“Şəmkir SES silsiləsi”
üzrə təmir işləri aparılıb
“Azərenerji” ASC-nin mətbuat xidmətindən
aldığımız məlumata
görə, “Şəmkir
SES”də gücü
190 meqovat olan 2 saylı hidroaqreqat sel sularının qəbulu və ötürülməsi mövsümündə
normal işləyir. Gücü
190 meqavatt olan 1 saylı hidroaqreqatda isə təmir işləri başa çatıb və blok işə
qoşulub.
Kran təsərrüfatında olan 5 ədəd kətilli və 2 ədəd körpülü kranlar saz vəziyyətdədir. Ümumilikdə isə stansiyada 13 transformator, 330-110 kulovoltluq 12 ədəd hava açarı, 12 ədəd kompressor qurğuları təmirdən və profilaktik yoxlamalardan keçirilib və hazırda normal vəziyyətdədir.
“Yenikənd SES”də isə hər birinin gücü 37,5 meqavatt olan 4 ədəd hidroaqreqat hazırda normal vəziyyətdədir. Burada da işdə olan 2 ədəd kətilli və 1 ədəd körpülü kranlar, 5 ədəd 110 kilovoltluq qaz açarı, 12 ədəd müxtəlif gücə malik transformator profilaktik yoxlamadan keçirilib və aşkar olunan xırda nöqsanlar aradan qaldırılıb.
Bundan əlavə, yanğın təhlükəsi
olan bütün iş yerləri və obyektlər diqqət mərkəzində
saxlanılır və
onlar təlimata uyğun olaraq yanğına qarşı
ləvazimatlarla tamamilə
təmin olunublar.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2009.-11 yanvar.- S.7.