Vaşinqtonda Barak Obamanın andiçmə mərasimi keçirilib

 

ABŞ-ın yeni Prezidenti: Biz sərhədlərimizdən kənarda yaşayan insanların faciələrinə biganə qala bilmərik

Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni Prezidenti Barak Obamanın andiçmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən qaradərili ABŞ Prezidenti inauqurasiya mərasiminə toplaşmış minlərlə amerikalıya ən yaxın zamanlarda həyata keçirməli olduğu birinci dərəcəli vəzifələr haqqında ətraflı məlumat verib. Obamanın sözlərinə görə, bunlar iqtisadiyyatda sabitlik yaratmaq, İraq və Əfqanıstanda hərbi mövcudluğu maksimum dərəcədə azaltmaq və Quantanamo həbsxanasını bağlamaqdır.

ABŞ Prezidenti qismində Amerika xalqına ilk müraciətində Barak Obama bildirib ki, ölkəsi yeni məsuliyyət erasına daxil olur. Təxminən 20 dəqiqə davam edən müraciətində Obama Amerikanın hazırda üzləşmiş olduğu iqtisadi çətinliklərin səbəblərinə toxunaraq deyib ki, bütün bunlar acgözlüyün qəbul edilmiş məsuliyyətsiz qərarların nəticəsidir. Onun sözlərinə görə, bu gün Amerikada baş verənlər - işsizlik, mənzillərin itkisi, müəssisələrin iflasa uğraması, məktəblərin bağlanması - insanların ruhdan düşdüyü, özlərinə inamını həyatda istiqamətini itirdiyi ölkələrdə baş verə bilər.

Bununla belə, Obamanın bütün çıxışı, seçkiqabağı kampaniyası müddətində olduğu kimi, ümidlər dəyişiklik niyyətləri üzərində qurulub. Onun fikrincə, hazırda ölkədə görənlərlə pul qazananlar arasında böyük fərq var. Ona görə Prezident milləti birləşməyə bu birliyin köməyi ilə vahid ümumi işi görməyə çağırıb. Obama deyib ki, ölkəyə inam tərəqqini qaytarmağın yeganə yolu budur. “Biz amerikalıların öz üzərinə ölkə bütün dünya qarşısında öhdəlik götürməli onu yerinə yetirməli olduğu yeni məsuliyyət erasına daxil oluruq” – deyə yeni Prezident bəyan edib. O xəbərdarlıq edib ki, ölkənin bərpası amerikalılardan yaxın bir neçə il ərzində fədakar əmək hətta qurbanlar tələb edə bilər.

Barak Obama ABŞ-ın xarici siyasəti ilə bağlı məsələlərə diqqət ayırıb. Onun fikrincə, ABŞ bundan sonra da sərhədlərindən kənarda yaşayan insanların faciələrinə biganə qalmağı özünə rəva görə bilməz. “Biz eyni zamanda nəticələri ölçüb-biçmədən sülh ehtiyatlarından sui-istifadə edə bilmərik”. Onun sözlərinə görə, Amerikanın müasir dünyadakı vəziyyətini dəyişməyə cəhd edəcək. “Biz yenə lider olmağa hazırıq” – deyə Obama bildirib.

Yeni Ali Baş Komandan Birləşmiş Ştatların hərbi gücü haqqında danışarkəndüşünülmüş”, “təmkinbarışıqsözlərini işlədib. Ancaq analitiklər qeyd edirlər ki, vaxtilə Corc Buş dastabil xarici siyasətvəd etmişdi.

Barak Obama çıxışının sonunda irqi məsələyə münasibət bildirərək deyib ki, 60 il bundan əvvəl onun atasına restoranda xidmət göstərməkdən imtina edərdilər, amma bu gün onun oğlu prezidentdir. Onun sözlərinə görə, bu, ölkədə hakim olan əsl demokratiya insanların düşüncəsində baş verən dəyişmələrlə bağlıdır. Bununla belə o, ölkənin tarixində təkcə əslən Afrikadan olan Amerika prezidenti kimi deyil, prezidentliyi müddətində gördüyü işlərlə administarsiyasının qazandığı uğurlarla qalmaq istəyir.

Barak Obama ABŞ tarixində dövlətin ən yüksək vəzifəsinə seçilmiş ilk qara dərili vətəndaşdır. O, ABŞ-ın 44-cü prezidentidir. Yanvarın 20- onun inauqurasiya mərasimini ölkənin dünyanın ən müxtəlif guşələrindən Vaşiqtona gəlmiş bir milyondan çox insan izləyib.

Tədbirdə ali dövlət vəzifəsini tərk edən kiçik Corc Buşla yanaşı Birləşmiş Ştatların daha üç prezidenti iştirak edib: Cimmi Karter, böyük Corc Buş Bill Klinton. Artıq sabiq vitse-prezident Dik Çeyni xəstəliyi ilə əlaqədar mərasimə əlil arabasında gəlib.

Böyük BritaniyanınTaymsqəzetinin verdiyi məlumata görə, Obamanın inauqurasiyası zamanı təhlükəsizliyin təminatı ilə bağlı məsələlər ABŞ büdcəsinə 75 milyon dollara başa gəlib. Tədbirin mühafizəsinə 40 min xüsusi xidmət əməkdaşı, 25 min polis işçisi, milli qvardiyanın 10 min əsgəri silahlı qüvvələrin 7,5 min hərbçisi cəlb edilib.

İnauqurasiyanı nüfuzlu qadın senator Dayan Faynstayn aparıb. Tədbirin açılışı zamanı o deyib: “Biz buraya tarixin yeni səhifəsini açmaq üçün yığışmışıq”.

Din xadimi Rik Uorrenin dua oxumasından məşhur müğənni Areta Franklinin ifasından sonra əvvəlcə yeni vitse-prezident Co Bayden, ardınca isə Barak Obama and içiblər.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-22 yanvar.-S.6.