Qəzzada müvəqqəti atəşkəs razılaşması əldə olunub

 

Yeni nizamlama planını Hüsnü Mübarək Nikolya Sarkozi irəli sürüb

 

İsrail Qəzzanın atəşə tutulmasında ilk fasilə elan edib. Ölkənin hərbi rəhbərliyinin bəyanatına görə, ərazidə yaşayan yarım milyon fələstinliyə ərzaq digər mallar gətirilməsi üçün hər gün üç saat atəş dayandırılacaq.

Bununla belə, münaqişə bölgəsində çalışan Bi-bi-si müxbirlərinin verdikləri məlumata görə, atəşkəsin elan olunduğu ilk dəqiqələrdə Qəzzaya havadan bir neçə zərbə endirilib. Eyni zamanda, hələ məlum deyil ki, atəş sektorun bütün ərazisində dayandırılacaq, yoxsa müəyyən ərazilərdə. Qəzzaya nəzarət edən HƏMAS hərəkatının nümayəndələri bildiriblər ki, üç saat ərzində bombardmanlara ara verəcəklər.Bu müddətdə heç bir raket buraxılmayacaq” - deyə qruplaşma liderinin müavini Mussa əbu Marzuk ərəb telekanallarına müsahibəsində bəyan edib.

İsrail Qəzza sektoruna humanitar yardım dəhlizi açılmasına da razılıq verib. Ölkənin Baş naziri Ehud Olmertin dəftərxanasından bildiriblər ki, hərbçilər məhdud müddət ərzində əhalinin yardımları alması üçün bəzi zonaları açacaqlar. Bəyanata əsasən, dəhlizin açılmasında məqsəd humanitar böhranın qarşısını almaqdır.

Bombardmanlara fasilə verilməsi elan olunana qədər BMT Təhlükəsizlik Şurasının əsas iştirakçıları Misir Fransa tərəfindən təklif olunmuş Qəzzada atəşkəs planını bəyəniblər. Plan məhdud zaman ərzində atəşin dayandırılmasını nəzərdə tutur.

 

Nizamlama planı

 

BMT TŞ- çıxış edən ABŞ-ın dövlət katibi Kondoliza Rays bəyan edib ki, rəsmi Vaşinqton hərbi əməliyyatların dayandırılması zərurətini başa düşür, Fransa Misirin təkliflərini dəstəkləyir. Təklifləri Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas da bəyənib. İsrailin BMT-dəki nümayəndəsi Qabriela Şalev bildirib ki, ölkəsi planı çox ciddi qəbul edib. Paris Qahirə tərəfindən irəli sürülmüş planın İsrail hökumətinin iclasında müzakirəyə çıxarılacağı gözlənilir. Bu arada BMT-nin Baş katibi Pan Qi Mun da bildirib ki, gələn həftə İsrail Fələstinə səfərə gedəcək.

Sülh planı aşağıdakı şərtləri nəzərdə tutur: atəşin dayandırılması, Qəzzaya humanitar yardımların çatdırılmasına başlanması, HƏMAS-ın İsrail əleyhinə istifadə edə biləcəyi silahların daşınmasının qarşısını almaq üçün Qəzza sektorunun Misirlə sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi.

Əvvəllər İsrailin hərəkətlərinə tamamilə haqq qazandıran baş verənlərə görə təkcə HƏMAS-ı günahlandıran ABŞ da artıq Misir Prezidenti Hüsnü Mübarək Fransa lideri Nikolya Sarkozi tərəfindən hazırlanmış planı dəstəkləyib.Biz təcili surətdə atəşin dayandırılmasına nail olmalıyıq” - deyə Kondoliza Rays bildirib. Bununla yanaşı, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, əldə olunmuş atəşkəs razılaşması müddətində HƏMAS-ın İsrail şəhərlərini atəşə tutması da yolverilməzdir.

 

Fələstinin itkiləri

 

İsrailin HƏMAS-a qarşı əməliyyatları dekabrın 27-dən başlanıb. Buna səbəb kimi Fələstin silahlılarının israillilərlə atəşkəsin müddətini uzatmamaq barədə qərar qəbul etməsi İsrail ərazilərini atəşə tutması göstərilir. Keçən həftə ərzində HƏMAS-a məxsus olduğu güman edilən obyektlər kütləvi şəkildə bombardman edilmiş, eyni zamanda Qəzzaya quru qoşunları yeridilmişdi. Məlumatlara görə, İsrail HƏMAS arasında münaqişə gərginləşəndən bəri 600-dən çox fələstinli həlak olub. Fələstin həkimlərinin təsdiq etdiklərinə əsasən, ölənlərdən ən azı 195-i uşaqlardır.

Son zamanların ən dəhşətli qırğını yanvarın 6-da baş verib. Həmin gün Qəzzada BMT tərəfindən inşa edilmiş əsasən qaçqınların məskunlaşdığı məktəb İsrailin zərbələrinə məruz qalıb nəticədə 40 nəfər həlak olub.

İsrail tərəfi bəyan edib ki, HƏMAS məktəbdən bu ölkənin əsgərlərinə atəş açmaq üçün istifadə edib. Ancaq BMT-nin rəsmi nümayəndəsi bildirib ki, binada Fələstin silahlılarının olmadığına 99,9 faiz əmindir.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-8 yanvar.-S.6.