Söz adamı qocalmaz

 

Qələmini jurnalistikanın müxtəlif sahələrində uğurla sınamış həmkarımız o qədər çox deyil. Onlardan biri 65 yaşınıAzərTAcDövlət İnformasiya Agentliyində başa vuran Hafiz Hüseynxanlıdır. Hafiz müəllim bölgə respublika qəzetlərində, teleradioda, kinostudiyada, xəbər agentliyində, mətbuatda dövlət sirlərini qoruyan idarədə, nazirliyin mətbuat xidmətində çalışıb. Yarım əsrdir ki, jurnalistika sahəsindədir. Bu müddətdə həmişə milli dəyərlərə, quruculuq-yüksəliş amillərinə önəm verib. Qələm təcrübəsi uşaq nəşrlərindən başlansa da, 16 yaşında jurnalist kimi ilk yeriYüksəlişadlı qəzet olub. Müsahibimiz həyatının bu unudulmaz faktını belə xatırladı:

İmişlidə orta məktəbin 10-cu sinfində oxuyurdum. Mətbuatda yazılarım çıxırdı. Bu vaxt, ötən əsrin 60- illərinin əvvəllərində, N.Xruşşovun siyasətinə uyğun olaraq, Beyləqan rayonu da İmişli rayonu ilə birləşdirilmişdi. İriləşmiş rayonlarda Azərbaycan KP MK-nın zona qəzetləri yaradılmışdı. Beyləqanda isəYüksəlişadında qəzet çıxırdı. Redaktoru sizin qəzetdən göndərilmiş, “Kommunistin bölgə müxbiri şöbə müdiri olmuş istedadlı jurnalist, gözəl insan Qubad Süleymanov idi. O, İmişlidən gənc bacarıqlı bir yazar axtaranda qəzetə bizim rayondan getmiş Barat Şirinov məni çağırmışdı.

Qubad müəllim mənə o vaxtın istehsalat ulduzlarından olan Sevil Qazıyeva haqqında yazı hazırlamağı tapşırdı. Bu yazıdan sonra Qubad müəllimin orta məktəbi bitirməkdə olan bir oğlana böyük inamı, etimadı iləYüksəlişqəzetində müxbir oldum. Qubad müəllim Bakıdan Fərman Kərimzadəni Yusif Kərimov kimi istedadlı yazarları da qəzetə gətirmişdi. Bu redaksiyada mərkəzi qəzetlərə məxsus yaradıcı mühit tələbkarlıq var idi. “Yüksəlişqəzeti mənim üçün ilk ciddi jurnalistika məktəbi yüksəliş üçün özül oldu. Mərhum Qubad Süleymanov məni jurnalistikaya elə möhkəm bağladı ki, bir daha qopa bilmədim. Ali jurnalist təhsilinə jurnalistikanın özündən gəldim...

Hafiz Hüseynxanlı bu uğurlu başlanğıcdan sonra 1962–64-cü illərdəAzərbaycan gəncləri 1968-70-ci illərdəAzərbaycan pioneriqəzetlərində ədəbi işçi, 1970—74-cü illərdə Teleradio Verilişləri Komitəsində redaktor bölgə müxbiri, 1974—78-ci illərdəAzərbaycanfilmkino studiyasında redaktor film redaktoru, 1978—85-ci illərdə Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor, 1985—91-ci illərdə Cəbrayıl rayonunda çıxanXudafərinqəzetində baş redaktor, “Novruzqəzetində baş redaktor, 1991—94-cü illərdəAzərTAcda müxbir işləyib. İqtisadiyyat Nazirliyində mətbuat xidmətinin rəhbəri Həmrəylikqəzetinin baş redaktoru olduqdan sonra yenidən fəaliyyətiniAzərTAcda davam etdirir.

Hafiz müəllimə növbəti sualımız da bioqrafiyasındakıçoxünvanlıqdanyarandı: necə olub ki, bu qədər müxtəlif yerlərdə çalışıb? Cavab qısa aydın oldu:

Adətən, problemli adam çox yeri dəyişər. İlk redaktorum Qubad müəllim məni elə tərbiyələndirdi ki, ondan sonra həmişə jurnalistikaya nüfuz gətirən, yaradıcı işçiyə həssaslıqla yanaşan redaktorla, rəhbərlə işləməyə çalışdım. Bütün rəhbərlərimdən razı qalmışam, onlar gedəndən sonra mən getmişəm. Özüm ixtiyar sahibi olanda isə sözün qiymətini daha uca tutmuşam, işçilərimə yaradıcılıq sərbəstliyi vermişəm.

Müsahibim ötən onilliklərin jurnalistikasından danışanda o qədər gileylənmədi. Sovet dövrünün yaradıcılıq məhdudiyyətlərini qeyd etməklə yanaşı, bir çox ciddi meyarların olduğunu da söylədi. Elə bu axarla da söhbət bugünkü jurnalistikanın üstünə gəlib çıxdı:

Azərbaycanın dövlət müstəqilliyi öz xalqını sevən hər bir soydaşımızın, xüsusən, söz adamlarının ən böyük arzusu olub. Sərbəst yazıb-yaratmaq istəyən hər bir ziyalı, jurnalist bu yolda qədər cəfalar çəkib. Bu tarixi xoşbəxtliyə qovuşmuşuq. Müstəqilliyimizin ən böyük nemətlərindən biri söz, mətbuat azadlığıdır. Senzura ləğv olunub. Cəmiyyət azad sözün şirinliyini dadsa da, ondan sui-istifadənin ağrılarını da duyur. Şəxsi maraqlara görə söz davasına çıxanlar, sözdən öz qazancını güdənlər, naşılar, yad əllərdə alət olanlar xalqın söz azadlığı hüququndan qədərincə bəhrələnməsinə əngəl törədirlər.

Kütləvi informasiya vasitələrində dövlətçilik maraqlarımız qəti olaraq qorunmalıdır. Milli-mənəvi dəyərlərimizə sayğısızlıq da yolverilməzdir. Təəssüf ki, sözün məsuliyyətini anlamayanlar, qanunun tələbinə əxlaqi normalara məhəl qoymayanlar mətbuatı, teleradionu, kitab nəşrini hörmətdən salırlar. Dövlət müstəqilliyimizə, milli varlığımıza bağlı hər bir yazar azad söz demək imkanını göz bəbəyi kimi qorumalı, onu milli maraqların təmin olunmasına, quruculuğa, xoş niyyətlərə, tərəqqiyə yönəltməlidir.

Sonda Hafiz müəllimdən 65 yaşda belə cavan qalmağının sirrini soruşduq.

Söz adamı qocalmaz, — dedi.

Həmkarlarımızı ömür təqvimindəki əlamətdar tarix 50 illik jurnalist fəaliyyəti münasibətilə təbrik edir, ona cansağlığı yaradıcılıq uğurları arzulayırıq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2009.-18 yanvar.- S.6.