Bakı Abşeron yarımadasında ekoloji vəziyyət yaxşılaşdırılır

 

Regiondakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti vardır. Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur.

Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində müvafiq təşkilatlar tərəfindən tədbirlər görülür. Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunan sahil ərazilərindən tullantı sularının təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur.

Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına qulluq edəcəkdir. Bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Bu qurğular nefttutucu avadanlığı da nəzərə alsaq, ümumilikdə, gündə 4070 kubmetr çirkab su təmizləmə gücünə malikdir. Qurğuların bir hissəsi Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmış və artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir.

Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.

Hazırda aparılan işlərin Sumqayıta doğru davamını təmin edərək təmizləyici qurğuların bir hissəsinin Pirşağı qəsəbəsindəki çirklənmə səviyyəsi mikrobioloji vəziyyəti son dərəcə acınacaqlı olan iki axıntı mənbəyində quraşdırılması işləri başa çatdırılır. Eyni zamanda, Bilgəh ərazisində dənizin tullantı suları ilə çirklənməsi probleminin tamamilə həll edilməsi məqsədiləAmburanistirahət mərkəzi ətrafdakı ərazilərdə formalaşan gələcəkdə xeyli artması gözlənilən tullantı sularının idarə olunması üçün burada təmizləyici qurğuların qurulması istiqamətində aparılan müvafiq işlərin 2008-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır. Obyektin tələb olunan standartlara yüksək estetik tələblərə cavab verməsini təmin etmək məqsədilə bütün texnoloji sistem yerin altında inşa edilir.

Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır. Sumqayıtda yerləşənSəthi Aktiv Maddələrzavodunun civə ilə çirklənmiş ərazisinin 1000,0 kubmetr hissəsi civə tullantılarından təmizlənmiş zavod ərazisində yığılıb qalmış təhlükəli tullantıların 40,0 min kubmetr hissəsi, Dünya Bankının krediti hesabına tikilmiş Təhlükəli Tullantılar Poliqonuna daşınaraq basdırılmışdır.

Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində pilot layihələr həyata keçirilir. Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılması məqsədilə çirklənmiş sıradan çıxmış torpaqların bərpası ilə əlaqədar nazirlik tərəfindənAbşeron yarımadasının ekoloji vəziyyəti onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər ProqramıBibiheybət zonasının ekoloji vəziyyəti onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramıhazırlanmışdır nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür. Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindənEkoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Meşələrin bərpa edilməsi artırılmasına dair” 2 milli proqram, 2003-2004-cü illərdəAbşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi inkişafı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması səhralaşmanın qarşısının alınmasına dairAzərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafına dair 3 dövlət proqramları təsdiq olunmuş həyata keçirilir. Bunlardan əlavə mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə ETSN tərəfindənAbşeron yarımadasında yerləşən göllərin digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması" layihəsi işlənib hazırlanmışdır.

Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət Milli proqramlarda, Kompleks Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər həyata keçirildikcə, yaxın gələcəkdə Bakı Abşeron yarımadasında ekoloji durumun yaxşılaşdırılmasına nail olunacaqdır.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-18 yanvar.-S.4.