Ən cavan elm sahəsinin ən uğurlu nəticəsi

 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun böyük elmi işçisi, filologiya elmləri doktoru Ramil Əliyevin Bakıdakı “Nurlan” nəşriyyatında işıq üzü görmüş “Riyazi mifologiya” kitabını elm ictimaiyyətimiz məhz belə adlandırır. Nə üçün “ən cavan elm sahəsi” və “ən uğurlu nəticə?”. Çünki riyazi mifologiya Azərbaycan folklorşünaslığında tamamilə yeni sahədir. İndiyədək çoxsaylı folklorçu alimlərimizin hər biri mifoloji mətnlər üzrə apardıqları tədqiqatlarda özünəməxsus riyazi təfəkkür nümayiş etdirmişlər. Riyazi mifologiya elm sahəsi isə indiyədək əldə edilmiş təcrübələrin hamısını — məhz hamısını yenidən dərin təhlil edərək folklor mətnlərindəki riyazi modellərin elmi izahını verməklə məşğuldur. Yəni, ən cavan elm sahəsidir.

Bu kitabı “ən uğurlu nəticə” adlandıran alimlər monoqrafiyanın sonunda verilmiş 17 bənddən ibarət iki səhifəlik “Nəticə” bölməsinə istinad edirlər. Oradan iki bəndi götürək: 1. Riyazi mifologiyanın predmetini ibtidai insanların riyazi dünyagörüşü, dünyanı riyazi dərketmə üsulları təşkil etmişdir. 2. Riyazi mifologiyanın metodologiyasını ibtidai insanların riyazi şüurunun necə formalaşmasını, bu qabiliyyətin necə inkişaf etməsi yollarını həndəsi-riyazi strukturlar vasitəsilə öyrənmək təşkil etmişdir. Həddən artıq ağır və əhatəli bir elmi-tədqiqat işidir. Hətta, monoqrafiyanın elmi redaktorlarından olan filologiya elmləri namizədi Seyfəddin Rzasoy bu əsəri “...sözün gerçək anlamında Azərbaycan folklorşünaslığında tayı-bərabəri, janr-tematik ekvivalenti olmayan bir araşdırma” adlandırır.

Görkəmli folklorşünas professorlar Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Rasim Əfəndiyev, Hüseyn İsmayılov, Azad Nəbiyev, Kamal Abdulla digər tədqiqatçıların yaradıcılığında istifadə edilmiş informasiya modelləşdirilməsi Ramil Əliyev tərəfindən məhz riyazi-funksional baxış sistemindən keçirilir. Məsələn, aşıq sənətinin tarixi-genetik strukturuna dair yeni konsepsiyanın müəllifi olan Hüseyn İsmayılovun yaradıcılığını riyazi-funksional baxış sistemindən keçirən Ramil Əliyev belə bir nəticəyə gəlir: Birinci: “Hüseyn İsmayılovun aşıq sənətinin mənşəyinə dair yeni konsepsiyasının həyatiliyi riyazi funksionallaşdırma müstəvisində təsdiq olunmuşdur”. İkinci: “Professor Hüseyn İsmayılovun konsepsiyası riyazi formullaşdırma konteksində davam inkişaf etdirilmişdir”.

Müəllif öz fikirlərini sübut etmək üçün professor Hüseyn İsmayılovunGöyçə dastanları aşıq rəvayətləriadlı tədqiqatındakı bəzi riyazi mifologiya ünsürlərini 15 xüsusi nəticə ilə göstərir. Həmin nəticələrdən 12-cisi belədir: “Göyçə dastanlarında türk dünya modelixaos harmoniya; alt qat - kod, məlumat, sxem; üst qatobraz motiv, süjet. Alt qatın modelləşdirici sistemibu, kosmik modeldir, mif, ritual dil mifoloji dünya obrazında fasiləsiz olaraq bərpa olunur”.

Kitabi Dədə Qorqud”, “Oğuz Kağan”, “Koroğlu başqa dastanlardakı riyazi simvolikalar elmi şəkildə tədqiq edilir məhz yeni elm sahəsinin uğuru sayılacaq nəticələr əldə edilir. Professor Mirəli SeyidovunQızıl döyüşçünün taleyi”, professor Azad NəbiyevinAzərbaycan xalq ədəbiyyatı”, professor M.CəfərlininDastan mifəsərlərində, eləcə folklorşünas alim Seyfəddin RzasoyunKitabi Dədə Qorqudun sonuncu boy süjetinin kosmoloji strukturu ritual-mifoloji semantikası" məqaləsindəaxtardıqlarınıtapan Ramil Əliyev öz elmi işini konkret nəticələrlə zənginləşdirmişdir.

Riyazi mifologiyakitabında diqqət çəkən başqa bir məsələ isə bu sahədə tədqiqat aparmış Rusiya Qərb alimlərinin yaradıcılığına ehtiramla yanaşılması, onların bəzilərinin adını saymaqla gəldikləri elmi nəticələr barədə oxucuya məlumat verilməsidir. Məsələn, rus alimi B.A.FrolovunPaleolitin qrafikasında rəqəm”, ingilis tədqiqatçısı H.VeylinRiyazi təfəkkür”, V.S.BayevskininƏdəbiyyat nəzəriyyəsində tarixində linqvistik, riyazi, semiotik kompyuter modelləri”, İ.Y.DermanınArifmetikanın tarixi”, M.Y.İoselevanınMagik rəqəmlərin mənşəyi”, M.A.ÇlenovunƏdədi simvolika Molukk adasının gizli ittifaqı onlarca bu qəbildən olan elmi tədqiqat işləri maraqla izlənilir, elmi ümumiləşdirmələr əldə edilir.

Azərbaycan folklorşünaslığında mifoloji informasiyanın modelləşdirilmə təcrübəsi riyazi-funksional analiz konteksindəFolklor-mifoloji informasiyanın riyazi-funksional strukturuadlı iki fəsildən, 20 elmi məqalədən ibarət kitabın rəyçiləri AMEA-nın müxbir üzvü Azad Nəbiyev filologiya elmləri doktoru, professor Asif Hacılıdır.

Sonda müəllifin özü barədə bir neçə söz qeyd edək. Şəkidə ziyalı ailəsində dünyaya gəlmiş Ramil Əliyev Bakı Dövlət Universiteti filologiya fakültəsinin məzunudur. Ötən il folklorşünaslıq indeksi üzrə doktorluq dissertasiyasi müdafiə elmişdir. Azərbaycan nağıllarında mifik görüşlər” (1992), “Türk dünyasından yarpaqlar” (2000, K.Muxtarovla birlikdə), “Mifoloji şüurun bədii spesifikası” (2001), “XX əsrdə türk xalqlarının birliyi ideyası” (2002, K.Muxtarovla birlikdə), “Mif folklor: genezisi poetikası” (2005) başqa kitabların müəllifidir.Riyazi mifologiyakitabındakı tədqiqatları davam etdirən alim hazırda folklor mətnlərini riyazi-məntiqi sıra ardıcıllığı modelindən keçirməklə yeni axtarışlarla məşğuldur.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2009.-17 yanvar.-S.7.