Yanvarın 20-də şəhərətrafı elektrik
qatarlarında gediş-gəliş
pulsuz olacaqdır
Azərbaycan Dövlət
Dəmir Yolunun (ADDY) mətbuat xidmətindən
aldığımız məlumatda bildirilir ki, ADDY rəisinin
müvafiq əmrinə əsasən, Qanlı Yanvar faciəsinin
19-cu ildönümü ilə əlaqədar anım mərasimlərində
Bakı şəhər sakinlərinin çoxsaylı
iştirakını nəzərə alaraq yanvarın 20-də
səhər saat 6.00-dan 23.00-dək şəhərətrafı
elektrik qatarlarında gediş-gəliş pulsuz olacaqdır.
Həmin gün saat
12.00-da anım dəqiqəsində bütün qatarların hərəkəti
dayandırılacaq və lokomotivlər səs siqnalı verəcəkdir.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-17 yanvar.-S.6.