Hillari Klinton ABŞ-ın yeni dövlət katibidir

 

Dünən ABŞ senatı Hillari Klintonu dövlət katibi vəzifəsinə təsdiq edib. Xanım Klintonun lehinə 94, əleyhinə isə 2 senator səs verib.

Yeni dövlət katibinin əleyhinə səs verənlər Cənubi Karolinadan respublikaçı senator Cim Demint Luizianadan seçilmiş senator Devid Bitter olub. Əvvəllər Respublikaçılar Partiyasının senatdakı nümayəndələri xanım Klintonun namizədliyi üzrə adbaad səsvermə keçirilməsini tələb edirdilər. Onlar dövlət katibi vəzifəsində Hillari Klintonun maraqlarının əri, ABŞ-ın sabiq prezidenti, hazırda ictimai fəaliyyətlə məşğul olan Bill Klintonun maraqları ilə toqquşacağından ehtiyat edirdilər.

Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Barak Obama Hillari Klintonun namizədliyini keçən il dekabrın 1-də irəli sürmüşdü. Senatdan əvvəl isə onun namizədliyi qurumun Xarici Siyasət Məsələləri üzrə Komitəsində səsə qoyulmuşdu. Xanım Klintonu komitənin 17 üzvündən 16-sı dəstəkləmişdi.

Hillari Klinton ABŞ-da keçirilmiş prezident seçkilərində Barak Obama ilə birgə Demokrat Partiyasından namizədliyini irəli sürmüş, lakin seçkilərin ilkin mərhələsində böyük səs fərqi ilə demokrat rəqibinə uduzmuşdu. O, dövlət katibi vəzifəsində Kondoliza Raysı əvəz edəcək. Xanım Klintonun dövlət katibi vəzifəsinə təyinatı təsdiqləndirkdən sonra onun senatda boşalmış yerinə ABŞ-ın sabiq prezidenti Con Kennedinin qızı, Obamanın fəal müdafiəçisi Kerolayn Kennedi namizədliyini irəli sürmüşdü. Ancaq yanvarın 21-də o bəyan edib ki, artıq senator vəzifəsi uğrunda mübarizədən çəkilir. Bu barədəNyu-York post” qəzeti məlumat yayıb.

Hazırda bu posta mümkün namizədlər sırasında Nümayəndələr Palatasının üzvlərindən Stiv İzrael, Kirsten Hillibrand, Kerolayn Meloni, Cerald Nedler vilayət idarəetmə orqanının başçısı Nassau Tomas Suotsinin adları çəkilir.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-23 yanvar.-S.7.