Ötən il 21,2 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib

 

Azərenerji” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, elektrik enerjisinin 19 milyard kilovatt-saatı istilik elektrik stansiyasında, 2,2 milyard kilovatt-saatı isə su elektrik stansiyalarında hasil edilib.

Bundan əlavə, ötən ilin dekabr ayında ölkə enerji sistemində 2,1 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 2 milyard kilovatt-saatı istilik elektrik stansiyalarının, 0,1 milyard kilovatt-saatı isə su elektrik stansiyalarının payına düşür.

Bununla yanaşı, il ərzində qonşu dövlətlərRusiya Federasiyası, Türkiyə, İran İslam Respublikası Cürcüstanla planlı şəkildə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Onu da qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il günündə (31 dekabr 2008-ci il) “Azərenerjisistemində 73,6 milyon kilovatt-saat elektrik enerjisi istehsal olunub.

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.- 11 yanvar.- S.7.