Dəmiryolçular 20 Yanvar şəhidlərinin xatirəsini
yad etdilər
Dünən Azərbaycan
Dövlət Dəmir Yolunda 20 Yanvar faciəsinin 19-cu
ildönümü ilə əlaqədar tədbir
keçirildi. Mərasimi giriş sözü ilə ADDY-nin rəisi
Arif Əsgərov açdı. O, bildirdi ki,
xalqımızın tarixinə qanlı və şanlı səhifə
kimi yazılan 20 yanvar faciəsi dövlət səviyyəsində
ölkəmizin hər yerində qeyd olunur. Bilirsiniz ki,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus
qoşunları Bakıda qırğın törətdilər.
Yüzlərlə soydaşımız şəhid oldu, yaralandı.
İndi o dəhşətli gecədən on doqquz il keçsə
də xalqımız o dəhşətli faciəni heç
zaman unutmayacaq.
Natiq sonra bildirdi ki,
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə
baş verən və xeyli insan qırğını ilə nəticələnən
bu hərbi müdaxilədən böyük sarsıntı
keçirən müdrik və uzaqgörən şəxsiyyət
Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə
gələrək SSRİ rəhbərliyiyni ittiham eyləyən
bəyanatla çıxış etdi. Vətənə
qayıdandan sonra Azərbaycan Respublikasının milli-tarixi ənənələrinə
uyğun olaraq yeni dövlət rəmzlərinin-bayrağın,
gerbin və himnin qəbuluna nail olan Naxçıvan MR Ali
Sovetinin xalq deputatı Heydər Əliyev 20 Yanvar faciəsinə
siyasi və hüquqi qiymət verilməsi, günahkarların
cəzalandırılması barədə təkliflə Azərbaycan
rəhbərliyi qarşısında məsələ qaldırmışdır.
20 yanvar 1990-cı il
tarixdə öz azadlığı və istiqlaliyyəti
uğrunda mübarizəyə qalxmış insanlar arasında
dəmiryolçular da az olmamışdır. Bilirsiniz ki, həmin
faciəli gecədə yüzlərlə ölənlər və
yaralananlar arasında 11 nəfər dəmiryolçu və
onların ailə üzvləri də olmuşdur.
Sonra Texniki-İnzibati
Binaların Təmiri Trestinin rəisi Çingiz Məmmədov,
“Yol təsərrüfatı” İB-nin rəisi Füzuli
Quliyev, “Lokomotiv” İB-nin rəisi Asim Qasımov, “Vaqonservis”
İB-nin baş mühəndisi Akif Heybətov, “İşarəvermə
və rabitə” İB-nin dispetçeri Tamilla İsmyılova,
Texniki-İstehsalat Xidmətinin şöbə rəisi Sadiq
Şirinov və başqaları çıxış edərək
şəhidlərin xatirəsini həmişə uca
tutulduğunu, onların ailə üzvülərinə
dövlətimiz tərəfindən diqqət və
qayğı göstərildiyini vurğuladılar.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-20 yanvar.-S. 6.