Kür Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi yüksəkdir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının birinci ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 1.1, mis birləşmələri 4 dəfə, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında isə fenollar 1.4, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.

Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 1.5, Ağstafaçayın Qazax məntəqəsində 1.9, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Suyun əsas çirkləndiricilərindən olan fenol mis birləşmələri çayın Horadiz məntəqəsində 3, 1 Şahsevən Bəhramtəpə məntəqələrində isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.

Biogen maddələrdən nitrat ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının I Şahsevən məntəqəsində 1.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Ermənistan ərazisindən axıdılan çirkab sulardır.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.98-9.32 mq/I arasında dəyişərək sanitar norma daxilində olmuşdur.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-24 yanvar.-S.6.