Təhsilin idarə olunması təkmilləşdirilir
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat
sisteminin (TİMS) yaradılması
istiqamətində işlər
aparılır. Belə bir sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin
cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar
əsasında strategiya
və fəaliyyət
planlarını hazırlamaq
üçün geniş
əhatəli informasiya
bazasını formalaşdırmaqdır.
Sistem bir neçə səviyyədən
ibarətdir: Təhsil
Nazirliyi, təhsil şöbələri, məktəblər.
Qeyd olunan işlərin səmərəli təşkili üçün Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılmışdır. Ötən dərs illərində məlumat bazası yerlərdən anket formasında toplanan və məktəb hesabatlarına daxil olan informasiyalar əsasında formalaşdırılırdı.
Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005–2007-ci illər) icrasından sonra mövcud problemlər aradan qaldırılmış, TİMS proqram təminatının yeni modulları – “TİMS-məktəb” və “TİMS-təhsil şöbəsi” yaradılmış, proqram təminatı ilə işləmək qaydaları müvafiq şəxslərə öyrədilmişdir. Bu günədək TİMS bazasına 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Sistemin veb versiyasının, eləcə də məktəbəqədər tərbiyə və ali məktəb modullarının hazırlanması istiqamətində işlər davam etdirilir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-9 yanvar.- S.7.