“Freedom House” qərəzli mövqeyindən əl
çəkə bilmir
Yaxud qeyri-obyektiv təşkilatın qeyri-ciddi
hesabatı
Özünü beynəlxalq aləmdə qeyri-ciddi qeyri-hökumət təşkilatı kimi tanıtmış “Freedom House” təşkilatı sərgilədiyi fəaliyyətlə ən azı adını doğrultmalı idi — “Azadlıq evi”. Çox təəssüf ki, doğrulda bilmir. Çünki qərəzçilikdən, qeyri-obyektivlikdən əl çəkə bilmir.
Bu təşkilatın 2008-ci il üçün hazırladığı (bu il yanvarın 13-də yayılmış) hesabatının beynəlxalq aləmdə yaratdığı reaksiya barədə aşağıda söhbət açacağıq. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabrında İtaliyaya səfəri çərçivəsində “RAİ İnternational” telekanalına verdiyi müsahibədən bir məqama diqqət yönəldək:
Müxbir: — İqtisadiyyat artmaqdadır, lakin “Freedom House” təşkilatı bildirir ki, demokratiya inkişaf etmir.
Azərbaycan Prezidenti:
— Bilirsiniz, “Freedom House” kimi
təşkilatlar obyektiv
deyildir. Onlar Azərbaycanı olduğu kimi yox, fərqli təqdim etməyə çalışırlar. Şəxsən mənim üçün
fəaliyyətimizin ən
vacib qiyməti beynəlxalq təşkilatların
verdiyi qiymətdir.
“Freedom House” özünün
gündəliyi, siyasi
maraqları olan bir qeyri-hökumət təşkilatıdır. Onların Azərbaycanda bəzi müxalifət nümayəndələri
arasında dostları
da var. Buna görə
də onların Azərbaycan haqqında dedikləri düzgün hesab edilə bilməz.
Bu yaxınlarda
bizdə prezident seçkilərini izləyən
ATƏT-in və Avropa
Şurasının qiymətləndirmələri
— vacib olan budur... Bu il
Dünya Bankı “Douing Business” proqramı üzrə Azərbaycanı
dünyanın bir nömrəli islahatçı
ölkəsi elan etmişdir. Ötən il BMT Dövlət
Neft Fondunu şəffaflığa görə
mükafatla təltif etmişdir. Beləliklə, qeyri-demokratik cəmiyyətdə
bu, mümkün olmazdı. Qeyri-demokratik cəmiyyət Dünya
Bankı tərəfindən
bir nömrəli islahatçı ölkə
elan edilə bilməz. Dünya Bankı dünyanın
ən iri maliyyə təsisatıdır.
ATƏT, Avropa Şurası, Avropa İttifaqı — bunlar ciddi təşkilatlardır.
Beləliklə, “Freedom House” və ona bənzər təşkilatlar bu qurumlarla müqayisə edilə bilməz".
Fikrimizcə, dövlət
başçımızın İtaliya telekanalı ilə bütün dünyaya yayılmış
müsahibəsindən seçdiyimiz
bu əhatəli sitat “Yeni Müsavat”
qəzetinin 13 yanvar
2009-cu il tarixli sayında sevincək şəkildə verilmiş
“Adımız yenə
azad olmayan ölkələr sırasına
düşdü” informasiyasına
(hesabata birinci münasibət) ən layiqli cavabdır. Müxalifətçiliyi özünə
iş,
peşə hesab edənlərə üt tutub deyirəm ki, sevinməyin. Biz sizinlə əməkdaşlıq
edən və sizin məlumatlarınız
əsasında “hesabat”
hazırlayan qeyri-ciddi
təşkilatları yaxşı
tanıdığımıza görə belə məqamlara o qədər də reaksiya vermək istəmirik.
“Freedom House”nin qeyd edilən “hesabatına” rusiyalı həmkarlarımızın
münasibətinə gəlincə
isə deyə bilərik ki, onlar da bu
hesabatı qeyri-obyektiv
adlandırırlar (ikinci
münasibət).
“Rosbalt.ru” internet saytı insan hüquqları üzrə Moskva bürosunun direktoru, ictimai palatanın üzvü Aleksandr Broda müraciət edərək məsələyə
münasibət bildirməsini
xahiş edir. Cavab çox qısadır:
““Freedom House”” təşkilatı hesabatı hazırlayarkən
qeyri-obyektiv məlumatlara
istinad edir. Həmin məlumatları isə özlərinin ənənəvi
mənbələrindən alırlar"
(“Rosbalt.ru" internet saytı,
14 yanvar, 2008-ci il).
Azərbaycana və Rusiyaya nisbətən “qismən azad ölkə” adlandırılmış
Ermənistanda da
“Freedom House”nin hesabatına münasibət
birmənalı deyil. “Reqnum.ru” internet saytı Ermənistanın “qismən
azad ölkə” adlandırılmasını istehza
ilə qarşılayır:
“Xatırladaq ki,
2008-ci ildə Ermənistan
üçün ən
əlamətdar hadisə
fevralın 19-da keçirilmiş
prezident seçkisi oldu. Xalqın iradəsini əks
etdirməyən bu seçkinin nəticələrinə
etiraz edənlərdən
29 nəfəri öldürüldü,
200 nəfəri yaralandı
və çoxlu həbslər başlandı”
(üçüncü münasibət).
Sıravi ermənilər
“Freedom House”nin bu hesabatını “Sarkisyan iqtidarının pulla yazdırdığı
hesabat” adlandıraraq ələ salırlar.
Çox təəssüf
ki, öz dövləti haqqında qeyri-obyektiv münasibəti
pis qarşılayan ermənilərdən fərqli
olaraq bizim “Turan” informasiya agentliyimiz Azərbaycan haqqında yazılan qərəzli və böhtan xarakterli fikirlərdən ləzzət
alır: “Azərbaycan
beynəlxalq ictimaiyyətdən
növbəti sillə
alıb”. Beş-on nəfər qərəzli
və məqsədli adamın hazırladığı
“hesabatı” beynəlxalq
ictimaiyyətin rəyi
adlandırmaq ən azı ədalətsizlikdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.- 15 yanvar.- S.4.