Macarıstan Balkanlara gedən qazı kəsib

 

Macarıstan Almaniya və Avstriyadan qaz almadığına görə Serbiya, Bosniya və Hersoqovinaya gedən qazı kəsib. Frans Press agentliyinin verdiyi məlumata görə, Macarıstanın “FGSz” şirkəti Avstriyanın “OMV” şirkətindən mavi yanacaq almalı idi. Mavi yanacağın 2,7 milyon kub metri Serbiyaya, 1,5 milyon kub metri isə Bosniyaya ötürülməli idi. Macarıstan tərəfi bildirib ki, Avstriyadan mavi yanacağı alan kimi Balkanlar qazla təmin olunacaq.

Macarıstan və Almaniya isə Rusiya qazını Belarus ərazisindən keçməklə ala bilərlər. Yanvarın 10-da Balkanlara-Serbiyaya, Bosniya və Hersoqovinaya qaz göndərməyi qərara almışdılar.

Lakin Rusiya-Ukrayna qaz konflikti bu məsələni uzadıb.

Xatırladaq ki, Rusiya qazı yanvarın 7-dən Ukrayna ərazisindən keçmir. Rusiyanın “Qazprom” şirkəti Avropaya nəql edilən qazın Ukrayna tərəfindən oğurlandığını bildirir. Ukrayna tərəfi isə öz növbəsində bildirir ki, yalnız o tranzit qaz alıb. Lakin “Qazprom” Ukraynanın sözlərinə inanmır və onu oğurluqda ittiham edir.

 

Qəzənfər QASIMOV,

 

Xalq qəzeti.-2009.-13 yanvar.-S.6.