Poçt xidməti sahəsində ötən il rekord nəticələr əldə olunmuşdur

 

Azərbaycan daxilində 2008-ci ildə 110 mindən çox bağlama göndərilib. Bu barədə məlumat verən RİTN-nin mətbuat xidmətindən onu da bildirmişlər ki, nazirliyinAzərpoçtDövlət Müəssisəsinin göndərdiyi bu bağlamaların 81718 ədədi hərbi hissələrə ünvanlanmışdır.

Qeyd edək ki, çəkisi 20 qramadək daxili sadə məktubların, poçt kartlarının içərisində hərbi qulluqçuların paltarları olan 10 kq-dək daxili bağlamaların göndərilməsi Dövlət Müəssisəsi tərəfindən pulsuz həyata keçirilir. Azərpoçtnümayəndələri mütəmadi olaraq bu barədə həm əsgərləri, həm valideynləri məlumatlandırırlar. Müqayisə üçün, 2007-ci ildə 90569 ədəd bağlama göndərilmişdir ki, bunların da 64159 ədəd əsgəri bağlama olmuşdur.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-11 yanvar.-S.7.