Qəzzada bombardmanlar davam edir

 

İsrail tərəfi isə atəşi dayandırmağa hazır olduğunu bildirib

 

Dünən Qəzza sektorunun şimal hissəsindən Fələstin qaçqınları üçün daha bir BMT məktəbi İsrail hərbi qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə bir qadın bir uşaq həlak olub, 11 nəfərsə yaralanıb.

Beyt Lahiya şəhərindəki məktəbə atəş tankdan açılıb. İsrail komandanlığının məlumatına görə, bu, məktəbdən atəş nöqtəsi kimi istifadə edən HƏMAS silahlılarına cavab olub. Nəticədə binada yanğın baş verib. Bu, artıq Qəzza ərazisində atəşə tutulan dördüncü BMT məktəbidir. Yanvarın 6-da Cəbaliyyə şəhərindəki məktəbə atılan tank mərmisi 43 nəfərin həyatına son qoymuşdu.

Dünənki atışmalar nəticəsində Beyt Xanun şəhərində bir uşaq, Qəzzanın şimalında isə 3 nəfər həlak olub. Səhərdən sektor ərazisi İsrail aviasiyasının bombardmanlarına məruz qalıb. Bununla yanaşı, İsrail tərəfi HƏMAS-la heç bir razılaşma əldə olunmadan belə, birtərəfli qaydada atəşi dayandırmağa hazır olduğunu bəyan edib.

 

BMT-nin yeni qətnaməsi

 

BMT-nin Baş Assambleyası Qəzzada atəşin təcili dayandırılması barədə qətnamə qəbul edib. Tərikibinə 192 dövlətin daxil olduğu Baş Assambleya sənədi böyük səs çoxluğu ilə qəbul edib. Qətnamənin lehinə 152, əlehinə 6 dövlət səs verib, 8 dövlət bitərəf qalıb.

Hər iki münaqişə tərəfindən təcili olaraq atəşin dayandırılması tələb edilən qətnamədə bunun ardınca İsrailin bütün hərbi hissələrinin Fələstin muxtariyyətinin ərazisindən çıxaracağı qeyd edilir. Bundan əlavə, sənəddə bildirilir ki, Qəzza sektorunun əhalisinə humanitar yardımların çatdırılması üçün bütün mümkün tədbirlər görülməlidir.

Baş Assambleyanın bəyəndiyi qətnamədə, eyni zamanda, yanvarın 8- BMT Təhlükəsizlik Şurasının 75 üzvündən 14-nün lehinə səs verdiyi 1860 saylı qətnamənin tamamilə təxirə salınmadan yerinə yetirilməsi üçün addımlar atılması tələb edilir. BMT TŞ-nın həmin iclasında dövlət katibi Kondoliza Raysın təmsilçiliyi ilə ABŞ sənədə səs verməmişdi. Bir qədər sonra isə həm İsrail hökuməti, həm HƏMAS qətnaməni qəbul etmədiklərini bəyan etmişdilər.

 

ABŞ HƏMAS-ı tərksilah edəcək

 

İsrailin HƏMAS-ı tərksilah etmək üzrə apardığı hərbi əməliyyatlar ilk gündən ABŞ tərəfindən ciddi şəkildə dəstəklənib. Bu günlərdə isə məlum olub ki, bu ölkə HƏMAS-ın gələcəkdə yenidən silahlanmasına yol verməmək üçün İsraillə birgə addımlar atmaq barədə ikitərəfli müqavilə imzalamaq niyyətindədir. Dövlət katibi Kondoliza Rays bildirib ki, özünün israilli həmkarı Tsipi Livni ilə qarşılıqlı anlaşma barədə memorandum imzalayacaq. Rays Avropa ölkələrinin başçılarını da bu cür hərəkət etməyə çağırıb. Onun sözlərinə görə, HƏMAS-ın yenidən silahlanmasına yol verilməməsi İsrail Fələstin arasında imzalanacaq atəşkəs müqaviləsinin əsas hissəsi İsrailin Qəzza sektorunun blokadasını ləğv etməsinin əsas şərti olmalıdır.

Bir neçə gün əvvəl Qəzzada atəşi tamamilə dayandırmaq təşəbbüsü ilə Misir çıxış etmişdi. Ancaq Avropa tərəfindən dəstəklənmiş təşəbbüs həyata keçməmişdi. Nəticədə İsrailin Qəzza ərazisində dekabrın 27-dən bəri davam etdirdiyiTökmə qurğuşunəməliyyatı hər gün yüzlərlə fələstinlinin həyatına son qoyur. Artıq Fələstin tərəfinin itkiləri 1000 nəfəri keçib.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-18 yanvar.- S.6.