Tariximizin şanlı səhifəsi

 

Texniki Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

 

“20 Yanvar faciəsindən 19 il ötsə , bu tarix xalqımızın yaddaşından heç zaman silinməyəcək. Bu, şərəfli tarixdir, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə tarixinin şanlı səhifəsidir”. – Bu sözləri dünən Azərbaycan Texniki Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasimdə universitetin rektoru, professor Havar Məmmədov demişdir.

Məlumat üçün bildirək ki, universitet Azərbaycanın azadlığı uğrunda mübarizədə çoxlu şəhidlər verib. Bu qəhrəman Azərbaycan övladları arasında 20 Yanvar gecəsi şəhid olmuş universitetin tələbəsi İlqar Əhmədov da var idi.

Universitetin həyətində yaradılmış şəhidlərin abidə kompleksini ziyarət etdikdən sonra 20 Yanvar faciəsinə həsr edilmiş mərasim universitetin zalında davam etdirildi.

Rektor Havar Məmmədov bu böyük faciə haqqında ətraflı çıxış etdi. Havar müəllim ilkin olaraq faciənin baş verdiyi tarixi şəraiti diqqətə çatdırdı. Natiq bildirdi ki, bu dövr Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi bir dövr idi. Azərbaycanda faktiki olaraq ikihakimiyyətlilik hökm sürürdü. SSRİ hökuməti azərbaycanlıları cəzalandırmaq üçün yollar axtarırdı. Nəticədə 20 Yanvar faciəsi törədildi. Bu qırğın millətin mübarizə ruhunu daha da artırdı. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını ala biləcək qüvvə yox idi. 20 Yanvar qırğını Ə. Vəzirovun ölkədən biabırçı qaçışı hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan Ayaz Mütəllibovun Azərbaycan rəhbərliyinə gətirilməsi ilə nəticələndi. Səriştəsiz rəhbərlərin fəaliyyəti nəticəsində Azərbaycanda yaranmış xaotik vəziyyətdən istifadə edən Qorbaçov heç nədən çəkinməyərək, “sülhdostluqordusunu xalqımızın üzərinə yeritdi. Beləliklə 20 Yanvar faciəsi baş verdi. Bu tarix Azərbaycanda yeni bir dövr, Azərbaycanın çağdaş tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Məhz o ağır günlər ümummilli lider Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, xüsusi bəyanatla çıxış etdi. Ulu öndər yanvarın 21- Qorbaçovun cinayətkar əməllərini ifşa edən, Bakı qırğınını insanlığa, bəşəri dəyərlərə, demokratiya humanizm prinsiplərinə zidd olan cinayətkarlıq vəhşilik adlandıranda bütün dünyanın gözü bu böyük azərbaycanlıda idi. Məhz ulu öndər Heydər Əliyevin 1990- il yanvarın 21- Moskvada verdiyi bəyanat Azərbaycan xalqının haqq səsinin dünyaya yayılmasında müstəsna rol oynadı. 20 Yanvar faciəsinə siyasi qiymət isə yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü il martın 29-da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən verildi. Məhz bu zaman 20 Yanvar qırğınının əsil cinayətkarlarının konkret adları hallandırıldı.

Havar müəllim çıxışının sonunda bildirdi ki, bu gün Azərbaycan müstəqil dövlətdir. Dahi Heydər Əliyevin siyasi kursuna sadiq olan Prezidentimiz İlham Əliyev ölkəmizin sürətli inkişafını təmin etmiş, hər sahədə böyük uğurlar qazanılmışdır. Bu nailiyyətləri qazanmış xalqımız, müstəqilliyimizin əldə olunması yolunda böyük rol oynamış, 20 Yanvar hadisələri zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsini əbədi olaraq xatırlayacaqdır.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxış edərək, 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq ruhunun yüksəlməsində bu hadisələrin rolundan danışdı. Natiq 20 Yanvar faciəsinin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xüsusi bəyanatla çıxış edən ulu öndərin Azərbaycanımızın haqq səsinin dünyaya yayılmasında, eləcə bu faciəyə siyasi qiymət verilməsindəki rolunu xüsusi olaraq nəzərə çarpdırdı.

Tədbirdə çıxış edənlər bu tarixi faciə ilə bağlı xatirələrini danışdılar, 20 Yanvarın Azərbaycan tarixində şanlı səhifələrdən biri olduğunu bildirdilər.

Tədbirdə Milli Məclisin deputatı Aslan Şahverdiyev, şəhid İlqar Əhmədovun qardaşı Cəmiyyət Əhmədov, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edirdilər.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-20 yanvar.-S.7.