Şəhidlik zirvəsində

 

1990-cı ilin əvvəlində Bakı özünün ən şərəfli günlərini yaşayırdı. İmperiyanın haqsızlıqlarına daha baş əymək istəməyən xalqın kütləvi etiraz dalğası nəinki yerli hakimiyyəti, İttifaq rəhbərliyini belə qorxuya salmışdı. Artıq Bakının neft qoxuyan havasından əsər-əlamət belə qalmamış, onu azadlıq və müstəqillik mehi əvəzləmişdi. Bu mehin ətri insanlara sirayət etdikcə “Azadlıq” meydanı əzəmətlə kükrəyir, sanki imperiya ağalarına meydan oxuyurdu.

Özünü bu xalqın bu torpağın övladı sayan hər bir insan bu kükrəyən, əzəmətli insan selinin axarından kənarda qala bilmirdi qalmaq da istəmirdi. Çünki istəklər indi bir idiAzərbaycanın istiqlala qovuşması. Bu azadlıq istiqlal təşnəsində olan yüz minlərlə azərbaycanlıdan biri Asif Kamil oğlu Əsədullayev idi. Ömrünün 36 ilinin 22 ilini Bakıda keçirən Asif həyatın çox sınaqlarından keçmiş, yaxşını pisdən, xeyiri şərdən ayırmağı bacarmışdı. Xalqı, Vətəni bu çətin sınaq qarşısında qalanda milli kökdən gələn vətənpərvərlik, elə dayaq durmaq istəyi hər şeyi üstələmişdi...

...1954-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olan Asif Kamil kişi ilə Rəbiyyə ananın 14 övladından biri idi. 14 yaşında Bakıdakı texniki peşə məktəblərinin birinə daxil olub tornaçı peşəsinə yiyələnmişdi. Əmək fəaliyyətinəBakı fəhləsiadına maşınqayırma zavodunda tornaçı kimi başlayan Asif, peşəkar bacarıqlı sənətkar kimi az bir vaxtda hamının hörmətini qazanır. Qabaqcıl işçi səmimi insan kimi zavod rəhbərliyinin diqqətini çəkən Asif istehsalatdan ayrılmamaqla, ali təhsil almaq üçün Azərbaycan Neft-Kimya İnstitutuna göndərilir. Ali təhsilli mütəxəssis kimi yenə doğma zavodda fəaliyyətini davam etdirən Asifin işə məsuliyyəti birə-beş artır.

Əmək fəaliyyəti ilə yanaşı şəxsi həyatını da qurur. Evliliyinin ən xoş günlərini iki övladı ilə yaşamağa başlayanda zavod rəhbərliyi ona yeni mənzilin orderini təqdim edir. İlk baxışdan sanki normal həyat sürmək üçün hər şey əldə edir Asif. Bircə yeni mənzilə köçməklə həyatın dadını çıxarmaq qalır ona.

Amma Vətən, xalq əsassız iddialar, müdaxilə təcavüzə məruz qalanda anlayır ki, həyatda müqəddəs borc deyilən bir Vətən borcu var insanın boynunda. Bu borcu ödəmədən yaşamaqsa onun təbiətinə xas olan keyfiyyət deyildi.

...1990- il yanvarın 19-da Asif məhz bu borcunu vermək həm , heç biganə qalmadığı Azərbaycanın müstəqillik azadlığını qazanmaq üçün xalqın yanında, bu mübarizənin önündə olmaq istədi. Silahsız, əliyalın, ancaq müstəqilliyin azadlığın qalibiyyətinə çox böyük bir inamla hamı ilə bir yerdə oldu.

Yanvarın 20- keçən gecə azğınlaşmış imperiya cəlladlarının əmrini yerinə yetirən, tam müharibəyə hazırlaşırmış kimi silahlanmış ordu Bakını, doğma şəhərlərin¸i qoruyan xalqımızı güllə-baran etməyə başladı. Buna hələ şaşırmış insanlar azadlıq mücahidlərinin ilk qanı torpağa axanda ayıldılar. Asif bu dəqiqələrdə hava limanından şəhərə müdaxilə edən zirehli texnikanın, əsgərlərin günahsız insanlara atəş açdığını görüb vəziyyəti dərhal anladı. O, Sabunçu dairəsində toplaşan minlərlə əliyalın insanı azğınlaşmış əsgərlərin təcavüzündən qurtarmaq üçün kimsəsiz qalmışJiqulimaşınına minir ki, onları xəbərdar etsin. Quduzlaşmış düşmən ona imkan vermir. Maşın pulemyot avtomatlardan aramsız atəşə tutulur. Bir neçə güllə yarası alan Asif Əsədullayev yerindəcə həlak olur...

...Asif ömrünün ən gözəl çağlarında həyata əlvida desə , ucaldığı şəhidlik zirvəsi onu əbədiyyətə qovuşdurdu. O, bu gün təkcə onu tanıyanlardoğulduğu Şağlaser kəndinin sakinləri, işlədiyi zavodun kollektivi üçün yox, bütün Azərbaycan xalqı üçün azadlıq mücahidi kimi yaşayır müstəqil Azərbaycan durduqca yaşayacaq.

Hər il ölkəmizin bu şanlı 20 Yanvar tarixi yaxınlaşanda Asif Əsədullayevin uyuduğu Şağlaser kəndinin məzarlığı sözün həqiqi mənasında ziyarətgaha çevrilir. Lənkəran rayonunun rəhbərliyi, məktəblilər, qonşu kəndlərin sakinləri Vətənin qəhrəman övladının xatirəsini böyük iftixarla yad edirlər. Adətincə Asifin məzarı önündə keçirilən anım mərasimində atası Kamil kişi yenə qürurunu gizlətmir deyir:

Kim bilir, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı 20 Yanvar hadisələrinə siyasi qiymət verilərdimi? Həlak olmuş mərd oğul qızlarımıza “20 Yanvar şəhidifəxri adının verilməsi məhz böyük siyasi xadimin onlara yüksək ehtiramını nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, oğlum Asif Azərbaycanın, xalqımızın azadlığı yolunda özünü qurban vermiş şəhidlərimizin sırasındadır.

Şağlaser kənd icra hakimiyyətinin nümayəndəsi Sədrəddin Həbibov söhbət zamanı bizə bildirdi ki, bu kənd həmişə Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edən insanlarla fəxr edib. Burada Əsədullayevlərin xüsusi hörməti var. Təkcə II Dünya müharibəsində bu nəsildən 5 nəfər cəbhədə qəhrəmancasına həlak olub.

Görünür Asifin yurda, Vətənə sevgisindən doğan mərdliyi, cəsarəti elə burdan gəlir. Amma bu ocağın qəhrəman övladları Asiflə bitmir. Ən azından ona görə ki, onun qəhrəmanlığını davam etdirəcək iki övladı böyüyür.

 

 

Bəxtiyar HÜSEYNOV,

jurnalist  

 

Xalq qəzeti.-2009.-24 yanvar.-S.4.