Abşeron - Qəlyubiyyə Abşeron - Bursa qardaşlığı

 

Qarşılıqlı əməkdaşlıq üfüqləri uğurla genişlənir

 

Son illər Abşeron rayonu sürətli iqtisadi inkişaf tempi ilə respublikamızın ən abad bölgələrindən birinə çevrilib. Abşeron rayonu son üç il ərzində xeyli nailiyyətlər və uğurlar qazanıb. Bütün bunlar isə təzədən “yada düşmək” üçün stimul yaratdı və Abşeron diqqətləri yenidən özünə tərəf çəkməyə başladı. Hansısa statistik rəqəmlərə əsaslanmadan da, adi müşahidələr nəticəsində bunu görmək mümkündür ki, yeni yaşayış massivlərinin yaranması baxımından bu rayon bəlkə də birinci yerdədir.

Bir xüsusi məqamı da xatırlatmağa dəyər ki, sürətli dirçəliş yoluna qədəm qoyan Abşeron rayonu Vətənimizin sərhədlərindən kənara da “pəncərə açmağı” və müxtəlif ölkələrin vilayət və şəhərləri ilə qarşılıqlı faydalı əlaqələr qurmağı bacardı və bunu bir növ ənənəyə çevirdi. Bu ənənəyə görə ulu öndər Heydər Əliyevi minnətdarlıq duyğuları ilə xatırlayan abşeronlular deyirlər ki, o, təkcə insanlar arasında ünsiyyət yaratmırdı, həmçinin ölkələri və şəhərləri bir-biri ilə qardaşlaşdırmağı məharətlə bacarırdı. Buna misal olaraq ölkəyə rəhbərlik etdiyi bütün dövrlərə aid istənilən qədər faktlar göstərmək mümkündür. Abşeronlular ötən əsrin yetmişinci illərində Bolqarıstanın Razqrad vilayətilə Abşeron rayonunun hərtərəfli əlaqələr yaratmasını və qardaşlaşmasını hələ də xoş xatirələrlə anırlar.

 

Yollar Misirə aparır

 

Bunu heç vaxt yadımdan çıxarmıram. Zakir Fərəcovun Abşeron Rayon İcra Hamiyyətinin başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlar idi. Rayonda Misir istehsalı olan malların sərgisi keçiriləcəkdi və bu tədbirdən material hazırlamaq üçün dəvət almışdım. Doğrusu, bu xəbər məni xeyli təəccübləndirdi. Sərgi zamanı eyni təəccübü həmkarlarımın baxışlarından da asanca oxuya bildim. Demək, onlar da belə bir tədbirin burada keçirilməsinə inana bilmirdilər və gedişi maraqla izləyirdilər. Misirli iş adamları böyük həvəslə sərgidə nümayiş etdirilən mallar barədə icra başçısına məlumat verir, o da eyni maraq və diqqətlə sərgiyə tamaşa edirdi. Sərgi barədə öz təəssüratlarını bölüşərkən inamla dedi: “Bu ilkdir, amma, son olmayacaq. İndi misirlilər bizə gəlib, sonra biz Misirə gedəcəyik”.

Bu sözlərə həmin vaxt inanmayanlar inananlardan çox oldu. Yaxın keçmişə mövcud duruma nəzər salanda inanmayanlara, xəyal kimi baxanlara əslində haqq qazandırmamaq da mümkün deyildi. Bu inamsızlığı (həm bütün sahələrdə) aradan qaldırmağın bir yolu var idi: sözlə işin uyğunluğu. Çox qısa müddət sonra həyata keçirilən tədbirlər, görülən işlər bütün inamsızlıqların üstündən qırmızı xətt çəkdi. Misir mallarının sərgisinə təəccüb edən abşeronlular daha nələrin şahidi olmadılar? Geniştərkibli Abşeron Misir nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bir-birini əvəzlədi. Misir Ərəb Respublikasının nüfuzlu quberniyalarından sayılan Qəlyubiyyə vilayəti ilə Abşeron rayonu arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan qardaşlıq əlaqələri rəsmiləşdirildi. Qəlyubiyyə vilayətində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldıldı. Xırdalan şəhərində isəQəlyubiyyədostluq parkı salındı burada Misir Prezidenti Məhəmməd Hüsnü Mübarəkin abidəsi qoyuldu.

Misirin birinci xanımı Suzan Mübarəkin 2008-ci ildə Azərbaycana səfəri zamanı Abşeron rayonunda da olması əlaqələrin çəkisini əhəmiyyətini bir daha təsdiqlədi. Əlbəttə, “nağıllar ölkəsisayılan Misirlə bu cür münasibətlər Azərbaycan Respubilkası Prezidentinin 2006- ilin mayında bu ölkəyə səfəri çərçivəsində hər iki dövlətin rəhbərlərininİlham Əliyevin Məhəmməd Hüsnü Mübarəkin birgə imzaladıqları memorandum əsasında quruldu genişləndirildi. Abşeron nümayəndə heyətinin rəhbəri Zakir Fərəcovun Misirin məsul şəxsləri nüfuzlu adamları ilə görüşləri, tanınmış Misir şirkətlərində olması isə misirlilərin Abşeron rayonuna qarşı marağı gücləndirdi.

 

AbşeronBursa qardaşlığının təməli qoyulur

 

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bağlılığın tərifini çoxları versə , məncə, ən düzgün ən uğurlu ifadə ulu öndər Heydər Əliyevə məxsusdur: “Bir millət, iki dövlət”. Onun Türkiyə ilə əlaqələrin xüsusiliyinə verdiyi önəm bu düsturun doğruluğunu bir daha təsdiqləyir. İkiqat sevindiricidir ki, Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyev AzərbaycanTürkiyə qardaşlığını uca tutur, Türkiyənin ölkəmizə dəstəyini yüksək qiymətləndirir Azərbaycanın da qardaş ölkənin ehtiyac duyduğu məsələlərdə, xüsusilə enerji təminatında əhəmiyyətli rol oynaması üçün köməyini əsirgəmir. AzərbaycanTürkiyə əlaqələrinin bölgələri əhatə etməsi əlamətdar haldır. Bu mənada Xırdalan şəhər bələdiyyəsi ilə Bursanın Yıldırım bələdiyyəsi arasında 2008-ci ilin mayında imzalanmış dostluq əməkdaşlıq memorandumu da xüsusi əhəmiyyət daşıyır.

 

Heydər Əliyev qardaşlığın simvoludur

 

Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədov deyir:

Bələdiyyələrin Azərbaycandavətəndaşlıq hüququqazanmasının əsas səbəbkarı ulu öndər Heydər Əliyevdir. Sözsüz ki, o, bunu kiməsə, hansısa Avropa dövlətinə beynəlxalq təşkilata xoş gəlmək üçün etmədi. O, bunu sadəcə olaraqAzərbaycan xalqının gələcəyinə fayda verəcəkməntiqi ilə etdi. O istəyirdi ki, memarı olduğu müstəqil Azərbaycan Respublikası bütün demokratik təsisatlara malik olsun. İndi isə bələdiyyələr ölkədən kənarda da müvafiq qurumların təcrübələrindən öyrənməyə bəhrələnməyə çalışır. Mən tam qətiyyətlə deyə bilərəm ki, Xırdalan şəhər bələdiyyəsi ilə Bursanın Yıldırım bələdiyyəsi arasında imzalanmış sənəd həm bu baxımdan çox əlamətdar faydalı olacaqdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yenilikçi ruhda olması bütün təşəbbüslərdə bizi dəstəkləməsi bütün çətinliklərin öhdəsindən gəlməyimizi xeyli asanlaşdırır. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, Xırdalan şəhər bələdiyyəsinin Yıldırım bələdiyyəsi ilə əməkdaşlığının rəsmiləşdirilməsində məhz Zakir müəllimin təşəbbüskarlığı mühüm rol oynadı.

Qeyd etmək istəyirəm ki, memoranduma əsasən Yıldırım bələdiyyəsinin ərazisindəKarlıkayaHeydər Əliyev adına istirahət parkı salınır. Ümumi ərazisi yeddi hektarı əhatə edən parkda demək olar ki, tamamlanma işləri aparılır. Burada insanların daha yaxşı istirahət edə bilmələri üçün sərinləşdirici içkilər çay pavilyonu, on iki ədəd ailəvi istirahət guşəsi, dörd idman meydançası təşkil olunub. Sözsüz ki, ulu öndər Heydər Əliyevin abidəsi parka xüsusi əzəmət yaraşıq verəcək. Qranit postamentli, bürüncdən hazırlanmış abidənin hündürlüyü 3,2 metrdir. Abidənin müəllifi heykəltəraş Səlhab Məmmədov, memarlıq işləri isə Akif Əliyevə məxsusdur. Abşeron rayonunun baş memarı vəzifəsində çalışan Akif Əliyev söhbət zamanı xüsusi qeyd etdi ki, parkın ərazisindən Bursaya çox gözəl mənzərə açılır parkUludağtəbiət qoruğuna söykənib. O, haşiyə çıxaraq Azərbaycan təbiətinin zənginlik baxımından digər ölkələrdən heç geridə qalmadığını belə ifadə etdi:

Bir rus səyyahı deyib ki, əgər kim İsveçi dünyanın ən gözəl yeri hesab edirsə, deməli, onun Kəlbəcərdən xəbəri yoxdur. Mən bunu bütövlükdə doğma Azərbaycanımıza şamil edirəm. Bizim maddi-mənəvi sərvətlərimiz dünyaya örnəkdir. Qəti əminəm ki, ulu öndərimizin adı xatirəsi qəlbimizdə əziz olduğu kimi, yaxın vaxtlarda açılışı olacaq Bursa parkındakı abidəsi əzəmətilə hamını heyrətə salacaq.

Müəllifdən: Bu sözlərə yalnız bunu əlavə etmək qalır ki, Heydər Əliyev adı bundan sonra da insanlar, ölkələr şəhərlər arasında ünsiyyət körpüsü, dostluq qardaşlıq əlaqələri qurmaq üçün ən mötəbər istinad mənbəyi olacaq.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2009.-10 yanvar.-S.5.