Ömürdən qalan izlər

 

Neftçala rayonu 36 il əvvəl ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Hələ sovetlər dövründə gənc olmasına baxmayaraq, bu rayon böyük nailiyyətlər qazanıb. Təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, balıqçılıq, xüsusilə, sənaye, tikinti, quruculuq abadlıq sahələrində yadda qalan nailiyyətlər əldə edib. Bu illərdə Neftçala şəhəri baş plan əsasında layihələşdirilərək tikilmiş, gözəl bir şəhərə çevrilmişdir. Kənd rayonları arasında Neftçala şəhəri ən səliqəli, ən təmiz şəhərlərdən biri kimi tanınmışdır.

Müstəqilliyimizin ilk illərində respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da həyat öz məcrasından çıxaraq ritmini itirmiş, bütün sahələrdə, o cümlədən tikinti, quruculuq, abadlıq işlərində bir lənglik, ətalət yaranmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra bu ləngliyə son qoyulmuş, rayonumuzda dirçəliş dövrü başlanmışdır. Ancaq son illərə qədər bu inkişaf, yüksəliş arzu olunan səviyyədə deyildi, respublikanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin rayonumuza qayğı dolu tarixi səfərindən sonra Neftçala həqiqi yüksəliş dövrünə qədəm qoymuş, rayonun hər yerində abadlıq, tikinti quruculuq işləri geniş vüsət almışdır. Yeniliklər əhval-ruhiyyəni yüksəldir, insanların inamını etimadını artırır.

Neftçalanın sadə zəhmət adamları, ziyalıları, mütəxəssisləri özlərinin fəal həyat mövqeləri ilə həmişə fərqlənmiş , şəhərlərin, qəsəbə kəndlərin tikilməsində, qurulmasında, yeniləşməsində yaxından iştirak etmiş, bu işlərə görə öyünmüş, fərəh hissi keçirmişlər. Neftçalalı mütəxəssislərin bir çoxu respublikamızın iri şəhərlərində, xarici ölkələrdə böyük işləri, halal zəhmətləri ilə ad-san qazanmış, rayonumuza başucalığı gətirmişlər. Digərləri isə doğma rayonumuzda qalıb çalışmış, yüksək əzmkarlıq göstərmiş, rayonu qurub-yaratmış, abadlaşdırmış, ömür-günlərini bu yolda keçirmişlər. Neftçalanın tikilməsində, qurulmasında, abadlaşdırılmasında müstəsna xidmətləri olan, barmaqla sayılacaq veteran mütəxəssislərimizdən biri uzun illər rayonun baş memarı vəzifəsində çalışmış Rahib Hidayət oğlu Sadıqovdur.

Rahib Sadıqov 1949-cu il yanvarın 22- Bankə qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. O, Bankə qəsəbə orta məktəbini bitirdikdən sonra 1966- ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş, 1971-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirərək memar ixtisasına yiyələnmişdir. Bu dövrü xatırlayanda o, həmişə memarlıq kimi şərəfli bir peşənin sirlərini onlara dərindən öyrədən, tədrislə yanaşı, müdrik öyüdləri görüşləri ilə gələcək həyat yollarına çıraq tutan, nur çiləyən müəllimlərini, ilk növbədə respublikanın görkəmli memarları, akademik Mikayıl Hüseynovu, professorlar Ənvər Qasımzadəni Qəzənfər Əlizadəni dərin minnətdarlıq hissi ilə yada salır, onların bir alim, bir müəllim, bir vətəndaş kimi məziyyətlərindən ürək dolusu danışır.

Rahib təhsil illərində öz biliyi, bacarığı qabiliyyəti ilə fərqləndiyinə görə institutu bitirən kimi təyinatla Zəngilan rayonuna baş memar vəzifəsinə göndərilmişdir. Təyinat müddəti başa çatdıqdan sonra isə o, doğma Neftçalaya qayıtmış, rayon XDS İcraiyyə Komitəsinin tikinti-memarlıq şöbəsində işləməyə başlamış, uzun müddət bu şöbəyə rəhbərlik etmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra isə R.Sadıqov Neftçala Rayon İcra Hakimiyyətində tikinti-memarlıq şöbəsinin müdiri baş memar vəzifəsində çalışmışdır. 2006- ilin aprel ayında görmə qabiliyyətini itirdiyinə görə o, birinci qrup əlil kimi təqaüdə çıxmışdır.

Bu təcrübəli mütəxəssis 60 illik ömrünün tən yarısını baş memar vəzifəsində çalışmış, Neftçala şəhərinin, qəsəbə kəndlərin tikilməsi, qurulması, gözəlləşdirilməsi işi ilə yaxından məşğul olmuşdur. Onun əmək fəaliyyəti dövrü Neftçalanın müstəqil rayon kimi fəaliyyəti dövrü ilə, demək olar ki, eynidir. Rayon yarandığı vaxtdan Rahib müəllimin bir aparıcı mütəxəssis kimi Neftçalanın formalaşmasında xüsusi rolu, böyük zəhməti olub. Bu müddət ərzində rayona çox rəhbərlər gəlib-getmiş, həmin rəhbərlərin göstərişi R.Sadıqovun bilavasitə iştirakı ilə Neftçalada çoxlu sayda kənd təsərrüfatı, tikinti, sənaye kompleksləri, xidmət obyektləri, müxtəlif sosial-mədəni, ticarət, inzibati, idman, yaşayış evləri layihələşdirilmiş tikilmiş, parklar, magistral yollar, körpülər, yaşıllıq sahələri salınmışdır. Xəzər dənizinin səviyyəsinin qalxması ilə bağlı əhalinin köçürülməsi, yeni kəndlərin, təsərrüfatların yaradılması kimi respublika əhəmiyyətli ağır bir tədbirin həyata keçirilməsində R.Sadıqovun xüsusi əməyi olmuşdur. Xəzərin sahilində yerləşən Müşfiq qəsəbəsi o gərgin dövrdən rayonumuzun sakinlərinə qalmış çox qiymətli yadigardır.

R.Sadıqov Şərq ölkələri memarlarının, eləcə dəfələrlə respublika memarlarının qurultaylarının nümayəndəsi olmuşdur. O, keçmiş SSRİ kimi geniş bir məkanda parkların tərtibatı üzrə keçirilən mötəbər bir müsabiqədə iştirak etmiş fərqlənərək həmin müsabiqənin mükafatını almışdır. Bütün bu keyfiyyətlərinə görə respublika Dövlət Tikinti Arxitektura Komitəsi R.Sadıqovun fəaliyyətini daim diqqətdə saxlamış, dəfələrlə onu pul qiymətli hədiyyələrlə mükafatlandırmışdır. 1988-ci ildə R.Sadıqov rəsmi olaraq iki dəfə SSRİ Memarlar İttifaqının üzvü olmaqdan ötrü dəvət almış, ancaq iğtişaşlar başladığına görə Qarabağ hadisələrinə etiraz əlaməti olaraq çoxlarının can atdığı bu dəvətdən imtina etmiş, SSRİ Memarlar İttifaqının üzvlüyünü qəbul etməmişdir.

Rahib müəllimin gözləri hazırda görmür, o yalnız fəhmlə hərəkət edir. Bütün Neftçala şəhərini, onun küçə məhəllələrini özü tikib qurduğundan, özü yaradıb ərsəyə gətirdiyindən onun hər tininə yaxşı bələddir, hər yanı gözü görən adamlardan da sərbəst gəzib dolanır.

Sənin gözlərin nurunu itirsə , qəlbin, ürəyin hələ çox işıqlıdır, əziz qardaşım. Sən gəzdiyin küçələri, məhəllələri, bütün ətraf aləmi qəlbinin, içinin gözləri ilə görürsən. Sən gözünün nurunu işinə, sənətinə, insanlara daha çox sərf elədin, onu tezxərclədin”. Əvəzindəsə neçə-neçə insana, həmyerlilərinə işıqlı günlər, sevinc, fərəh bəxş elədin. Bu gün layihəsini verib tikdirdiyin yaşayış evlərində ömür sürən, istirahət guşələrində dincələn insanların fərəhi, sevinci elə sənin öz fərəhin, öz sevincindir. Buna görə gözlərinin görməməsinə görə çox da kövrəlmə, bundan çox da qəm çəkmə. Çox adamlar baxırlar, amma həyatda heç görə bilmirlər. Sənin kimi həssas, duyumlu adamlarsa heç baxmadan da bu dünyada hər şeyi lap incə cizgilərinə qədərgörə”, duya, hiss edə bilirlər. Məhz buna görə dostların, tanışların dünyanın ən bəxtəvər adamlarından biri sayır səni...

R.Sadıqov həm qayğıkeş ata, gözəl ailə başçısıdır. İxtisasca mühəndis olan, ailə qurana qədər respublika Layihə İnstitutunda çalışmış ömür-gün yoldaşı Fəridə xanımla birlikdə 1 oğul, 3 qız tərbiyə edib böyütmüşlər. Övladlarının hamısı da ali təhsilli mütəxəssisdir. Oğlu Şiralı həkim-oftalmoloqdur, qızları Arzu, Nigar Səbinə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, hazırda hər üçü Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında əyani şöbədə təhsil alır, fizika-riyaziyyat ixtisası üzrə elmi araşdırma ilə məşğuldurlar. Bir ailənin üç övladının eyni vaxtda aspiranturada təhsil almasının özü olduqca maraqlı, nadir bir hadisədir.

Ömrünün 60- ilində ixtisasının sirlərini 2-ci sinifdə əlaçı oxuyan nəvəsi Məhəmmədə öyrədir. Əlindən tutub Neftçalanın küçələrini gəzdirəndə vaxtilə tikib ucaltdığı binaları, obyektləri nişan verib göstərir deyir ki, bunların hamısı mənim ötən ömrümdən qalan izlərdir. Böyüyəndə sən elə işin qulpundan yapış ki, dünyada nəsə bir izin qalsın. Bu izlərsiz insan ömrünün heç bir mənası yoxdur. Hər ömrə məna verən, hər insanı gözlərdə ucaldansa yalnız zəhmət, istedad, iradə, hünər doğma yurda məhəbbətdir.

 

 

Cahangir ABDULLAYEV,

Neftçala rayonu

 

Xalq qəzeti.-2009.-25 yanvar.-S.7.