Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya iclasında ötən ilin yekunları müzakirə olundu

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. İclası giriş sözü ilə açan nazir Əli Abbasov 2008-ci ilin Azərbaycan üçün uğurlu olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində sürətli inkişafa nail olunub. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə 16 yanvar 2008-ci il tarixdə Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında söylədiyi fikirlər haqqında ətraflı danışaraq vurğuladı ki, son illər aparılan uğurlu daxili və xarici siyasət bütün sahələr kimi informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafına təkan verib.

Nazir ölkə ərazisinin tamamilə telefonlaşdırılması, əhalinin internetə çıxış imkanının daha da asanlaşması, regionlarda genişzolaqlı internet xidmətlərinin tətbiqinin, ölkə ərazisində AzDataCom şəbəkəsinin, TAE fiber-optik kabel xəttinin genişləndirilməsi haqqında ətraflı məlumat verərək bütün bunların ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi. Həmçinin ölkədə internet və mobil rabitə tariflərinin endirilməsi istiqamətində də işlərin aparıldığını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Nazir Dünya Bankı ilə birlikdə həyata keçirilən maliyyə xidmətlərinin inkişafı layihəsinin tətbiqi nəticəsində poçt rabitəsində daha sürətli şəkildə inkişaf edəcəyini, həmçinin sərhəd bölgələrdə televiziya proqramlarının yayım keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə yeni avadanlıqların alınıb qurulması nəticəsində AzTV İTV proqramlarının keyfiyyətli yayımının təmin edildiyini bildirib.

Sonra nazirliyin maliyyə, uçot iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevin 2008-ci ilin yekunlarına həsr olunmuş məruzəsi dinlənildi. Hesabat ilində qazanılan nailiyyətləri diqqətə çatdıran R.Nəbiyev bildirdi ki, 2008-ci il ərzində İKT poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 28,1 faiz artaraq 990,5 milyon manat olub. Əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilib. Sektorda əldə olunan gəlirlərin 71,8 faizi mobil operatorların payına düşməklə, 2007-ci illə müqayisədə artım tempi 30,1 faiz olub. Məruzədə bildirilib ki, 2008-ci ildə ÜDM-in həcminin 10,8 faiz artaraq 38 milyard manat olmasına baxmayaraq, İKT poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM- payı artaraq 1,9 faiz təşkil edib.

2008-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 14750,7 milyon manat təşkil edib artım tempi 15,7 faiz olub. İKT poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM- payı isə 5 faiz təşkil edib. 2008-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik müəssisələr üzrə gəlir, proqnozlaşdırılmış 191,9 milyon manat proqnoza qarşı 225,2 milyon manat gəlir əldə edilib ki, bu da 2007-ci illə müqayisədə 36 milyon manat (19,0 faiz) çox olub. Birlik müəssisələr tərəfindən 2008-ci il ərzində dövlət büdcəsinə 28,6 milyon manat, DSMF- isə 11,4 milyon manat vəsait ödənilib.

Daha sonra nazirliyin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov, İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, Naxçıvan MR rabitə informasiya texnologiyaları naziri Rövşən Məmmədov başqaları investisiya layihələrinin uğurla həyata keçirilməsindən, göstərilən genişzolaqlı internet xidmətlərindən, respublikada GSM standartında fəaliyyət göstərən mobil telefon operatorları arasında arabağlantı münasibətləri qarşılıqlı hesablaşmaların tənzimlənməsindən danışdılar. Qeyd olundu ki, Naxçıvan MR-da telekommunikasiya poçt rabitəsinin inkişafı, ərizə müraciətlərə baxılması, yeni yerlərinin yaradılması sahəsində ciddi tədbirlər həyata keçirilmişdir.

İclasın sonunda nazir Əli Abbasov yekun nitqi söylədi, müzakirələrdə ortaya çıxan məsələlər onların həlli yolları ilə bağlı müvafiq göstərişlər verdi.

 

 

Müşfiq ƏMİROV,

Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyinin

 mətbuat xidmətinin rəhbəri 

 

Xalq qəzeti.-2009.-23 noyabr.-S.4.