaq. Siz də öz növbəsində bu işdə bızə kömək etməlisiniz”. Bunları eşıdən Gevorq sevincıni gizlədə bilmir. O, bu məsələnin həllində hər cür köməklik ediləcəyıni vəd edir və eyni zamanda bildırir ki, Ermənistanda iqtısadi vəziyyət ağırdır və xaricdən gələcək bu qədər ermənini mənzillə və ərzaqla təmin etmək mümkün olmayacaq. Stalin cavab verir: “Eybi yoxdur, biz hər şeyi edərik, təki repatriantlar sıxıntı çəkməsinlər”. Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsınə ciddi hazırlıq görülür. “Hər şeyi edərik” dedikdə isə Stalin xaricdən köçürülüb gətiriləcək ermənilərin mənzil problemlərinin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi yolu ilə həll edilməsini nəzərdə tuturdu.
1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyasının birinci katibi Q. Arutyunov məktubla İ. Stalinə müraciət edərək xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılmasını xahiş edir.
İyunun 22-də arxiyepiskop Gevorq Çörəkçyan bütün ermənilərin katolikosu seçilir. Katolikosun seçilməsi münasibətilə müxtəlif ölkələrdən Eçmiədzinə gələn din xadimləri fürsətdən istifadə edərək Sovet hökumətinə müraciət edirlər ki, Qars və Ərdahanın Ermənistana birləşdırilməsi məsələsini həll etsin.
Berlin (Podstam) konfransının gedişində SSRİ xalq xarici işlər komissarı V. Molotov Böyük Britaniyanın xarici işlər naziri A. İdenlə iyulun 16-da keçirilən görüşü zamanı bildirmişdi ki, 1921-ci ildə Sovet dövlətinin zəifliyindən istifadə edən türklər Sovet Ermənistanının bir hissəsini qoparmışlar. Bunun nəticəsində də ermənilər Sovet İttifaqında özlərini incik hesab edirlər. Molotov bu səbəbdən də SSRİ-nin vaxtilə ona məxsus olmuş ərazilərin qaytarılması məsələsini qaldırdığını bildirir. İden Molotova cavab verir ki, ingilislər heç vaxt Sovet İttifaqının ərazi iddiası olduğunu eşitməmişlər. Molotov bildirir ki, Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiası ona görə meydana çıxıb ki, Türkiyə SSRİ ilə ittifaq müqaviləsinin imzalanmasını təklif edir. Sovet hökuməti də buna öz şərtlərini irəli sürməklə cavab vermişdir. Molotov Sovet Ermənistanından kənarda 1 milyon erməninin yaşadığını və onların “vətənə qayıtmaq arzusunda olduqlarını” bildirir. Dövlət başçılarının iyulun 22-də və 23-də keçirilən görüşlərində də Stalin və Molotov SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını qaldırırlar. Molotov dövlət başçılarına xəritədə Qars, Artvin və Ərdahanı göstərərək, həmin ərazilərin 1921-ci ildə Ermənistan və Gürcüstandan qoparıldığını iddia edir.
1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Soveti “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bu qərara və katolikos Gevorq Çörəkçyanla Stalin arasında olan razılaşmaya əsasən, Eçmiədzin kilsəsi xaricdəki erməni din xadimlərinə, partiyalara, xeyriyyə təşkilatlarına, erməni diasporunun tanınmış nümayəndələrinə müraciətlər göndərir ki, ermənilərin repatriasiyasını təşkil etsinlər. Həmin ilin payızında Ermənistan hökuməti yanında repatriantların qəbulu və yerləşdırilməsi üzrə xüsusi Komitə yaradilmış və ermənilərin köçürülməsi nəzərdə tutulan ölkələrə respublika hökuməti öz nümayəndələrini göndərmişdi. Artıq Qars və Ərdahanın Ermənistana birləşdıiriləcəyinə əmin olan ermənilər fürsətdən istifadə edib Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istəyirlər. M. Qorbaçovun ən yaxın məsləhətçilərindən biri, SSRİ dağılanadək Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini olmuş Karen Brutens (onun atası Nerses Brutens Azərbaycan SSR Nazirlər Sovetində şöbə müdiri işləmiş və digər şöbə müdiri R.Sevumyanla birlikdə 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası prosesınə rəhbərlik edənlərdən biri olmuşdur) “Tridüatğ let na Staroy plohadi” ( Moskva, 1998) kitabında bu barədə yazır: “Hər 10-15 ildən bir ermənilər Dağlıq Qarabağ məsələsıni qaldırır və tələb edirlər ki, vilayət tarıxi vətənin kiçik bir hissəsi olan sovet Ermənistanına birləşdırilsin. Yeri gəlmişkən, Stalin faşist Almaniyası ilə əməkdaşlığına görə, Türkiyəni cəzalandıraraq ədaləti bərpa etmək istəyirdi. Türkiyənin azad ediləcək erməni torpaqlarında iki vilayət partiya komitəsi yaradilmalı idi. Məsələn, Qars vilayət partiya komitəsınin bırinci katibi vəzifəsınə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsınin katibi A. Koçinyan təsdiq edilmişdi”. K. Brutens yazır ki, 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın bırinci katibi Arutyunov xaricdə ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdırilməsi məsələsini ÜİK (b) P MK-nın ikinci katibi Malenkovla müzakirə etmişdi.
Həqıqətən də Q. Arutyunovun Moskvaya müraciətindən sonra 1945-ci il noyabrın 28-də Q.Malenkov Dağlıq Qarabağın Ermənistana birləşdırilməsi tələbini M. C. Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M. C. Bağırov cavab verir ki, o, Şuşa istisna olmaqla, Q. Arutyunovun tələbi ilə o şərtlə razıdır ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdırilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi.
SSRİ Türkiyəyə hücum etmək üçün hərbi qüvvələrini Ermənistan sərhədi boyunca cəmləşdirmişdi. 1946-cı il avqustun 7-də SSRİ-nin verdiyi notada Türkiyənin müharibə dövründə Almaniyaya göstərdiyi hərbi yardımlar xatırlanmış, gələcək hücum üçün zəmin bir növ hazırlanmışdı. Həmin dövrdə Türkiyənin etdiyi diplomatik manevrlər onu müharibədən qalib çıxmış SSRİ-nin cəngindən qurtardı. Türkiyəyə hücum etmək niyyətindən əl çəkən Sovet hökuməti SSRİ Ali Sovetınin 19 oktyabr 1946-cı il tarixli fərmanı ilə xaricdən Ermənistana “qayıdan” ermənilərə SSRİ ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu vermək məcburiyyətində qalmışdı. Keçmiş SSRİ ərazisində yalnız ermənilər üçün tətbiq edilən bu sadələşdırilmiş qayda 1936-cı il SSRİ Konstitusiyasına zidd idi. Çünki həmin Konstitusiyanın 123-cü maddəsində göstərilirdi ki, SSRİ vətəndaşlarının hüquq bərabərliyi sarsılmaz qanundur. İrqi və milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqlarının hər hansı şəkildə pozulması, açıq-açığına və dolayı yolla onlara üstünlük verilməsi, həmçınin irqi və ya milli müstəsnalığın, yaxud nifrət və etınasızlığın hər cür təbliği qanunla cəzalandırılır. Deməli, hələ 1946-cı ildə ermənilərin xatirinə milli ayrıseçkilıyə yol verilmiş, SSRİ Konstitusiyası pozulmuşdu.
1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasıya edilmişdi. 1947-ci ildə Fələstin, Surıiya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdırilmişdi. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri qəsdən dəmiryol stansıyalarında saxlatdırır, onlar arasında təblığat aparırdı ki, əgər İrəvanın ətraf rayonlarında yerləşdırilməsələr, gerıyə – xarıcə qayıtmaq haqqında Moskvaya teleqramlar vursunlar. Onlar bütün bunların Sovet hökumətinin xarıci ölkələrdə nüfuzuna mənfi təsir edəcəyini İ. Stalinin nəzərinə çatdırdilar. Xaricdən isə hər gün Ermənistana köçmək arzusunda olan minlərlə ermənilərin siyahısı Moskvaya təqdim edilirdi.
Xaricdə fəaliyyət göstərən “Hnçak” və “Ramkavar” partiyaları, habelə Ümumerməni Xeyriyyə İttifaqı köçürülmənin təşkili üçün 1 milyon dollar xərcləmişdilər. 1947-ci il iyulun 12-də Türkiyənin ABŞ-la imzaladığı yardım haqqında müqavilə birdəfəlik onu bütün təhlükələrdən xılas etdi. Bununla da SSRİ Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmək məcburiyyətində qaldı.
Ermənilər Qars və Ərdahanı Ermənistana birləşdirmək istəklərinə nail ola bilməsələr də, digər istəklərinə nail oldular. 1947-ci il dekabrın 23-də İ. Stalin “Ermənistan SSR-dən kolxozçuların və dıgər azərbaycanlı əhalınin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzaladı.
Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsıpi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalınin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tıkilıləri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdırilməsi üçün istifadə etsinlər. 23 dekabr 1947-ci il tarixli qərarda azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarından köçürülmələrinin səbəbi göstərilməmişdi. Yalnız qərarın 10-cu maddəsində Ermənistan və Azərbaycan nazirlər sovetlərinə tapşırılırdı ki, həmin qərarın yerinə yetırilməsi üçün bir ay müddətində konkret tədbirlər planı hazırlasınlar və SSRİ Nazirlər Sovetinə məruzə etsinlər. Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli qərarına əsasən 1948-ci ildə Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirməyi planlaşdırır. Qərarda Salyan, Saatlı, Sabirabad, Əli-Bayramlı, Puşkin, Ağcabədi və Xıllı rayon icraiyyə komitələrinə tapşırılır ki, 1948-ci il fevralın 15-dək köçürülənlərin yerləşdiriləcəyi kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün tikinti briqadaları yaratmaq, onları lazımi nəqliyyat vasitəsilə təmin etmək, yaşayış evlərinin bir hissəsini köçürülənlərə vermək istəyən kolxozçuları aşkar etmək və uçota götürmək, kolxozlarda köçürülmə ilə əlaqədar geniş izahat işləri aparmaq üçün tədbirlər görsünlər.
1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq, İ. Stalinin imzası ilə 754 nömrəli ikinci qərar qəbul etmişdi. Bu qərarda isə köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan nazirlər sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçırilməsi vəzifəsi qoyulmuşdu.
Həmin qərarların icrası ilə əlaqədar 1948-ci il iyulun 9-da Azərbaycan SSR Nazirlər Sovetınin sədri T. Quliyev SSRİ Nazirlər Soveti sədrınin müavini V. Molotova məktubla müraciət edir ki, köçürülənlərin qəbulu üçün hazırlıq işlərinin qeyri-qənaətbəxş olmasını, azərbaycanlıların əsasən Ermənistanın dağlıq rayonlarında yaşamalarını, Kür-Araz ovalığı rayonlarında yaşayış evlərinin olmadığını, torpağın yararlı hala salınmadığını nəzərə alaraq, Ermənistan azərbaycanlılarının yaşayış üçün daha əlverişli olan zonalara köçürülməsınə icazə versin. O, təbıi iqlim şəraiti, iqtısadi potensıalı və ciddi işçi qüvvəsınə ehtiyacı olan üç qrup rayona köçürülməni təklif etmiş və bunu aşağıdakı kimi əsaslandırmışdı:
1. Kür-Araz ovalığının qərb rayonlarına, o cümlədən Qasım İsmayılov, Səfərəlıyev, Tovuz, Qazax və Ağstafa rayonlarına (heyvandarlığın, pambıqçılığın və əkinçıliyin sürətli inkişafını təmin etmək üçün).
2. Xaçmaz, Dəvəçi, Xudat, Qusar və Quba rayonlarına (Bakı şəhərıni meyvə-tərəvəzlə təmin etmək üçün).
3. Gədəbəy (kartof istehsalını artırmaq üçün) Zaqatala, Qax, Nuxa, Vartaşen və Qutqaşen rayonlarına (əkinçılik və heyvandarlığın inkişafı üçün).
Lakin SSRİ Nazirlər Soveti T. Quliyevin xahişinə məhəl qoymamışdı.
Ermənistandan köçürüləcək əhali arasında təbliğat aparmaq, onların köçürülməsini sürətləndirmək, yerlərdə qarşıya çıxacaq problemləri həll etmək məqsədilə 25 nəfərdən ibarət qrup Ermənistana göndərilmişdi. Ermənistanda da dövlət komissıyası yaradılmışdı. Komissıyanın tərkibınə həmin dövrdə Ermənistanda rəhbər vəzifələrdə işləyən azərbaycanlılar da daxil edilmişdi. İrəvan şəhəri Spandaryan rayon Soveti İcraiyyə Komitəsınin sədri Rza Şeyxzadə, Qarabağlar Rayon Partiya Komitəsınin katibi İbiş Abbasov, “Sovet Ermənistanı” qəzetınin redaktoru Cəfər Vəlibəyov, Keşişkənd (Mikoyan, sonralar Yeğeqnadzor) rayon partiya komitəsınin ikinci katibi Əziz Cəfərov, Basarkeçər rayon partiya komitəsınin bırinci katibi Talıb Musayev həmin komissıyanın üzvü kimi əhali arasında təbliğat işi aparmağa təhkim edilmişdilər. Komissiya üzvləri köçürülməsi nəzərdə tutulan kəndlərdə olur, bu qərarın icrasının məcburiliyini xalqa başa salır, Azərbaycanda yerləşdırilməsi nəzərdə tutulan rayonlara nümayəndələr göndərir, Azərbaycan SSR Nazirlər Sovetınin köçürmə məsələləri ilə əlaqədar Ermənistan SSR-də yaradılan nümayəndəliyinin əməkdaşları ilə məsləhətləşmələr aparırdılar. İrəvan Pedaqoji Texnıkumunun və İrəvan Pedaqoji İnstitutunun təhsil Azərbaycan dilində olan fakültələrinin Azərbaycana köçürülməsınə yardım etmək üçün Azərbaycan Pedaqoji İnstıtutunun rektoru A.Seyidov, şair və ədəbiyyatşünas alim Cəfər Xəndan da Ermənistana göndərilmişdilər.
Köçürülmə işlərinin vəziyyəti ilə yerlərdə tanış olmaq və onu vaxtında başa çatdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetınin sədri Teymur Quliyev və digər məsul şəxslər Ermənistana gəlmiş, köçürülməsi nəzərdə tutulan kəndlərin əhalısi ilə görüşmüş, onlar üçün Azərbaycanda lazımi şərait yaradılmasına, mənzillə, həyətyanı torpaq sahəsi ilə, ev heyvanları ilə təmin ediləcəklərinə zəmanət vermişdilər. Eyni zamanda Azərbaycandan gəlmiş nümayəndə heyəti Azərbaycanın daxili imkanlarının məhdudluğunu nəzərə alaraq, köçürülmə prosesınin tədrıcən həyata keçirilməsini Ermənistan rəhbərlərindən xahiş etmişdi.
Plana əsasən 1948-ci ildə Ermənistandan 11.244 nəfər (2.278 təsərrüfat) köçürülməli idi. O cümlədən, yazda 6350 nəfər (1.159 təsərrüfat), payızda isə 4884 nəfər (1119 təsərrüfat) köçürülməli idi. Həmin ildə Ermənistan SSR-in Artaşad, Basarkeçər, Eçmiədzin, Noyemberyan, Hoktemberyan, Beriya adına, Vedi, Zəngıbasar, Kotayk rayonlarından və İrəvan şəhərinin özündən azərbaycanlıların köçürülməsi nəzərdə tutulmuşdu.
Köçürülməsi nəzərdə tutulan və tutulmayan rayonlardan müxtəlif təzyiqlərə məruz qaldıqları üçün pərakəndə halda Azərbaycana köçənlər də olmuşdu. Təkcə Dərələyəzin Safolar, İstisu (Cermuk) kəndlərinin 70 təsərrüfatından 46-sı erməni qonşularının təzyıqınə dözməyərək, 1948-ci ilin noyabrında pərakəndə halda Kəlbəcər dağlarını aşıb Azərbaycana qaçmışdılar. Qarlı dağ aşırımlarını keçərkən əhalidən 40 nəfəri, o cümlədən 20-yə yaxın uşaq borana düşüb ölmüşdülər.
Rəsmi məlumata görə 1948-ci ildə Ermənistandan Azərbaycana 2357 ailə (11046 nəfər) gəlmişdir. Lakin köçürülənlərin əksəriyyəti SSRİ Nazirlər Sovetınin qərarlarında göstərildiyi kimi, mənzillə təmin edilməmiş, köçürülənlər üçün nəzərdə tutulan imtiyazlar kağız üzərində qalmışdı. Köçürülmənin bırinci ilində əhalınin əksəriyyəti qaramal tövlələrində, yaşamaq üçün yararsız olan uçuq-sökük ictimai binalarda yerləşdırilmişdi.
Vəziyyətin dözülməz olduğunu nəzərə alaraq, 1949-cu il sentyabrın 21-də Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir ki, həmin il köçürülmə planı 12-15 min nəfərə endirilsin. Lakin SSRİ Nazirlər Soveti planda nəzərdə tutulan 40 min nəfərin köçürülməsini təkidlə tələb etmişdi. 1949-cu ilin oktyabr ayına olan məlumata görə, Ermənistandan 983 təsərrüfat (4000 nəfər) köçürülmüş, 1500 təsərrüfatı birləşdırən 6000 nəfərə isə köçürülmə biletləri verilmişdir. Hətta Ermənistanda benzin çatışmadığından köçürmə planını vaxtında yerinə yetirmək məqsədilə Azərbaycan öz yanacaq fondundan əhalıni dəmiryol stansıyalarına gətirmək üçün 60 ton benzin ayırmışdı. 1949-cu il dekabrın 2-nə olan məlumata görə Ermənistandan 2368 təsərrüfat (10595 nəfər) köçürülmüşdür. Köçürülənlər əsasən Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan, İmişli, Sabırabad, Jdanov, Yevlax, Ucar, Saatlı rayonlarında yerləşdirilirlər.
Həmin ildə Əzizbəyov, Axta, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Kotayk, Spitak, Dilican, Abaran, Gorus, Kalinino, Martuni, Nor-Bayazid, Beriya, Allahverdi, Hoktemberyan, Eçmiədzin, Amasiya və Kirovakan rayonlarının müəyyən qisim azərbaycanlı əhalisi deportasiyaya məruz qoyulmuşdu.
Nazim MUSTAFA,
AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutunun elmi işçisi
Xalq qəzeti.-2009.- 6 yanvar.- S.5.