20 Yanvar həm hüzn, həm milli qürur günümüzdür

 

1990-cı il 20 Yanvar hadisələrindən 19 il keçir. Lakin, hər bir azərbaycanlıya elə gəlir ki, bu müdhiş hadisələr, azadlıq carçılarına sovet ordusu tərəfindən tutulmuş qanlı divan indicə baş verib. Hər il yanvarın 20-də insanları səksəkəyə salan güllə vıyıltıları, tank, mərmi səsləri o illərin qanlı hadisələrini gözlərimiz önündə yenidən canlandırır. Ancaq xalqımız həmin günü təkcə hüzn günü kimi yox, həm qəhrəmanlıq günü kimi qeyd edir. Küçələr, meydanlar azadlıq arzusunda, istəyində olan soydaşlarımızın qanına boyansa da, oğul qızlarımız sovet ordusunun qəddarlığı, amansızlığı ilə üz-üzə dayansa da qorxmadı, geri çəkilmədi.

Bakının ən uca, ən gözəl nöqtələrindən birində hər birimiz üçün müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş bir yer var: Şəhidlər Xiyabanı. 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə mərdliklə, cəsarətlə vuruşaraq həlak olanların əbədiyyətə qovuşduğu müqəddəs and yeri.

Hər il yanvarın 19-dan başlayaraq insan seli Şəhidlər Xiyabanını öz ağuşuna alır. Vətənimizin azadlığı suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad edilir, onların məzarlarıqərənfil seli”nə qərq olur. Onlar heç vaxt unudulmayacaq. Çünki Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Həmin gün... 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən müdhiş gecədə cinayətkar imperiya rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli qırğınlar törətdi. Digər müttəfiq respublikalarda günahsız insanların dəhşətli qətlinə fitva vermiş, əlləri insan qanına batmış SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun növbəti qurbanı Azərbaycan xalqı oldu. Azərbaycana qarşı qərəzli siyasəti, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən, ərazilərimizə yiyələnmək torpaqlarımız hesabınaBöyük Ermənistanimperiyası yaratmaq istəyən separatçı, təcavüzkar hərəkətləri açıq-aşkar dəstəkləyən M.Qorbaçov Bakıda misli görünməmiş qırğın törədilməsinə göstəriş verdi. Azərbaycan Respublikasının o vaxtkı xəyanətkar rəhbərlərinin kölə psixologiyası bu qanlı terror hadisəsinin törədilməsinə rəvac vermişdir. Ölkə rəhbərliyinin xəyanətkar əməllərinə etiraz əlaməti olaraq ayağa qalxmış, öz haqq səsini qaldırmış, “torpaqdan pay olmaz”, – deyərək küçə meydanlara çıxmış geniş xalq kütləsinə qarşı sovet ordusu qanlı divan tutdu. Günahsız insanlar qadağan olunmuş güllələrlə qətlə yetirildi, əhali xüsusi amansızlıqla tankların, zirehli hərbi maşınların altına salınaraq, xıncım-xıncım edildi. Lakin bu qanlı terror azadlıq fədailərinin iradəsini, milli qürurunu sarsıda bilmədi. 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan, sovet rejiminin hərbi, siyasi mənəvi təcavüzünə məruz qalmış xalqımızın həm mübarizliyini, əzmliyini, məğrurluğunu, tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Xalqımız nəhayət ki, imperiyanın əsarətindən xilas oldu, uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu Azərbaycan öz müstəqilliyini, suverenliyini əldə etdi. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş cinayət hadisəsi, beynəlxalq hüququn norma prinsiplərinə, habelə insan hüquq azadlıqlarının qorunmasına aid beynəlxalq konvensiyalara tamamilə zidd olan bu dəhşətli hadisə dünya ictimaiyyətindən gizli saxlanılırdı. Bu cinayətkarların adları açıqlanmır, terror hadisəsinə siyasi-hüquqi qiymət verilmir, araşdırılma aparılmırdı.

O ərəfədə Moskvada yaşayan, həyatı hər an təhlükədə olan ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək yerli beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmiş, imperiyanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırım barəsində dünyaya məlumat vermişdir. Ulu öndər sovet ordusunun günahsız insanlara qarşı törətdiyi bu qanlı hadisəni kəskin pisləmiş, Azərbaycan xalqının hərbi, siyasi, mənəvi təcavüzə məruz qaldığını bildirmişdir.

Sovet hakimiyyətinin süqutundan sonra Azərbaycanda dövlət müstəqilliyi bərpa edildi. Başları birincilik uğrunda mübarizəyə qarışmış Azərbaycanın o vaxtı rəhbərliyi, AXC — Müsavat cütlüyünün dövlət məmurları xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü aparmadılar. Əksinə, bu cinayət hadisəsini unutdurmaq üçün min cür hiyləyə əl atdılar.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi bu dəhşətli cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Xalqa məlum oldu ki, SSRİ Ali Soveti rəyasət heyətinin sədri M.Qorbaçov, Sov. İKP MK katibi A.Girenko, SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, Sov. İKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko başqaları qanlı terror hadisəsinin əsas təşkilatçıları icraçılarıdır.

Keçmiş sovet dövlətinin 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa, humanizmə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq əbədi qalacaqdır. Ölkəsinin ərazi bütövlüyü, suverenliyi uğrunda haqq səsini qaldırmış dinc əhaliyə amansız divan tutulması, yüzlərlə günahsız insanlarınuşaqların, qocaların, qadınların qətlə yetirilməsi, ağır bədən xəsarətləri alması ömürlük şikəst olmaları totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bütün dünyaya bəlli oldu ki, Azərbaycan xalqı öz Vətəninin suverenliyi uğrunda canını qurban verməyə hazırdır.

20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Hər şeydən əvvəl həmin gün Azərbaycan tarixinəAzadlığa aparan şanlı yolkimi düşdü. Digər tərəfdən, mənfur qonşumuzatəcavüzkar Ermənistana aydın oldu ki, Azərbaycan xalqı ərazisinin bir qarışını belə digər xalqlara güzəştə getməyəcək. Bu yolda canlarını qurban verəcək, sinələrini sipər edəcək, lakin geriyə dönməyəcək. 20 Yanvar şəhidləri kimi...

Şəhidlər Xiyabanı yenidən insan selinə qərq olub. Ötən il dövlət başçımız cənab İlham Əliyevin göstərişi ilə yenidənqurma abadlıq işləri aparılmış Şəhidlər Xiyabanı yenə qırmızı qərənfillərəbürünüb”. Xalq öz mərd oğul qızlarını böyük ehtiramla yad edir, buranın müqəddəs and yeri, ziyarətgah olduğu bir daha öz təsdiqini tapır.

İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Xalqın milli qürur günü heç vaxt unudulmur. Axı, 20 Yanvar bizim milli qürur günümüzdür.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-20 yanvar.- S.1.