“Ətraf mühitin qorunması diqqət mərkəzindədir
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər
şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə
(Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf
Mühitin Mühafizəsi Haqqında” Azərbaycan
Respublikası Qanunun tələblərinə müvafiq reyd və
yoxlamaları keçirərək 2008-ci ilin 12 ayı ərzində
109 akt və 53 protokol tərtib etmişdir.
Atmosfer havasının
mühafizəsi sahəsində 23 akt tərtib edilmiş və
11 məcburi göstəriş verilmiş, o cümlədən,
müəssisə və təşkilatlara 7505,5 manat məbləğində
məcburi ödəmə hesablanmış və ondan 7475,5
manat ödənilmişdir.
Su mühafizəsi sahəsində
16 akt tərtib edilmiş, 10 məcburi göstəriş
verilmiş, müəssisə və təşkilatlara isə
9005,4 manat məbləğində məcburi ödəmə
hesablanmış və ödənilmişdir.
Yerin təkinin
mühafizəsi sahəsində 22 akt və 8 protokol tərtib
edilmiş, 17 məcburi göstəriş verilmişdir. 8 təşkilat
43780 manat məbləğində cərimə edilmiş, 5 təşkilata
125898,2 manat məbləğində iddia
qaldırılmış, o cümlədən, 2 nəfər tərəfindən
keçən ildən qalan 352, 3 nəfər tərəfindən
isə 481 manat məbləğində iddia ödənilmişdir.
11 iş tədbir görülməsi üçün məhkəməyə
göndərilmişdir.
Ətraf mühitə
qanunsuz məişət və istehsalat
tullantılarının yerləşdirilməsinə görə
18 akt və 15 protokol tərtib edilmişdir. 15 təşkilat
26495 manat məbləğində cərimə edilmiş, 4 nəfər
tərəfindən isə keçən ildən qalan 308 manat
ödənilmişdir. 37 müəssisəyə qarşı
1724 manat məbləğində ödəmə
hesablanmış və ödənilmişdir. 11 iş tədbir
görülməsi üçün məhkəməyə
göndərilmişdir.
Floranın mühafizəsi
sahəsində 30 akt və 21 protokol tərtib edilmişdir.
Qanunu pozan 21 nəfər 13290 manat məbləğində cərimə
olunmuş, 28 nəfərə qarşı 6250,8 manat məbləğində
iddia qaldıılmışdır. 25 nəfər tərəfindən
2039,5 manat məbləğində iddia, 21 nəfər tərəfindən
isə keçən ilin qalıqları ilə birlikdə
1836,9 manat cərimə ödənilmişdir. 14 iş tədbir
görülməsi üçün məhkəmə
orqanlarına göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata
görə, faunanın mühafizəsi sahəsində 9
protokol tərtib edilmiş, 9 nəfər 9933 manat məbləğində
cərimə olunmuş, 8 iş isə tədbir görülməsi
üçün məhkəmə orqanlarına göndərilmişdir.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2009.-13 yanvar.-S.7.