Ölməzlikdən nişanə

 

1990- ilin 20 Yanvarı yaxın keçmişin ən acı faciələrindən biri kimi yaddaşlarda qalsa da, həm xalqımızın şərəfli tarixinə yazılan bir gün oldu. Bu faciə xalqımız yaşadıqca yaşanan ağrı-acı dolu xatirə, həm qürur doğuran bir əbədi şərəf nümunəsi olacaq. 20 Yanvar şəhidləri öz qanlarıyla yazdı bu şərəfli tarixi. Onlar Azərbaycan xalqının adını dünyanın azadlıq uğrunda mübarizə aparan xalqları sırasına yazdılar.

İllər bizi o məşum faciədən uzaqlaşdırsa da, biz şəhidləri şərəf tariximizin əbədiyyət zirvəsində görürük. Həqiqətən , ölməzlik qazanan şəhidlərimizin xatirəsinin hər birimiz üçün qədər əziz olduğunu 20 Yanvar faciəsi barədə dərc edilən kitablar, çəkilən filmlər təsdiqləyir.

Bir-iki gün öncə tanış olduğum professor Səyalı xanım yenicə çapdan çıxmışUlduzlar sönmür, şəhidlər ölmürkitabını mənə verərək, — qardaşıma həsr etmişəm, — dedi. Evdə kitabı açıb baxarkən gözlərimə inanmadım. Üz qabığındakı şəkildən tanış gələn bu gəncin tələbəlik dövründən tanıdığım Yusif Sadıqov olduğunu biləndə qəlbim göynədi, acı bir duyğu içində sarsıldım. O cür savadlı oğlanın niyə, necəqeybə çəkilməsininsəbəbini indi anladım...

Mən Yusifi o zamankı Azərbaycan Dövlət Universitetinin məzunları sırasında, elm xadimləri cərgəsində axtararkən, sən demə, onun taleyinə şəhidlik qisməti yazılıbmış... Allah bilir, “Ulduzlar sönmür, şəhidlər ölmürkitabını necə oxudum?!... Universiteti qurtarandan bəri haqqında xəbər tutmaq istədiyim bu tələbəlik yoldaşımın şəhid olduğu xəbərini çox gec bildim... Çox acı, çox sarsıdıcı bir taleli Yusifin tələbəlik dövrü gözlərim önündə canlandı... Qəhər məni boğdu.

Bizim qrup yoldaşımız Əbülfətin eloğlusu yaxın dostu idi. Tez-tez onun yanına gələrdi. Tələbə yoldaşlarımızın hamısı onun qeyri-adi oğlan olduğunu bilirdi. Yusif riyaziyyatçı idi, amma onu lirik ruhlu şeirlər yazan, incə, həssas mənəviyyatlı şəxs kimi bizfilologiya fakültəsinin tələbələri tanıyırdıq. Savadına, səmimiyyətinə, şəxsiyyətinə çox hörmət edirdik. Sonra yollarımız ayrıldı... ... Yusif necə bir şəxsiyyət olduğunu tarix qarşısında sübut etdi...

O qeyri-adi istedadını, bütöv xarakterini öz şəhid taleyi ilə tamamladı. beləliklə , adını xalqın mənəviyyat tarixinə yazdı. Onun haqqındakı, Allah bilir, hansı mənəvi əzablar bahasına yazılmış bu xatirə kitabının müəllifi, bacısı Sayalı Sadıqovanın onun qızı Şəbnəmin sayəsində yazılanUlduzlar sönmür, şəhidlər ölmürkitabı bizlər üçün çox nəcib bir təsəlli-nişanə oldu. Yusifdən qalan nişanəÖlməzlikdən nişanə.

Bəlkə , Böyük Allah Yusifin şəhidlik nümunəsi ilə onun şəxsiyyətini, qeyri-adiliyini bir daha təsdiqlədi. Yusifin dəhşətli ölüm tarixçəsi xalqımızın başına gətirilən əzabların müdhiş simvolu oldu. Köləliyə, milli mənəviyyatın alçaldılmağına, təhqir olunmasınayox!” deyən şəhid qoluetiraz simvolu oldu.

Əziz Yusif! Böyük Allah səni şəhidlik zirvəsinə ucaltdı, sən isə millətinin, əsil-nəcabətinin böyüklüyünü sübut etdin!...

Kitabı oxuduqca sənə olan ehtiramım xatirələr dumanından çıxdı, heykələ döndü. Mənsub olduğun ziyalı nəslinin, keçmiş ADU-nunyəni indiki BDU-nun bütün məzunlarının timsalında, səni tanıyanların içərisində bu xatirə-heykəlin qarşısında baş əyirəm. Hamımızın qəlbində heykəlləşən Yusif, səninlə qürur duyuruq. Sən bizim fəxrimizsən. Faciəli şəhidliyin acıdan acı olsa da, deyim, qardaş, sən təkcə Allahverdi atanın, Kəhriz ananın oğlu deyilsən, sən bütün Vətənin oğlusan, sən təkcə Misrətdinin, Xalıqverdinin, Sayalının qardaşı deyilsən, sən həm bütün millətin qardaşısan...

Milləti millət edən, ululaşdıran Şəhid Yusifhəm alim Yusifin, həm şair Yusifin, həm oğul Yusifin, həm qardaş Yusifin, həm dost Yusifin, həm nişanlıər Yusifin əvəzinə əzəmət heykəlinə çevrildi, Şəhidlər Xiyabanında səcdəgaha döndü.

Yusif dağlı Sayalı bacım, sil gözlərinin yaşını, sən gör kimin bacısısan! Şəbnəm qızımız, sən gör kimin soyundansan! Sağ olun. Yusifin əziz ruhu şad olsun! Düşünməyin ki, Yusifdən bir nişanə qalmayıb. Bu xatirə kitabı ölməzlikdən nişanədir.

 

 

Nəsibə ABBASOVA,

Azərbaycan Dillər

Universitetinin müəllimi 

 

Xalq qəzeti.-2009.-24 yanvar.-S.7.